Cümə günü, 02 oktyabr 2026
     

Qırmızı kitaba düşən bəbiri öldürmüş Astara sakini onun dərisini 15 min manata satmaq istəyirmiş

Image


Azərbaycanda Qırmızı kitaba düşən bəbirin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın xəbərinə görə, oktyabrın 9-da Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və Fərəcov Səməd Yaqub oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib.

Natiq Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

IDEA təşkilatı Azərbaycanda nəsli kəsilməkdə olan bəbirin öldürülməsindən narahatdır.

Dünya faunasının nadir incisi hesab olunan Qafqaz bəbirləri Azərbaycan Respublikasının Qırmızı Kitabı və Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin Qırmızı Siyahısına daxil edilib. Qanunsuz ovlanma və təbii yaşayış arealının pisləşməsi səbəbindən bu nadir heyvan növünün sayı son on illiklərdə kəskin şəkildə azalıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində Azərbaycan ərazisində 6 Qafqaz bəbirinin yaşadığı məlum olub.

Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb.

Bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib, onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafizəsi barədə ictimaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub. Əhali arasında maarifləndirmə istiqamətində IDEA tərəfindən "Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi həyata keçirilib. Bu layihənin həyata keçirilməsində məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayanları bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etmək olub. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün - ayı, canavar, ceyran, qartal və bəbirin qorunmasını əhatə edən "Böyük beşlik” proqramı çərçivəsində tədbirlər həyata keçirilib.

Bununla belə biznes və tamah maraqlarından irəli gələrək bu nəsli kəsilməkdə olan heyvanları ovlamaq niyyətində olanlar hələ də var. Bu baxımdan IDEA İctimai Birliyi Azərbaycanın endem və nəsli kəsilməkdə olan heyvan növünün öldürülməsi faktı ilə bağlı ciddi narahatlığını bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də (ETSN) qanunsuz bəbir ovu ilə bağlı məlumat yayıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumatda Astara rayonunun Sım kənd sakini Böyükzadə Natiq Nəbi oğlu adı Azərbaycanın "Qırmızı Kitab”ına salınmış bəbir növünü Hirkan Milli Parkının sərhəd zonasında qanunsuz olaraq ovladığı, 2015-ci il 09 oktyabr tarixində onun dərisini satarkən saxlanıldığı qeyd olunub.

Bildirilib ki, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına əsasən bəbirin qanunsuz ovu üçün təbiətə dəymiş ziyan 3000 manat, dövlət təbiət qoruqlarının və milli parkların ərazilərində bəbirin qanunsuz ovu baş verdikdə isə həmin məbləğ 3 qat ölçüdə tətbiq olunur. Hazırkı brakonyerlik faktı ilə bağlı Böyükzadə Natiq Nəbi oğlu 9000 manat məbləğində cərimə olunub, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinə müvafiq olaraq, əməlində cinayət tərkibi olduğundan saxlanılmışdır. Bununla əlaqədar Baş Prokurorluğa təqdim olunması üçün ETSN tərəfindən müvafiq sənədləşmə işi aparılır: "Ərazi sırf sərhəd zonası olduğundan ETSN əməkdaşlarının həmin əraziyə giriş-çıxışında məhdudiyyətlər olub, məhz Dövlət Sərhəd Xidməti əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində qanun pozucusu saxlanılıb”.

Daha sonra qeyd olunub ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) "Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilib.

Son 10 il ərzində aparılmış tədqiqatlar nəticəsində bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşaması müəyyən olunub.

Respublika ərazisində bəbirlərin 15-ə qədər fərdi yaşayır. Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə "Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı” qəbul edilib: "Keçən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb.

Eyni zamanda son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA beynəlxalq ətraf mühit kampaniyasının Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işləri, xüsusən bəbirin mühafizəsi ilə bağlı aparılan tədbirləri xüsusi qeyd etmək lazımdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın incisi sayıla biləcək nadir bəbir növünün ovlanması faktını qətiyyətlə pisləyir, əhalini bioloji müxtəlifliyə qayğı ilə yanaşmağa, brakonyerlik faktları ilə hamılıqla-vətəndaş cəmiyyətinin yaxından köməkliyi ilə mübarizə aparmağa çağırır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ