Azərbaycanda nikahdan öncə bir sıra xəstəliklərlə bağlı müayinə olunma məcburi qaydada həyata keçirilir. Bəzi həkimlər isə nikahdan öncə məcburi müayinə olunan xəstəliklərin siyahısının genişləndirilməsini, hətta genetik xəstəliklərdən də analizlərin bu siyahıya daxil edilməsini zəruri hesab edirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, hazırda nikahdan öncə həyata keçirilən məcburi müayinələrin siyahısını genişləndirmək olar: "Başqa xəstəliklər üzrə də analiz etmək olar. Amma bunların hamısını eyni vaxtda tətbiq etmək asan məsələ deyil. Hökumət düzgün qərar qəbul edərək əsas təhlükə törədən xəstəliklərdən nikahdan öncə analizin məcburi qaydada tətbiq edilməsinə başlayıb".