Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar Xətt”inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bildirilib ki, araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkarlanıb.