Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Füzuli

Image


XVI əsr türk şairlərinin ən böyüyündən birinin həyat və yaradıcılığına şahid olub. Əsl adı Məhəmməddir. Hüllə müftisi Süleyman əfəndinin oğludur. Onun, "Mənim doğulduğum və yaşadığım yer İraqi ərəbdir" deməsinə baxmayaraq, doğulduğu şəhər və doğulduğu tarix bilinmir. Bu barədə çox fərqli məlumatlar vardır. Bəzi mənbələr 1489-1494-cü illər arasında Kərbəla şəhərində anadan olduğunu bildirir.
Tədqiqatçıların fikrincə, ailəsi feodal çəkişmələri nəticəsində İraqa köçüb, bayat tayfasına nəsib olub. İlk təhsilini Kərbəlada alıb, Bağdadda davam etdirib. Bir müddət İraqın Nəcəf şəhərində yaşayıb.
Dar bir həyat coğrafiyasına baxmayaraq, elmi təhsilindən geri qalmayıb və dövrünün elmlərini öyrənib, hətta şeirin belə elmsiz olmayacağı fikrini ədəbiyyatımıza gətirib.Məhəmməd Füzulinin o zamanın məşhur alimləri arasına girdiyi, hətta hədis, təfsir, həndəsə, hikmət kimi din və fənn elmlərindən təhsil aldığı, ərəbcə, farsca, türkcə əsərlər yazdığı mənbələr tərəfindən bildirilir. Bağdad və ətrafı mənəvi mühit etibarilə Füzulinin yetişməsinə zəmin yaradıb. O, gənclik illərini Nəcəf, Kərbəla və Bağdadda keçirib, özünə lazım olan, şeirlərinə geniş üfüqlər açan imkanı Elmi Nizamiyyə mədrəsəsinin təsis edildiyi, İmami-azam türbəsinin olduğu, Həllac Mənsurun asıldığı, Əbdülqadir Geylani, Seyyid Əhməd Rifahi, Cüneyd Bağdadi və Marufi Kerhi kimi böyüklərin ruhaniyyətinin olduğu bu diyarda əldə edib.
Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri, xüsusən dini-fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olub, klassik ərəb, fars, türk və farsdilli hind ədəbiyyatını öyrənib. Əbu Hüvac, Xaqani, Nizami, Əlişir Nəvai, Nəsimi, Cəlaləddin Rumi, Kamal Xocəndi, Cəlili kimi şairləri xatırlaması onun poeziya tarixinə dərindən bələd olduğunu göstərir. Füzuli hələ yeniyetmə yaşlarından mədrəsədə oxuyarkən yazdığı aşiqanə qəzəlləri ilə lirik şair kimi şöhrətlənib.
Şeir yazmağa başladıqda müxtəlif ləqəblərdən istifadə edib, başqa şairlərin də bu ləqəblərdən istifadə etdiklərini gördükdə hamısını buraxıb Füzulini özünə ləqəb seçib. Fazlın cəmi, yəni çoxluq şəkli olan Füzuli şəxsi üstünlüklərə aid mənasında ismi-mənsub bir kəlmədir. Digər tərəfdən Füzulinin "boş-boşuna" mənası da vardır. Bu məna ilə kəlmə fani mütləq təbirinə qədər şairi götürməkdə və mütləq fanilik olaraq adının unudulmasını belə istəyir. Bu da təsəvvüf mövzularını tərənnüm edən şairin uzun bir araşdırmasından sonra bu ləqəbi seçdiyini, bunun ələ alınan və istifadə edilən bir kəlmə olmadığını göstərir. Zatən o, bu ləqəbi nə incə hesablar içərisində seçdiyini farsca "Divan"ının müqəddiməsində, "Əgər başqalarının da istifadə etdiyi bir ləqəbi alsaydım, sözlərimdən bir qisminin o ləqəbi istifadə edən digər şairlərə şamil edilməsi mümkün olardı. Bax, sözlərimin başqalarına istinad olunmaması üçün heç kəsin qəbul etmədiyi və etməyəcəyi bir ləqəb aldım" şəklində anladıb.
Uşaqlığını İraq Ağqoyunlu türk dövlətinin dövründə, gənclik illərini Səfəvi hökmdarı Şah İsmayılın dövründə, yetkinlik və qocalıq illərini isə Qanuni Sultan Süleyman xan idarəsində keçirən Füzuli dövlət böyüklərinə bir çox qəsidələr yazıb. 1534-cü ildə Qanuninin Bağdadı fəth etməsi nəticəsində möhtəşəm hökmdara verdiyi "Bağdad" qəsidəsi ən məşhur qəsidəsidir. Füzuliyə lazım olan dəyəri verən padşah ona Bağdad vəqfindən maaş bağlatdırmışdırsa da, o bu maaşı ala bilməyib. Buna görə, saf istehza və müti ədası ilə ən gözəl mənsur əsərlərindən biri olan və "Şikayətnamə" adı ilə anılan qısa məktubunu yazıb. Onun bu məktubu bədii nəsrin ilk uğurlu əsəridir. Məktubda ovqaf idarəsinin vəziyyəti, orada işləyən məmurların kobud rəftarı, süründürməçilik və rüşvətxorluğu sadə, aydın, obrazlı və yığcam şəkildə təsvir edilmişdir. Şair, "Salam verdim, rüşvət deyildir deyə almadılar" cümləsi ilə rüşvətxorluğu əbədilik damğalayıb, ölkədə vəzifələrin pulla satın alındığını göstərib. Satirik nəsrimizin ilk nümunəsi olan "Şikayətnamə" öz ideya-bədii qiymətini daim saxlamaqdadır.
Şah İsmayıl Səfəvi 1508-ci ildə Füzulinin yaşadığı İraq ərazisini öz hakimiyyəti altına almış, 1510-cu ildə isə Şeybani hökmdarı Şeybək xanı məğlub etmişdi. Bu hadisədən bir neçə il sonra gənc Füzuli "Bəngü Badə" poemasını Səfəvi hökmdarına təqdim edib. Şair poemanın bir yerində "həmdəmim qüssə, mərhəmim qəmdir", - deyərək Şah İsmayılın hökmranlığı dövründə həyatdan narazılığını qismən də olsa bildirir. "Bəngü Badə" əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməyib. Füzuli şeirlərinin birində özünün saraydan uzaq olduğunu iftixar hissi ilə qeyd edib. O, hakimiyyət uğrunda gedən mübarizə və müharibələrin şahidi olub, "odlarda yansın büsati-səltənət" deyə saraya qarşı kəskin nifrətini ifadə edib. Ana dilində qələmə aldığı "Bəngü Badə" poemasında dövrünün mühüm siyasi məsələlərinə toxunub, lovğa, təkəbbürlü, şöhrətpərəst və həmişə yüksəklik iddiasında olan hökmdarların, şah və sultanların surətlərini yaradıb . Bənglə Badənin mübarizəsindən danışan poemanın iştirakçıları - saqi, şərab və s. simasında ikiüzlü, yaltaq və satqın saray əyanları məharətlə ifşa olunur. Badə bütün xalqı özünə xidmətçi sayır, hamıdan itaət tələb edir. Bəhg də onun kimi təşəxxüslüdür. Onların bu lovğalıq və xudpəsəndliyi müharibə ilə nəticələnir və böyük tələfata səbəb olur. Əsərdə müharibələrin mənasızlığı cəsarətlə tənqid edilir. Poema eyni zamanda o vaxtlar çox yayılmış tiryək və sərxoşluq əleyhinə də yönəlmişdir.
Həddi-büluğa çatmış oğulla atanın mübahisəsi üzərində qurulan "Rindü zahid" adlı əsərdə dövrün mühüm ictimai-fəlsəfi əxlaqi məsələləri qaldırılır. Şair həyatın əsl mənasını əməkdə, zəhmətdə görür, tənbəlləri, qəzavü-qədərə, taleyə inanıb işləməkdən boyun qaçıranları tənqid atəşinə tutur və göstərir ki, insan çalışqanlığı sayəsində yüksək rütbəyə çata bilər. Əsərdə şeir haqqında övlad tərbiyəsi, ailə-məişət, oxumaq, peşə seçmək və s. məsələlər barəsində də maraqlı fikirlər söylənilir. Atanın övladının tərbiyəsi ilə kiçiklikdən məşğul olmaq borcundan bəhs edilir, savadın böyük əhəmiyyətindən söhbət getdiyi kimi, bundan xalqın zərərinə istifadə edən şöhrətpərəst, həris, düşgün adamlar da tənqid olunur.
Sultan Süleymana bir neçə qəsidə təqdim edən Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Daşlıcalı Yəhya bəylə görüşüb, "Leyli və Məcnun" (1537) əsərini "Rum zərifləri" adlandırdığı bu sənətkarların arzusu ilə qələmə alıb. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Məhəmməd Füzulinin ana dilində yaratdığı bu əsər orijinallığı ilə bu mövzuda yazılan poemalardan seçilir. Şairin lirik şeirlərində ifadə olunan məhəbbət, mənəvi azadlıq arzuları poemada dahiyanə bədii vüsətlə tərənnüm edilib, feodal-ruhani mühitində insanın ən ülvi, pak duyğularının amansızcasına tapdalandığı, bir-birini sevən iki gəncin faciəsi son dərəcə təsirli təsvir olunub. Məcnun səadəti qarşılıqlı məhəbbətdə görən, haqsızlıqlara dözməyən, sıxıcı adət-ənənələrə boyun əyməyən, mənəvi azadlığa can atan, buna görə də cəmiyyətdə dəli (cunun) adlandırılan, öz təsəllisini təbiətin azad ağuşunda tapan bir şairdirsə, Leyli məzlum bir qızdır. Şair Leylinin dərdlərini daha təsirli göstərmək üçün onu yaxın Şərq ədəbiyyatında aşiq rəmzi olan pərvanə, şam və s. ilə qarşılaşdırır. Lakin şam ancaq gecələr yanırsa, pərvanə vüsal arzusu ilə özünü oda vurub məhv olursa, Leyli gecə də, gündüz də yanır. Poemanın yüksək poetik dili, zəngin bədii təsvir vasitələri, bitkin kompozisiyası, qəhrəmanların daxili aləmini, onların həyəcan və iztirablarını əks etdirən qəzəllər əsərin bədii-emosional təsir gücünü artırır. Poemadan aydın olur ki, şair bu zaman dərin ruhi əzablar, məhrumiyyətlər və maddi çətinliklər içərisində yaşayıb.
Türk dünyasının ən böyük şairlərindən biri olan Məhəmməd Füzuli 1556-cı ildə Bağdadda vəfat edib. Onun Kərbəlada olan türbəsinin Bəktaşi dərgahına yaxın olduğu mənbələrdə yazılsa da, dərgah və türbə zamanla yıxılmışdır. "Ölümünə köçdü Füzuli" kəlmələrində (H 963) tarix düşürülmüşdür.
Təzkirələr ilə tarixi və ədəbi mənbələrdə Fazlı adında bir oğlunun olduğu bildirilir. Fazlı da atası kimi şair olub, fəqət bu sahədə onu keçə bilməyib.
Sənət etibarilə Füzuli daha çox Şərqlə Qərb arasında bir körpü təşkil edir. Bir də bunu doğulub böyüdüyü yerin hər iki Türk dünyasının ortasında olması və Bağdadın tarixi və köklü bir mədəniyyət mərkəzi olması təmin edib.
Bir ayağını çölə atan, digəri ilə suya dalan Füzuli suyun qiymətini anlaya bilən tək şair olub. Suyun rəhmət olması Hz.Məhəmmədin insanlara rəhmət olmasıdır. Çöl üçün su nədirsə, aləm üçün də rəsulullah odur. Ancaq bu düşüncədən hərəkətlə yaşanılan həyat Füzuliyə "Su" qəsidəsini yazdırıb, yenə çölə baxınca Məcnunu və iztirabını anlayıb. Günəşin altında bu ucsuz-bucaqsız çöldə təkbaşına dolaşmasında Məcnunun yalqızlığını görüb. Şübhəsiz ki, digər əsərləri də eyni coğrafiyanın verdiyi ilhamdan qaynaqlanıb və Füzulini əsrin ən üstün şairi səviyyəsinə yüksəldib.
Sufi bir şair olaraq Füzuli elmin hüdudları içərisində təsəvvüfün ən incə sənətlərini yerləşdirməyə çalışıb. Böyük zəkaya sahib olduğuna görə zəkası ilə lirizmini vəhdətləşdirib. Şikayəti şeirlərinin öz dövründə anlaşılmadığından və sənətdəki qüdrətinin təqdir edilmədiyindən ortaya çıxır. Sənətindəki sərhəd tanımayan incəliyə türkcə şeirlərində rastlanır. Füzuli keçmiş türk ədəbiyyatında hiss etdirmədən neçə-neçə üfüqlər göstərən bir şairdir. O bunu bir az da mədəniyyətinin yüksəkliyinə borcludur. Türk şeirinin İran şeirini çox gerilərdə buraxaraq keçdiyi o dövrdə Füzulidəki incəsənətə İran şairlərində rast gəlinməz. O, səmimi bir insan olub həqiqəti söylər. Bu yönü ilə Füzuli köhnə ədəbiyyatın realist bir şairidir. Ortaya qoyduğu ən incə zəka oyunları sayəsində çox yüksək səviyyədə olan iç-içə sənətləri və mənaları əsla hiss etdirməz. Bəzi şeirlərində təbabətə aid işarələr də vardır. Təbabətlə də məşğul olan Füzuli, məcazi eşqlə yanaşı, həqiqi eşqi də buraxmayan və başdan-başa sənətə yer verən, eyni zamanda ruhunun həmlələrini təqib edən bir şairdir. Bu tərəfdən ədəbiyyatımızda tək qalıb. Özünün daxili aləmini verə bilmək üçün qəzəl janrını üstün tutub, xüsusilə "Leyli və Məcnun" məsnəvisində misli görülməyən qəzəllər ortaya qoyub. Elmsiz şeiri xor görən və ədəbiyyat aləmində şeirinin elmə dayanması və ya elmi olması fikrinə yer verən şair imlaya da lazım olan dəyəri verib. Çünki mətnlərin nəsildən-nəslə keçməsi ancaq doğru və səhvsiz yazmaqla mümkündür.Bu yönü ilə imla üzərində duran bəlkə də tək şəxsdir.
İztirab və insan taleyilə bilavasitə təmas halında görünən Füzuli köhnə şeirin lüğətini və ənənələrini öz məsələsi kimi qəbul edib. Onsuz da onun dövrü şeir dilimizin qurulduğu, Nəcatidən Yəhya bəyə, Xəyalidən Usuli və Bakiyə qədər hər bir şair və sənətkarın bu barədə üstünə düşəni etdiyi bir dövrdür. Ancaq Füzuli dilə asanlıqla şəkil alma qabiliyyəti ilə yumşaqlıq, rahatlığı və yetkinliyi gətirib. Şeirimizin ifadə mükəmməlliyini özündə tapan şair dil ilə ustaca oynayıb, Nəcati ilə Baki arasına giribdir. Ondakı zehnilik və həcv qüdrəti çox yüksəkdir. Bunun sayəsində o, həyatı və eşqi çox ciddi baxımdan göstərə bilib.
Yenə onun yaşadığı bölgə təbii olaraq onun şərqi oğuzcanı, yəni azəri türkcəsindən istifadə etməsini lazım bilib və onu digər Osmanlı şairlərindən ayırıbdır. Əslində Füzuli müəyyən məzmun və xəyallar üzərində israrla durmaqla ifadə və duyum tərzi ilə bu şairlərdən ayrılmaqdadır. Bu onun fərdiliyinin şeirlərində yer tutmasından irəli gəlir.
Füzulinin sənətində iztirab və insan taleyi vardır. Türk qəsidəçiliyinə xas bihal ədasını gətirən Füzuli türkcədə incə şeir yazmanın çətinliyini anlayıb, fəqət yorulmadan türkcə üçün çalışıb. Əlişir Nəvaidəki türkcə eşqi nədirsə, Füzulidə də odur. O, yazdığı əsərləri ilə türkcəni nə şəkildə işlədiyini göstərib və dilimiz haqqında o dövrdə söylənən "bəhərsiz və qaba" dil fikrini ortadan qaldırıb. Həqiqətən, Füzuli ilə türkcədə güllər açıb, dilimizdə şah əsərlər vücuda gətirilib, hətta şair belə özünün açdığı yoldan keçib.
Beş yüz illik bir ömür yaşayan, bu ömrün çox az hissəsində yazıb-yaratdığı söz inciləri ilə dahilik zirvəsini fəth edən, qalan əksər hissəsində isə ona yazılan mədhiyyələr, nəzirələr, təzminlər və s. şeir inciləri ilə oxşanan Məhəmməd Füzuli Azərbaycan türklüyünün iftixarıdır.
Azərbaycan dilinin və ədəbiyyatının inkişafı tarixində Füzulinin yaradıcılığı müstəsna yer tutur. Onun əsərləri dərin məzmunu ilə Azərbaycan xalqının ictimai və bədii fikir tarixində yeni bir mərhələnin başlanğıcıdır.
Məhəmməd Füzuli iyirmidən artıq əsər yazıb, bunların başında türkcə, farsca və ərəbcə olan üç "Divan"ı gəlir. Türkcə "Divan"ı gözəl bir mənsur girişlə başlayır. "Divan"ın qəsidələr bölümündə şairin elminin yüksəkliyi görülür. Onun qəzəl və rübailəri daha lirikdir. Bütün dahiliyi bu şeirlərdə bəlli olur. O, əngin bir lirizmlə eşq mövzusunu işləyir, sevgilisini bir timsal halında yüksəldir. Bu "Divan" yüz dəfədən artıq nəşr edilib. "Divan"dan seçilən şeirlər Qərb dillərinə tərcümə edilib, yüzlərcə antologiyaya bu əsərlərdən bol nümunələr alınıb. Farsca "Divan"ı mənsur girişlidir. Ərəbcə "Divan"ı isə bu dildə yazılan şeirlərinin toplandığı kiçik bir əsərdir. Onun əsərləri sırasında "Söhbətül-əsmar," "Həft cam," "Ənis ül-qəlb" adlı poemaları, "Səhhər və Mərəz," "Rindü zahid" adlı nəsr əsərləri, "Mətlə ül-etiqad" adlı fəlsəfi risalələri məşhurdur. "Leyli və Məcnun" türkcə yazılan ən tanınan əsəridir. Bu əsər bütün Türk dünyası tərəfindən sevilib və yüzlərcə dəfə nəşr olunub. Alman, ingilis, rus, italyan dillərinə də tərcümə edilən bu əsər bütün dünyada sevilən bir əsərdir.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ