Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Trend-in məlumatına görə, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, 2015-ci ilin iyun ayının 1-dən bu ilin fevral ayına kimi nikaha daxil olmaq üçün 94 400 nəfər qan müayinəsindən keçib. Onlardan 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib.