Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Mənzil oğurluqlarına qarşı mübarizənin problemli tərəfləri...
Tarix: 23.02.2016 / 01:18
Bölmə: Sosial
2015-ci il ərzində ölkə üzrə 26.916 cinayət qeydə alınıb. Onların 87,5% Daxili İşlər və Prokurorluq orqanlarının fəaliyyətinə aid olan cinayətlərdir. Təsnifatına görə həmin cinayətlərin 84,2% böyük ictimai təhlükə törətməyən və az ağır, 15,8% isə ağır və xüsusilə ağır cinayətlərdir.
2014-cü il ilə müqayisədə ötən il qəsdən törədilən qətllər 7,3%, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7%, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4% azalma ilə müşahidə edilib. Səriştəli əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 98,2% (2014-cü il ilə müqayisədə 9% çoxdur), həmçinin keçmiş illərdən bağlı qalmış 344 cinayətin açılması təmin edilib. 2015-ci il ərzində qeydə alınmış cinayətlərin açılması 82,4% təşkil etməklə, əvvəlki dövrlərdən fərqli olaraq 1,7% yaxşılaşıb.
Cinayətlərin 19,7% (4631) şəxsiyyət əleyhinə, 48,2% (11359) iqtisadi fəaliyyət sahəsində, 28,9% (6803) ictimai təhlükəsizlik və ictimai qaydalar və 3,2%-i (751) dövlət hakimiyyəti əleyhinə aid olub. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 7,3% (-16), xuliqanlıq 4,5% (-52) azalmış, dələduzluqlar 37,1% (+991), oğurluq 8,1% (+476), o cümlədən mənzillərdən oğurluq 13,5% (+257), soyğunçuluq-qarətlər 40,2% (+97), quldurluq 31,9% (+51), hədə qorxu ilə tələb etmə 42,9% (+24), qaçaqmalçılıq 16,1% (+5), korrupsiya ilə bağlı cinayətlər 18,4% (+34) artıö.
Ümumi cinayətlərin sırasında ictimai yerlərdə baş vermiş cinayətlər 2014-cü il ilə müqayisədə statistikada +9,4% artma ilə yadda qalır. Lakin əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azalması da diqqət çəkir.
2015-ci il ərzində mənzil oğurluqlarına aid olan cinayətlərin artması tendensiyası isə sosial və iqdisadi sahədə dəyişiklərlə, narkomaniyanın təsiri ilə bağlamaq olar.
Əvvəlki dövrdən fərqli olaraq və bəzi hüquqşünas ekspertlərin, kriminoloq alimlərin fikrinə qarşı çıxaraq müasir oğurluqları doğuran səbəb və şərait təkcə işsizlik və sosial çətinliklərlə, habelə yoxsulluqla bağlamaq sadəlövhlük olardı. Daha çox narkomanlıqdan asılı olan və bu asılılıqdan xilas olub ehtiyaclarını ödəmək üçün pul tapa bilməyən şəxslər, iradəsinə qalib gələ bilməyən və əməlinin ağırlıq dərəcəsini anlamayanlar, nəticəsini düşünmədən tamahla müşayət edilən cinayətlərə - oğurluğa, soyğunçuluğa, quldurluğa və digər ağır cinayətləri törətməkdə çətinlik çəkmirlər. Mən belələrini ruhu və vicdanı natəmiz məxluq adlandırıram. Məsuliyyətlə vurğulayıram ki, mənzil oğurluqları, quldurluq və soyğunçuluq cinayətlərinin subyektləri sırasında erudisiyalı ali təhsillilər istisnalıq təşkil edir. Çətin maddi durumda yaşayanlar və işsiz insanlar var ki, dilənməyə üstünlük verər, amma qəsdən törədilən cinayətlərə meyl salmazlar. Ümumiyyətlə, narkomanlıq həm ailənin, həm də cəmiyyətin xəstəliyidir. Narkomanı məsuliyyətə cəlb etmək yox, onu müalicə etməklə cəmiyyətin və ailənin narahatlıqları da aradan qalxacaq.
Cinayətlərin bəzi növlərinin aşağı düşməsinə təsir edən faktorlarlardan biri də hüquq-mühafizə orqanlarının - DİN, Prokurorluq və ədliyyə sisteminin, Nazirlər kabinetinə daxil olan, cinayətkarlıqla mübarizə aparan qurumların şəxsi heyəti arasında peşəkarlığın səviyyəsindən irəli gəlir.
Vəziyyətin təhlili göstərir ki, cinayətkarlıqla mübarizə onun ayrı-ayrı növləri ilə yox, kompleks şəkildə bütün sahələri əhatə edib, prinsipallıq bütün istiqamətlərə yönəldiyindən səmərə də hasil olub. Ağır və xüsusilə ağır cinayətlərin 80%-nin açılması təmin edilib. Cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılmasına, xəbərdarlığına və profilaktikasına diqqət artıb, tədbirlər preventiv və permanent xarakter daşıdığından bəzi ağır cinayətlərin sayı azalıb.
İctimaiyyət arasında narahatlıqla qarşılanan cinayət növlərindən biri də vətəndaşların əmlaklarını gizli yolla talanmasıdır.
Mövcud statistika belə deməyə əsas verir ki, cinayətkarlıqla mübarizə siyasətinin tələbi daxilində bu sahə planlı və elmi qaydada əhatə olunarsa, mənzil oğurluqlarını doğuran səbəb və şəraitin aradan qaldırılmasına təsir etməyə imkan yaranacaq.
Mənzil oğurluqları (müftəxorluq) Respublikanın daha çox iri, inkişaf etmiş şəhərlərində-regionlarında baş verir, keyfiyyət və kəmiyyət cəhətlərinə görə eyni göstəricilərlə əks olunur. Faktlar yeni yaşayış massivlərində, iri yaşayış zonalarında, bəzən qrup halında və ardıcıllıqla törədilir.
Buna təsir edən faktorlar sırasında sakinlər arasında möhkəm və davamlı sosial əlaqənin yoxluğunu, mənzillərin mühafizəsi ilə bağlı texniki qurğulardan istifadə edilməməsini, həmin ərazilərdə mobil polis dayaqlarının yerləşdirilməsində yubanmaları və sakinlər tərəfindən polis orqanlarına vətəndaş dəstəyinin lazımi səviyyədə təmin olunmamasını göstərmək olar.
Mənzil oğurluqları ilə bağlı aparılan cinayət işlərinin prosessual araşdırması zamanı məlum olur ki, oğurluqların (təxminən 70,6 %) əksəriyyəti çoxmənzilli və çoxmərtəbəli binalarda, az bir hissəsi xüsusi mülkiyyətdə olan evlərdə, kiçik qismi kommunal mənzillərdə baş verir. Çoxmənzilli binalarda mənzil oğurluqları üçün zəmin yaradan əlamətlərdən biri bloklarda elektrik lampalarının yanmaması (bu məqsədlə haqq sakinlərdən tutulur, sakinlər də ödəməkdən imtina edir) və blokun işıqlandırılması üçün "Azərenerji" şirkətindən buna vəsaitin ayrılmamasıdır. Diqqətdən kənarda qalan səbəblərdən biri də istismara verilən çoxmərtəbəli binalarda bəzən giriş qapılarının standartlara uyğunlaşdırılmaması, pəncərələrin keyfiyyətli konstruksiyalardan hazırlanmaması, bəzi hallarda isə mənzillərin mühafizəsinin müasir tələblərə cavab verməməsi və yaxud vətəndaşların bu köməkdən istifadə etməməsidir.
Xüsusi mülkiyyətdə olan yaşayış sahələrindəki oğurluqların səbəbləri sırasında kompakt məhəllələrdəki mənzillərin sahiblərinın bir-birinin gəlir mənbəyinə yaxşı bələd olmasıdır. Gündüz vaxtlarında şəxsi mənzillərdə yalnız ahıl insanların olması ətrafa bəlli olur. "Oğrular" bu tip evləri müşahidələrində saxlamaqla həmin mənzillərə daxil olmaqda çətinlik çəkmir. Bəzən isə şahid bazasından, polis orqanlarının diqqətindən yayınmaq və iz saxlamamaq məqsədi ilə ümumi niyyətdən (iştirakçının ekstessi) kənara çıxaraq ahıl şəxsləri və qadınları cinayətlərinin qurbanına çevirirlər.
Çoxmərtəbəli binalarda baş verən oğurluğa daha çox aşağı mərtəbələrdəki mənzillər məruz qalır. Bu onunla izah edilə bilər ki, "oğrular" mənzillərə gizli yolla daxil olarkən digər vasitələrdən savayı, qapını sındırmaq və yaxud açarların seçmə üsulundan, pəncərələrin nəfəslik yerlərindən istifadə edə bilirlər. Son illərdəki təcrübələr göstərir ki, çoxmərtəbəli binaların sayı artdıqca həmin yüksəklikdə olan mənzillərdə oğurluqların sayı da azalır. Lakin bu "qanunauyğunluq" sonuncu mərtəbənin mənzillərinə şamil oluna bilməz. Bəzən burada da oğurluqların sayı artmağa başlayır. Binaların sıxlığı da oğurluqların sayına (artmasına) təsir edə bilir. Bu cür binalarda kənardan gələn "qonaqlar" oğruluqla məşğul olmur. Oğurluqların hər bir növü qəsdən törədilir, gəlir əldə etmək motivi bu cinayətlərin xarakterik cəhətlərindəndir.
Mənzil oğurluqları cinayətlərinin tədqiqatı belə deməyə əsas verir ki, oğurluqların böyük hissəsi adətən yaz-yay aylarında və istirahət günlərində baş verir. Hər il mart ayından başlayaraq avqust ayının son günlərinədək mənzil oğurluqları ay üzrə 1,1 % artmağa başlayır. Payız fəslindən - sentyabr ayından başlayaraq noyabr da daxil olmaqla tədricən 3 ay ərzində oğurluqlarda təxminən 5,1 % azalma müşahidə olunur. Qış aylarında isə bu cinayətlərin sayı dinamikada (dekabr-fevral aylarında) təxminən 3,3 % azalmaqla əks olunur. Beləliklə, yaz-yay aylarında bu tərkibdən olan cinayətlər ümumi cinayətlərin təxminən 29,4 %-ni təşkil edirsə, payız fəslində aşkar olunmuş cinayətlərin faiz etibarı ilə kəmiyyət göstəriciləri təxminən 24,4 %, qış mövsümü zamanı isə statistik göstəricilər daha az faizlə, təxminən 21,3 % civarında özünə yer alır. Qənaətim belədir ki, aprel ayından başlayaraq avqust ayına qədər mənzillərdən olan oğurluqların çoxalması məzuniyyət - bağ mövsümü ilə əlaqədar olur. Şəhər mənzillərinin əksəriyyəti bağ mövsümü zamanı boşalaraq baxımsız və sahibsiz vəziyyətdə qalır. Bu vəziyyət oğrulara geniş poliqon yaradır.
Lakin qış aylarında da mənzil oğurluqları artımla davam edə bilər. Bu onunla izah oluna bilər ki, sakinlərin müəyyən qismi turist qismində başqa ölkələrə üz tutur, az qismi qışın istirahət günlərində kənd yerlərinə, doğmalarını ziyarət etməklə şəhər mənzillərini Allaha təvəkkül, baxımsız qoyur, oğurluqlara "zəmin" yaradılır.
Toxunduğum səbəbləri də qanunauyğunluq kimi qəbul etmək olmaz. Artıq oğrular da ictimai marağa zidd əməllərini həyata keçirmək üçün sərfəli imkanlar axtarışında olur, yaxalanmamaq üçün müxtəlif və düşünülmüş "oğru-özəl" üsullardan faydalanırlar. Ona görə də, qeyri-aşkar şəraitdə baş verən bu cür cinayətlərin açılmasına bəzən uzun vaxt lazım gəlir. Zərərçəkən vətəndaşlar isə səbrsizliyə yol verir, polisi oğruları yaxalamamaqda suçlamaqdan çəkinmirlər. Səmimi etiraf edirəm ki, işin istintaqı ilə həyata keçirilən əməliyyat-axtarış tədbirlərində səhlənkarlıqlar olsa da, işin gedişinə nəzarət və tələbkarlıq həmişə sərt və prinsipal xarakter daşıyır. Məs: Uzun illər, yəni 2015-ci il ərzində keçmiş illərdən bağlı qalmış 344 cinayətlərin açılması təmin edilib.
2015-ci il ərzində mənzillərdən olan oğurluqlar 13,5% (257 fakt 2014-cü il ilə müqayisədə) artmışdır. Bəzən silsilə mənzil oğurluqları və digər ağır cinayətlərin açılması bir mütəşəkkil dəstənin yaxalanması ilə təmin edilir. İctimaiyyətin bu işdə kənarda qalıb polisə dəstək verməməsi "cinayətkarların" məqsədli niyyətlərinin yerinə yetirilməsini asanlaşdırır. Yenə şəxsi təhlillərim belə qənaətə gəlməyimə əsas verir ki, oğurluqlar daha çox saat 09:00-dan 17:00-qədər baş verir. Bu, sutkanın saat 17:00-dan gecə saat 01:00-qədər və gecə saat 01:00-dan səhər saat 09:00-qədər olan vaxt ərzində baş verən cinayətlərdən təxminən 15%, gecə saatlarında törədilən cinayətlərdən isə 40%-dən çoxdur. Yəni mənzillərin mühafizəsinə və baxılmasına səhər saat 09:00-dan 17-18:00-kimi daha çox ehtiyac var. Oğurluqlar mahiyyətinə görə "özgənin əmlakını gizli yolla talamadan" ibarət olduğuna görə, həmin ərəfədə mənzillər sahibsiz olduğundan cinayətkarlar bu vaxtdan istifadə edə bilir. Məhz ümumi oğurluqların 69%-dən bir az çoxu bu vaxtın payına düşür. Deməli, gündüz vaxtları oğurluqların baş verməsi üçün faydalı sayıla bilər. Təcrübə göstərir ki, gecə saatlarında da mənzil oğurluqlarının sayı əhəmiyyətli dərəcədə dəyişir. Bu, həmvətənlərimizin rifah halı ilə də bağlı ola bilər. Şəhərdən - paytaxtdan kənar mülkləri olanlar gecəni mülklərində qalmağa üstünlük verməklə şəhər mənzilləri mühafizəsiz qalır, müəyyən qismi gecə həyat tərzini barlarda, gecə klublarında keçirməklə məşğul olur. Mövcud, fərqinə varmadığımız imkanlardan da cinayətkarlar peşəkarcasına bəhrələnə bilir.
Mənzil oğurluqlarına xarici və daxili faktorlar da təsir edir. Xarici faktorlara:
1. Cinayətin sübyektləri ilə(cinayətkarla qəsdin yönəldiyi obyekt arasında əlaqənin mövcudluğu.
2. Obyektin xarakteri (mənzil, bağ evi və s.)
3. Obyektin (maraq doğuran) olduğu yer.
4. Şəxsi əmlakın vəziyyəti.
5. İştirakçılığın mövcudluğu (Söhbət iki və daha çox şəxsin qəsdən cinayət- -oğurluq törətməkdə qəsdən birgə iştirakından gedir.)
6. Cinayət alətlərinin xarakterini aid etmək olar. (Alətlərin hazırlanması və s.)
Daxili faktorlara: Cinayətlərin obyektləri və onların yerləşdiyi ərazi barədə hər hansı biliyin yoxluğu; əmlakın saxlandığı obyektlərə giriş və çıxışların olduğu yer, zərərçəkənin (obyekt-sahibinin) günün bölgüsü haqda məlumatlara malik olmaması; oğurluq təcrübəsi; Oğrunun fərdi xüsusiyyətləri (cəhətləri) və s.
Cinayət işlərinin ətrafında müqayisəli statistik məlumatları təhlil edərkən məlum olur ki, mənzillərə daxil olma zamanı diqqət çəkən primitiv üsullardan da istifadə edilir. Mənzil oğurluqları zamanı xüsusi olaraq qapı üçün açarların hazırlanması faktına çox nadir hallarda rast gəlmək olur.
Müasir təcrübədə, Lociya - binalara yapışıq və yaxud onun tərkibinə daxil olan açıq sütunlu qalereyadan mənzillərə, giriş qapısının sındırılması yolu ilə, pəncərə şüşələrinin çıxarılması, açarların sındırılması, açarların seçmə üsulla, açıq qalmış qapılardan daxil olma, bəzən də zərərçəkənin dəvəti və razılığı ilə eyvandan aşmaqla mənzilə daxil olma hallarına rast gəlinir.
Yuxarıda qeyd etdiyim sədləri aşmaqla əmlakın talanması hallarının təsnifi aşağıdakı üsullarla - qapının və açarların sındırılması, açarların seçmə yolu ilə, nəfəsliklərdən və pəncərələrdən keçməklə, açıq eyvanlardan istifadə etməklə həyata keçirilir. Mənzil oğurluqlarının təxminən 70-77% qeyd etdiyim üsullarla törədilir.
Mənzil sahiblərinin etibarından və ehtiyatsızlıqlarından istifadə etmək; müxtəlif xidmət sahələrinin adından faydalanmaq və zərərçəkənlərin unutqanlığı səbəbindən qapının açıq qalması nəticəsində baş verən mənzil oğurluqları təxminən 22-23% təşkil edir.
Mənzillərə qanunsuz yolla daxil olmaların daha çox yayılmış üsullarına qapını, açarı sındırmaq, pəncərə şüşələrinin çıxarılması (və yaxud kəsilərək çıxarılması) açarların seçməsini aid etmək olar. Qeyd etmək yerinə düşərdi ki, oğruların primitiv üsullarla mənzillərə daxil olması onların diletantlığı (şəxslərin oğurluğa həvəsi, bu sahədə naşılığı) ilə xarakterizə olunmur.
Məsələ burasındadır ki, mənzil oğurluqlarında iştirak edən şəxslərin müvəffəqiyyəti və peşəkarlıq baxımından diqqət çəkən hal mənzilə daxil olmaların üsulları ilə yox, onların qanunsuz əməllərinin diqqətdən kənar, heç bir şahid bazası qoymadan və polisin müşahidə "obyektindən" yayınmasından ibarət olur.
Mənzil oğurluqlarının mahiyyəti və tipik cəhətlərindən biri oğrunun taladığı predmetlərin dəyərinə əhəmiyyət verməməsi və onu seçməməsidir. Nə gəldi, müxtəlif çeşidli əşyaları, billur qablar, qızıl, pul, məişət avadanlıqlarnıı və geyim əşyalarını sanki tələsərək talamaqda məqsədli olur. Amma, bəziləri bahalı əmlaka, (şeylərə) realizəsi daha tez və asan başa gələn mallara üstünlük verirlər.
Bu baxımdan;
1. Oğurluqların müəyyən hissəsi əvvəlcədən hazırlıq görülmədən baş verir. oğrular daxil olacaqları obyektləri bəzən planlaşdırır, bəzən də saf-çürük etmir, öyrənmirlər, həmin obyektdə hansı əmlakın olması barədə məlumatları ya olmur, ya da səthi xarakter daşıyır. Lakin mənzil sahiblərinin olmadığı evlərə daxil olmaqda israrlı olurlar.
2. Müasir mənzil oğrularının əsas qismi "peşəkar oğrular kateqoriyası"na aid deyil.
Konstitusion hüquqlar sırasında vətəndaşların şəxsi mülkiyyətinin toxunulmazlığı səviyyəsi cinayətkarların professionallığı ilə müqayisədə əhəmiyyətli dərəcədə geridə qalır. Vətəndaşların mənzillərinə tamahla müşahidə edilən "basqınlar" əksər (bəzi) hallarda dəqiq hazırlanmış plan əsasında həyata keçirilir.
Qeyd etdiyim cinayətlərin ayrı-ayrı konkret növlərinin xəbərdarlığı və qabaqlayıcı tədbirlərin görülməsi ən yeni forma və metodların hazırlanmasını aktuallaşdırır. Praktik işçilərin, alimlərin də (psixoloq və hüquqşünasların) mənzil oğurluqlarının xəbərdarlığı nəzəriyyəsi problem kimi diqqət çəksə də, cəmiyyətin inkişafını əks etdirən elmi-tədqiqat xarakterli tədbirlər hazırlanmır. Alimlərimizin bu sahədəki hüquqi doktrinal baxışları hiss olunmur. SSRİ dağıldıqdan sonra həmin məkanda yaranmış müstəqil dövlətlərin hər birində cinayətkarlıqla mübarizə vəziyyəti müəyyən vaxt ərzində siyasi-hüquqi diqqətdən kənarda qaldığından, davranışlarını budaya bilməyən, işsizlikdən əziyyət çəkən, iradəsinin hakimi yox, köləsinə çevrilən bəzi fərdlər keçid mərhələsindən sui-istifadə edərək öz çirkin əməllərini həyata keçirə bilmişlər. 1999-cu ildən başlayaraq bu sahədə ciddi islahatlara başlandı. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət siyasəti, digər sahələrlə yanaşı, cinayətkarlıqla mübarizə sahəsindəki tarixi islahatlarla da yadda qaldı. 1993-1995-ci illər ərzində Azərbaycan Respublikasında qeydə alınmış 13.145; 13.559; 19.958 cinayətlərin sayı artmaqda davam etsə də, 1996-1999-cu illərdə 17.528, 16.402, 14.937, 14.400 cinayət dinamikada qeydə alındı. Bu rəqəmlərə mütənasib olaraq oğurluqlar 1995-ci ildə 5065; 1996-cı ildə 3741, 1997-ci ildə 3084; 1998-ci ildə 2662; 1999-cu ildə 2557 cinayət tədricən (həmin ildən başlayaraq) azalmalarla müşahidə edilir. Məs: 1998-ci ildə 2088 (-444); 1999-cu ildə 1619 (-169); faktlarla statistikada qeydə düşüb. Lakin iqtisadi inkişaf, bazar münasibətləri, vətəndaş cəmiyyətinin mərhələli inkişafı yeni cinayətlərin meydana gəlməsinə təsir edib, bəzi növ cinayətlərin - vətəndaşların şəxsi mülkiyyətinə yönələn qəsdlər və qeydiyyata alınan ümumi cinayətlərin sayı artdıqca mənzil oğurluqları da ümumi cinayətlərin sayına mütənasib olub. Əslində bu dialektik qanunauyğunluqdur.
Cəmiyyətdə sosial problemlərin - maddi ehtiyacların tam həllinə və təminatına zəmanət verilsə də, tamah motivindən baş verən cinayətlərin sayı yoxa çıxmayacaq, "genetik məhkumluğun" uşaqları kimi həmişə doğulacaqlar. Vətəndaşların əmlak münasibətlərinə yönələn qəsdlər, o vaxt və o yerdə aradan qalxacaq ki, orada hər kəsin maddi-mənəvi və ruhən tələbatları ödənilsin və sosial maneələr yox olsun. Belə cəmiyyətlər olmadığından, deməli, bu tərkibdən olan cinayətlərin də yoxluğuna zəmanət vermək ağlabatan deyil. Ona görə də daha çox diqqət mənzil oğurluqlarının qarşısını almağa, profilaktik və xəbərdarlıq tədbirlərinə sərf etməyə yönəlməlidir. Amma xəbərdarlıq, profilaktika və maarifləndirmə tədbirləri cinayətlərin baş verməsinə qədər həyata keçirilməlidir...
Mənzil oğurluqlarının xəbərdarlığının mühüm tərkib hissəsi polis orqanları tərəfindən viktimoloji faktorların neytrallaşması, vətəndaşların öz əmlaklarının mühafizəsinə istiqamətlənən funksiyasının möhkəmləndirilməsi ilə bağlıdır. Məsələn: pəncərə və qapıların qapanması, mənzilin mühafizəyə verilməsi ilə bağlı müqavilələrin bağlanması, müasir kamera tipli qurğuların quraşdırılması və s.
Qanunvericilik əksər hallarda (RF-də belədir) özgənin mənzilinə gizli yolla daxil olub əmlakı talamağı ağırlaşdırıcı hal kimi qəbul edir. Belə cinayətlərin açılması RF-də təxminən 50% təşkil edir.
Mənzil oğurluqlarına qarşı müasir mübarizə metodlarının ən mühümü və səmərə verən üsulu mənzillərin siqnallaşdırılmasından keçir. Bunun üçün ilk növbədə mühafizə orqanları hərəkətləri və əməlləri ilə vətəndaşları inandıra biləcək addımlar atmalı və hər şeydən əvvəl siqnallaşma ilə bağlı müqavilənin şərtləri - haqqın ödənilməsi vətəndaşların imkanları ilə uzlaşmalıdır. Müqavilənin qiyməti vətəndaşları qane etməlidir. Belə olarsa, mənzil sahibləri qeyd-şərtsiz müqavilə şərtlərinə imza atar. Yəni pəncərə və qapılarda (mənzillərə girişin güman edilən yerlərinə) müxtəlif tipli səsli-küylü siqnalların yerləşdirilməsi (səsə, qapıya, pəncərəyə toxunulan hallarda reaksiya verən texniki qurğular) çox əhəmiyyət kəsb edir.
Mənzillərin qısa və yaxud uzun müddətə sahibsiz saxlanması barədə yaxın tanışlarına məlumatın verilməsi də məqbul sayılmır. Cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslər, yeniyetmələr və heç yerdə işləməyənlərlə ərazidə sahə müvəkkilləri, ictimai şuralar müvafiq profilaktik xarakterli iş aparmalıdır. Yaşayış massivlərində, kriminogen durumun narahatlıq doğurduğu ərazilərdə "videomüşahidə" kameralarının quraşdırılması artıq "hökm" olunan məsələlərdəndir. Mənzil oğurluqlarına, qarət və quldurluqlara sədd qoymaq üçün "videomüşahidə" qurğularının qoyuluşu dövlətin hesabına həyata keçirilməlidir. Son illərin təcrübəsi göstərir ki, bir sıra təhlükəli əməllər müvafiq orqanlardan gizlədilsə də və yaxud ictimai münasibətlərə zidd əməllərin subyektləri təhlükəli əməllərindən (qısa və yaxud uzun vaxt) yayınsalar da, texniki qurğuların və kameraların müşahidəsindən yayınmaq mümkün olmur. Bu baxımdan, videokameralar "cinayətkarlar"və bu niyyətə qapılanlar üçün "hədə-qorxu" aparatıdır, bunun ictimaiyyət üçün böyük töhfəsi ola bilər. Ona görə də vətəndaşların şəxsi əmlakının oğurlanmasının qarşısının alınmasına yönələn xəbərdarlıq halları cinayətkarlıqla mübarizənin daha qısa və həqiqi yoludur. Bu zaman baş verə biləcək hər hansı bir ictimai təhlükəli əməlin, qeyri-hüquqi və qeyri-əxlaqi hərəkət və hərəkətsizliklərin baş verməsinin səbəb və şəraiti vaxtından əvvəl neytrallaşacaq, "cəmiyyətin səfil uşaqlarının doğulması" bloklaşdırılacaq, bir növ, anormallığın bətndə inkişafı dayandırılacaq. Cəmiyyət üçün fəsadlar yaradacaq kriminogen faktlar hərəkətə keçmədən zərərsizləşdiriləcək. Obrazlı desək, "doğulsalar" da, vaxtsız doğulan körpələr kimi inkişafı olmayacaq.
Xəbərdarlıq vasitələrinin cəbbəxanası nə qədər lakonik olsa, cinayətkar fəaliyyətin ayaq tutub yeriməsinə əngəllər yaranacaq, ictimai münasibətlərə zərər vuran vərdişlərin qarşısı da vaxtında alına bilər. Bu cür tədbirləri - mübarizəni gücləndirmək istiqamətində verilən tapşırıqların diqqətəlayiq üsullarla yerinə yetirilməsi və təbii ki, ictimaiyyətə zərər dəymədən, ədalət mühakiməsinin mürəkkəb mexanizmini tam hərəkətə gətirmədən, dövlətin məcburetmə metodunu, cəzanın hər hansı bir növünü tətbiq etmədən cinayət törətmək istəyində olan şəxslərin islah olunmasına imkanlar yaranacaq.
Ümumi sosial xəbərdarlıq tədbirlərinin geniş diapazonda həyata keçirilməsi praktik olaraq cinayətkarlığa, onun bütün növlərinə, eyni zamanda oğurluqlara, cinayətkarlığı doğuran səbəb və şəraitə, onun determinasiyasına məhdudiyyətlər yaradacaq. Bu, xəbərdarlığın və profilaktikanın çoxaspektli, kompleks xarakterə malik olması, iqtisadi, sosial, mədəni-tərbiyəvi və hüquqi tədbirlərin qarşılıqlı vəhdətində mümkündür. Qeyd etdiyim kimi, xəbərdarlığın və profilaktikanın əsas gücü cinayətləri doğuran səbəb və şəraitə, onun determinasiyasına, necə deyərlər, "səbəblərin səbəbinə" sərf edilməlidir.
Xəbərdarlıq tədbirləri birinci halda baş verə biləcək təhlükəli əməllərin qarşısını almaqdan və mövcud şəraitin zərərsizləşdirilməsindən, habelə şəxsiyyətin formalaşdığı qeyri-normal şəraitin aradan qaldırılmasından, onun cəmiyyətə zidd davranışlarına korrektənin edilməsindən və mikromühitin sağlamlaşdırılmasından gedirsə, ikinci halda xəbərdarlıq təsir tədbirləri artıq cinayətləri törətmiş, cinayət təqibinə məruz qalmış və məhkumluğu ödənilməmiş şəxslərə qarşı yönəlir ki, həmin (belə) şəxslər geri-residivliyə qayıtmasınlar, qəsdən təkrar törədilən cinayətlərə meyl etməsinlər.
Davranış normalarına və ictimai münasibətlərə zidd hərəkət edən bəzi şəxslər haqqında fərdi-profilaktik tədbirlərin həyata keçirilməsinə də zərurət yaranır. Cinayət təqibinə əsas verməyən hüquqpozmaları törədən belə şəxslər ətrafında fərdi profilaktik tədbirlərin reallaşması nəticəsində onları pis vərdişlərdən saxlamaq mümkün olur. Fərdi profilaktik tədbirlər bilavasitə fərdlərin davranışlarnın tənzimlənməsinə, onların mikromühiti və həyat tərzi ilə bağlı olan kriminogen faktorların aşkar olunmasına və aradan qaldırılmasına (bloklaşdırılmasına və neytrallaşmasına) istiqamətlənir.
Fərdi profilaktik tədbirlər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan əməlləri törətmiş, islah işlərinə məruz qalan və belə cəzalardan azad olmuş, inzibati hüquqpozmalara görə tənbeh olunmuş şəxslər ətrafında da həyata keçirilir. Məqsəd belə şəxslərin davranış həddini aşmasına imkan verməmək, onun formalaşmasına mane olan şəraiti sağlamlaşdırmaq, şəxsiyyət kimi normal inkişafını təmin etmək, anticəmiyyət əlaqələrini zərərsizləşdirmək və kriminogen həyat şəraitini neytrallaşdırmaqdan ibarətdir.
Bir sözlə, cinayətkarlığın xəbərdarlığı insanları, cəmiyyəti, hakimiyyətin iqtisadi və siyasi əsasını, ətraf mühiti, vətəndaşların həyat və sağlamlığını cinayətkar qəsdlərdən qorumaq kimi anlaşılmalıdır. Bunun tarixi kökləri dövlətin və hüququn, cinayət qanunvericiliyinin yaranması dövrünə aid edilir. Əməlin cəzalandırılması vacib sayılırsa, ictimai təhlükəli əməlləri doğuran səbəbləri aradan qaldırmaq, habelə xəbərdarlıq tədbirlərinin qanunvericiliyə xas tərzdə, cəmiyyətin ovqatına uyğun həyata keçirilməsi də vacib şərt kimi qəbul edilməlidir.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ