Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Şəhriyar

Image


Türk dünyasının məşhur şairi Şəhriyar 1906-cı ildə anadan olub. Əsl adı Məhəmməd Hüseyndir. Atası Xoşgenab qəsəbəsi Heydərbaba kəndinin seyidlərindən şirin dilli və fəzilətli biri olaraq tanınan, Təbriz ədliyyəsinin mühüm vəkillərindən Hacı Mirzə Ağa Xoşgenabıdır.
Şəhriyar açıq görüşlü idi. O, həyatının ilk illərindən etibarən röyalarla yönləndirilib. Uşaqlığında və gəncliyində gördüyü iki röya çox bilinən və dəfələrlə nəql edilən röyalarındandır. Onun həyatını tam mənada anlatmaq üçün bu iki röyasına müraciət edək.
Şairin ilk röyası bir qafilə ilə Təbrizdən Tehrana gedərkən istirahət üçün dayandıqları Basmenc kəndində gördüyü röyadır. Şəhriyar röyasında uca bir dağın zirvəsində böyük bir nağara çaldığını görür. Nağaranın səsi o qədər gur idi ki, şimşək kimi ətrafa yayılır, qorxu hissi oyandırırdı. Şəhriyarın özü də bu səsdən qorxaraq ayılır, bunun bir röya olduğunu anlayır, fəqət həyatının sonunadək bu röyasını unutmur. Şəhriyarın bu röyası qazandığı və sonradan daha da artan şöhrətilə yozula bilər.
Şəhriyar ikinci röyasında 19 yaşında ikən ilk eşqinin son günlərini görür. Şair bu röyasında ümumi xətlərilə Behcetabad hovuzunda sevgilisi ilə üzdüyünü, sevgilisinin suyun dibinə batdığını, özünün də onun arxasından suya daldığını, ancaq bütün axtarmalarına baxmayaraq, sevgilisini tapa bilmədiyini görər. Hovuzun dibində əlinə bir daş keçər. Suyun üzünə çıxdığı zaman o daşın günəş kimi işıq saçan bir cəvahir olduğunu və ətrafındakıların "Gecəni aydınladan cəvahiri tapdı" şəklindəki bağırışmalarını eşidər. Şairin bu röyası "Şəhriyar qısa bir zaman içərisində sevgilisini itirər" deyə yozulub.Dahi şair "Zifafi şair" adlı mənzuməsində Behcetabatda bir çox mənəvi dəyişmələr keçirdiyini, bunun nəticəsində mənəviyyat cəvahirini tapdığını anladır.
Şəhriyar tibbi təhsilinin son kursunda sonu olmayan bir eşqə tutulub. Həqiqətdə isə bu eşq ilahi bir vergi idi: şairin daxili odunu alışdırıb, daxili dəyişikliklərini mənəviyyatının zirvəsinə çatdırıb. Belə ki, şair maraq bağlarından qurtulub könül sahiblərinin yoluna girdi. Şeirləri başqa bir rəngə və qoxuya büründü. Şair gənclik illərinin əvvəllərində "dərd və rənc" imtahanını müvəffəqiyyətlə verdi və kamalın son nöqtəsinə çatdı.
Şəhriyarın həyatı hər zaman eşq və maraqla dolu idi. Əgər belə olmasaydı, bu şeirlər də olmazdı. Dahi şair son dərəcə həssas bir qəlbə sahib idi. Ən kiçik bir yaxşılıq və ya gözəllik qarşısında o qədər təsirlənər aldanardı ki, bu aldanışın həddi-hüdudu olmazdı. Eyni ölçüdə ən kiçik bir pislik qarşısında son dərəcə sıxılar, kədərlənərdi.
Ümumiyyətlə, Şəhriyarın həyatı və xatirələri onun şeirlərində özünü göstərib. Şeirlərinə veriləcək hər bir rəy və açıqlamalar onun yaşam əfsanəsinə daha yaxın olub. Həqiqətən də, o xatirələr röya və əfsanə xaricinə çıxarılarsa, doğru olmaz.
Məliküş-şüəranın yalnız İranın deyil, bəlkə də bütün Şərq aləminin iftixarı və dərin düşüncəli yazıçısı Məhəmməd Əli Camalzadənin, "Fars dilinin təbrizli böyük şairini təbrik edirəm", - dediyi Şəhriyar bügünkü fars dilinin dünyəvi təmsilçisidir.
Bu gün geniş İran bölgələrində Şəhriyarın şeirlərinin izlərinin olmadığı çox az bölgə tapılar. Eyni şəkildə oxuma-yazma bilən xalq arasında Şəhriyarın şeirlərini zehninə yerləşdirməyən çox az adam görərsiniz. Bütün bunlar şairin nüfuzunun əlamətidir.
Şəhriyarın şeir oxumada xüsusi bir tərzi vardı. Şeir oxuyarkən üz mimikaları və səsi oxuduğu şeirdə keçən mövzulara görə dəyişərdi. Bəzi təsirli, lirik şeirlərdə səsi tutular, gözləri yaşla dolar, oxucunu tamamən fərqli bir havaya salardı.
Şəhriyar qəribə bir ürək yumşaqlığına sahib idi. Dostlarından gördüyü ən kiçik xətalardan təsirlənər, hirslənər, bununla bərabər, böyük xətaları görməzdən gələr, əfv edərdi. Hətta düşmənlərinin yanlış yolda olmalarından narahat olar və onlar üçün hidayət tələb edərdi. Şəhriyarın qəlbində heç kimə, hətta özünə qarşı qısqanclıq bəsləyənlərə qarşı kin olmazdı. O, onları son dərəcə sevərdi.
Şəhriyar bağışlamağı, hədiyyə verməyi çox sevərdi. Özünün ehtiyacı olan şeyləri belə başqalarına hədiyyə edərdi.
Şəhriyar bəzi zamanlar o qədər düşüncəyə dalardı ki, günorta və axşam yeməyini belə unudardı. Ümumiyyətlə, Şəhriyarın qapısının ağzında qoyulan yeməkləri saatlar boyunca eyni şəkildə qalar və Şəhriyarın axşam yeməyi halına gələrdi.
Şəhriyarın günorta və axşam yemək qabları bərəkətli idi. Belə ki, bəzi zamanlar bir nəfərlik yemək qabları bir neçə adamlıq qonaqlarını doyurmağa yetərdi.
Şəhriyar şeir oxuyarkən o qədər düşüncə və xəyallara dalardı ki, olduğu yeri və şəraiti unudardı. Onun üzü düşüncə və duyğularına görə dəyişərdi. Bəzən məsum bir uşağa, bəzən tam mənasıyla bir qələndər dərvişinə, bəzən uca məqamlara çatmış bir ruhaniyə, bəzən bir qəhrəmana, amma cox zaman bağrı yanan fədakar bir atanın simasına sahib idi.
Şeirində də müxtəlif ruhiyyələrə sahib idi və sanki sələflərinin xüsusiyyətlərini toplamışdı. Sözü tam mənası ilə Firdovsinin təbiətini və dastançı ruhunu, Nizaminin məclisləri bəzəyişini, Mövləvinin irfanını, Sədinin incəliyini və ifadə gücünü, Hafizin sədaqətini, qəzəllərindəki gizliliyini və sadəliyini əks etdirərdi.
Şəhriyarın qəzəl, qəsidə, məsnəvi və bənzəri şeir növlərindəki ustalıqla könlünün dərinliklərindən çıxan və özünəməxsus incə şivəsində xalqın danışıq dilindən istifadə etmək ustalığı müşahidə olunur. Azərbaycanın şah əsəri olan "Heydərbabaya salam" şeiri bu dediklərimizin şahididir. Şairin bəzi kiçik əsərləri kiçik həcmdə olan böyük əsərlərdir. Bu əsərlərin hər biri duyğu, insani və fəlsəfi məzmunu baxımından, ya da şairin özünə xas tərzini göstərməsi baxımından hörmətə layiq və dəyərli əsərlərdəndir.
Şəhriyarın "Heydərbabaya salam" mənzuməsi ən məşhur əsərlərindən biridir. Bu mənzumənin son dərəcə təsirli olması, könüldən dilə tökülməsi, insanı düşünməyə sövq edən və şairin uşaqlıq xatirələrinin ən kiçik təfərüatları ilə dolu olması onu son dərəcə təsirli edib.
Məşhur şairin yaxın dostu Zahidi Şəhriyarın "Divan"ının dördüncü nəşri üçün qələmə aldığı müqəddiməsində bu mövzu ilə əlaqəli olaraq bunları yazıb: "...Şəhriyar bu böyük feyzi idrak etdikdən sonra tamamilə dəyişib. Artıq əqrəbaları, dostları, tanıdıqları və hətta mənim üçün onun düşüncələrini anlamaq çətinləşib. O, anlaşılması mümkün olmayan sözlər söyləyirdi..."
Şəhriyar tövhid meydanında at çapdıran bir şair idi. Hafizin qəzəlinə cavabda belə deyirdi: "...Hər nə etdimsə, Quranın bərəkətilə etdim..."
Şəhriyarın sözünün incəliyi, onun azəri və farcaya olan mükəmməl hakimiyyəti bu ustada xüsusi bir şöhrət qazandırıb. Şöhrəti İran sərhədlərini aşaraq digər ölkələrə yol tapıb, könül oxşayıcı sözləri ilahi mərifətə könül verənlərin könüllərini aydınladıbdır. Bax buna görə Şəhriyar müasirləri arasında mümtaz və tayı-bərabəri olmayan bir şair idi.
Cənubi Azərbaycanda fars dilinin hakimiyyəti azəri türkünün şair və yazıçılarını farsca yazmağa yönəldib. Dahi şair Şəhriyar da farsca yazırdı. Onun öz dilimizdə yazmağa başlaması çox maraqlı bir hadisə nəticəsində olub. Bu hadisə dil və türklük baxımından çox maraqlıdır:
"Günəş batmışdı... Axşamın səssizliyi yavaş-yavaş çökürdü Təbrizin üzərinə. Küçələrdəki ayaq səsləri rəsmi dairələrdən evlərinə gedən məmurların ayaq səsləri idi.
Şəhriyar Banki Kışavarzi (Kənd təsərrüfatı bankı) bankında yorucu bir gün keçirmişdi. O, bir an əvvəl evə çatıb anasının gözəl yeməklərlə bəzədiyi süfrəsinin başında oturmağa tələsirdi. Evlərinin yerləşdiyi küçəyə döndüyü zaman dünən gecə yarımçıq qalan şeiri yadına düşdü. O an nə yorğunluğu qaldı, nə də ağlına həkk olan anasının yeməyi. Durdu, cibindən dünən yazmağa başladığı şeirini çıxarıb kürəyini divara söykədi və yarımçıq qalan şeirini tamamlamağa başladı. Axşam çöküb qaranlıq Təbrizi bürüyəndə o da şeirinin son misrasını yazdı və evlərinə yollandı.
Sevinclə qapıdan içəri girdi. Bu sevinc yaşlı anasının yeməyini dadmaq istəyindən doğmurdu; şeirini bitirmişdi, coşqusu bundan irəli gəlirdi. Süfrəyə oturmadan cibindən çıxardığı şeirini anasına oxumağa başladı. Şeirini oxuyub bitirdikdə anasının üzünə baxdı, onun üzündə hər zamankı təbəssümü yox idi. Halbuki, hər şeirini anasına oxuduqda onun sevincini hiss edərdi. Şəhriyar anasının bu soyuqluğuna dözə bilməyib:
- Anacan, yoxsa xəstələnmisən? - deyə soruşdu.
Anası farsca xəstə olmadığını söylədi. Şəhriyar bu cavaba çaşıb qaldı. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışardı. Hələ rəhmətlik atası buna çox diqqət edərdi.
Şəhriyar heyrət dolu baxışlarla anasından soruşdu:
- Ana, sən nə üçün farsca danışdın?
Yaşlı qadın oğlunun üzünə baxmadan ürəyindəki qüssəni duyğulu bir səslə:
- Sən türkcə şeir yazırsan ki, mən də sənə türkcə cavab verəm? Evimizə həbs etdin türkcəni! Ot kökü üstündə bitər. Türkcə ilə böyüdün, farsca yazırsan. Artıq şeirlərini dinləməyəcəyəm! - deyərək cavab verdi.
Şəhriyarın rəngi qaçdı, əlindəki farsca yazdığı son şeirinin barmaqları arasından yerə düşdüyünü hiss etmədi. Yavaş-yavaş yandakı otağa keçdi. Onun fikri qarmaqarışıq olmuşdu. Üzünə bir ana silləsi dəymişdi! Yeməyini unutdu. Keçmiş günlərə daldı. Atasının əlindən tutub Heydərbaba dağı ətəklərindəki kəndləri dolaşdığını xatırladı. Xoşgenabı, Güllücəni, Vangözəlləri gəzintilərini düşündü. Oralarda dinlədiyi türkcə kəlmələr, maşallah, zehninin gizli xəzinəsindən bir-bir çıxıb beyninə hakim olurdu... Oturduğu sidrə uzandı. Öz-özünə inləyərcəsinə: "Türkcə yazacağam... Bundan sonra türkcə yazacağam!" - deyirdi Şəhriyar. Və ilk türkcə şeirini Heydərbaba dağına həsr etdi:
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.
Heydərbaba, gün daluvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin şəngüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb, ondan sonra solaydım.
Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan xəncəri belinə taxmaz,
Amma heyf, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz Məhərrəm olmaqdadır.
Şəhriyarın ən parlaq hünəri, tarixi vəzifəsini tanımış və bütün varlığı ilə səmimi bir şəkildə yerinə yetirmiş olmasıdır.
Türk dünyasının məşhur şairi 83 illik bərəkətli şairlik yaşamından sonra 1988-ci il avqust ayının 27-də Haqqın rəhmətinə qovuşub. Təbriz şəhərinin şairlər məzarlığında dəfn edilib.
Azərbaycan mikrobioloqu prof.N.Ə.Mehdiyeva Təbriz şəhərinin şairlər məzarlığını ziyarət edərkən Şəhriyarın məzarı üzərindən tədqiqat üçün bir çimdik torpaq götürüb və oradan yeni bir növ mikroskopik göbələk kəşf edib. Azərbaycanın tanınan elm xadimi prof.Mehdiyeva kəşf etdiyi bu mikroskopik göbələyə "Candelabrella Shahriari mekht" adını verib və ixtirasını İngiltərədə nəşr etdirərək böyük Şəhriyarın adını dünya mikrobioloqlarına tanıdıbdır.
Şəhriyarın şöhrəti hardasa tayı-bərabəri olmayan bir şöhrətdir. Şəhriyar Türk dünyasının bütün dönəmlərinin ən böyük şairlərindən biridir. Farsca və türkcə danışılan bütün ölkələrdə, hətta onun tərcüməsinin getdiyi hər yerdə sənəti təriflə qarşılanıb. "Heydərbabaya salam" mənzuməsini oxuyub təsir altında qalmamaq mümkün deyildir. "Heydərbabaya salam" şeiri müstəsna bir şeirdir. Şəhriyarın şeirlərinin bütün xüsusiyyətləri bu şeirdə müşahidə olunmuşdur. Digər bir ifadə ilə desək, saflıq, şirin söz və şeirlə əlaqəli hər şey "Heydərbabaya salam" şeirində öz yerini tapmışdır.
Fazil QARAOĞLU,
professor





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ