şənbə günü, 08 avqust 2026
     

Gürcüstanda ikidilli təhsil eksperimenti azərbaycanlı şagirdləri narazı salıb...

Image


Aygül İsayeva: “19 ildir qeyri-gürcülər üzərində eksperiment aparılır, nəticə effektsiz olsa da, bu sistem hələ də zorla tətbiq edilməyə davam edir”

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sahəsində üzləşdikləri problemlər azalmaq əvəzinə günü-gündən daha da artır. İkidilli təhsil sistemində mövcud olan problemlər müəllimləri, şagirdləri, tanınmış ictimai fəalları ciddi narahat edir.

“Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva “Bakı-Xəbər”ə bildirdi ki, ikidilli (bilinqval) təhsil sistemində mövcud olan problemlər və onların aradan qaldırılması istiqamətində təkliflərlə dövlət qurumlarına və onların rəhbərlərinə - Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzeyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Mariam Laşxiyə, Gürcüstanın Xalq Müdafiəçisi cənab Levan İoselianiyə müraciət ünvanlayıb.

A.İsayevanın sözlərinə görə, ikidilli təhsildəki problemlər ciddi narahatlıq doğurur və aidiyyəti qurumlar problemin həllinə dəstək olmalıdırlar.

A.İsayevanın müraciətində bildirilir: “Müəllimlərlə son görüşdə onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Müzakirə edilən mövzulardan biri də ikidilli (bilinqval) təhsil sistemi ilə bağlı idi. İkidilli təhsil sistemi Gürcüstanda qeyri-gürcüdilli məktəblərdə 2006-cı ildən etibarən pilot layihə şəklində tətbiq olunmağa başlanıb. Təəssüf ki, 19 il ərzində bu sistemin effektsiz olduğu üzə çıxıb. 19 ildir qeyri-gürcülər (azərbaycanlılar və ermənilər) üzərində eksperiment aparılır, nəticə effektsiz olsa da, bu sistem hələ də zorla tətbiq edilməyə davam edir. 19 il ərzində çoxsaylı şagirdlərin keyfiyyətli təhsil alma hüquqları pozulub. Bu sistemin effektsiz olmasının ən başlıca səbəblərindən biri keyfiyyətsiz, qeyri-peşəkar kadrların tədris prosesinə cəlb edilməsidir. İkidilli təhsil sisteminin effektsiz olmasına təsir edən faktorlar bunlardır:

1.Universitetlərdə ikidilli kadrlar hazırlanmadığı üçün bu sahədə ciddi boşluq mövcuddur. Yeni sistemi tətbiq etməzdən əvvəl universitetlərdə ikidilli professor-müəllim heyəti formalaşdırılmalı və tədrisdə ikidilli dərsliklərdən istifadə olunmalıdır. İkidilli professorlar və dərsliklər olmadığı təqdirdə bu sistemi kadr hazırlığı olmadan məktəblərdə tətbiq etmək şagirdlərin keyfiyyətli təhsil almaq hüquqlarını pozmaq deməkdir.

2.Əgər ikidilli professorlar və müvafiq dərsliklər mövcud deyilsə, bu sistemi müəllim hazırlığı aparılmadan məktəblərdə tətbiq etmək şagirdlərin keyfiyyətli təhsil alma hüququnun pozulması deməkdir.

3. Müəllimlər Evi universiteti əvəz edə biləcək bir təhsil mərkəzi heç vaxt ola bilməz. 19 il ərzində Müəllimlər Evi tərəfindən bu sistemə cəlb olunan müəllimlər üçün aydın və vahid təlimat hazırlanmayıb. Müəllimlərin sözlərinə görə, Müəllimlər Evinin təlimçiləri bir gün bir təlimat verir, ertəsi gün isə tamamilə başqa göstərişlər təqdim edirlər. Bəs, 19 il ərzində ikidilli təhsil sistemində çalışan müəllimlər və ana dilində dərs deyən əsas müəllimlər üçün yazılı, dəqiq və aydın təlimat hazırlamaq mümkün deyildimi?

4.Sistemə qeyri-ixtisas fənn müəllimləri və bu sahə üzrə peşəkar hazırlığı olmayan şəxslər cəlb edilir. Gürcüstan Təhsil Nazirliyinin yanaşmasına görə, “ikidilli kadr” - məktəbi Azərbaycan dilində, universiteti isə gürcü dilində bitirmiş şəxs deməkdir. Bu isə tamamilə qeyri-peşəkar yanaşmadır. Universitet səviyyəsində ikidilli proqramlar hazırlanmadığı və ixtisaslı ikidilli kadrlar yetişdirilmədiyi halda, bu sistemi məktəblərdə tətbiq etmək Gürcüstanda yaşayan qeyri-gürcülərin təhsil hüquqlarının pozulması deməkdir.

5.Dərsliklərdə çox ciddi problemlər mövcuddur. 19 il ərzində normal bir dərslik hazırlanmayıb. Dərsliklərdə kifayət qədər tərcümə səhvləri var. II, III və IV siniflər üçün nəzərdə tutulan Riyaziyyat dərsliyinin, eləcə də V və VI siniflər üçün nəzərdə tutulan “Bizim Gürcüstan” dərsliyinin müəllifləri göstərilməyib. Müəllif əvəzinə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin “Məktəbəqədər və Ümumitəhsilin İnkişafı Departamentinin ekspert qrupu” qeyd olunub. Dərsliklərdə müəllifin adının göstərilməməsi heç bir beynəlxalq qaydaya uyğun deyil və qeyri-etikdir. Həmçinin, ikidilli təhsil sistemi üçün hazırlanan bütün dərsliklərdə mənbələr göstərilməyib. Dərslik hazırlanarkən mənbəyə istinad mütləqdir; mənbənin qeyd edilməməsi plagiarizmdir. Təhsil Nazirliyinin “ekspertləri” belə sadə etik qaydaları bilməli idilər.

6.V və VI siniflər üçün nəzərdə tutulan “Bizim Gürcüstan” dərsliyinin üzərində “ikidilli təhsil sistemi üçün resurs” yazılıb. Lakin dərslik əslində ikidilli deyil, yalnız bir dillidir. Dərslikdə Azərbaycan dilində bir cümlə belə yoxdur; bütün mətn tamamilə gürcü dilindədir.

7. İkidilli təhsil sistemində çalışan müəllimlər dərsliklərdə mövzuların çox sadə hazırlanmasından şikayət edirlər. Bu dərsliklərdə mövzular həddindən artıq sadələşdirilir, nəticədə şagirdlər 7-ci və daha yuxarı siniflərdə digər mövzuları öyrənməkdə çətinlik çəkirlər. İkidilli təhsil sistemində bir çox mövzular sadələşdirilmiş formada keçirildiyi üçün yuxarı sinif şagirdlərinin yeni mövzuları mənimsəməsi çətinləşir və bəzən mümkünsüz olur.

8.Teachersjobs.ge saytında ikidilli təhsil sistemi üçün vakansiyalar elan olunur. Vakansiyalarda müraciət edən şəxsin gürcü dilini bilməsi mütləq, Azərbaycan dilini bilməsi isə yalnız “arzuedilən” kimi göstərilir. “Arzuedilən” o deməkdir ki, vakansiyaya müraciət edən şəxslər Azərbaycan dilini bilməsələr də müraciət edə bilərlər. İkidilli sistem üçün ikidilli kadrların işə cəlb edilməsi mütləqdir. Təəssüf ki, bir sıra məktəblərə Azərbaycan dilini bilməyən gürcülər işə götürülür. Nəticədə 2-ci və 3-cü sinif şagirdləri bir çox sözlərin və terminlərin mənasını Azərbaycan dilində başa düşməkdə çətinlik çəkirlər. Şagirdlər gürcü dilini yaxşı bilmədikləri və bu dildə kifayət qədər söz bazasına sahib olmadıqları üçün onlara dərs deyən etnik gürcü müəllimin izahını başa düşməkdə çətinlik çəkirlər və nəticədə effektiv ünsiyyət qurmaq mümkün olmur. Bu vəziyyət şagirdlərdə stres yaradır. Həmçinin, etnik gürcülər də Azərbaycan dilini bilmədikləri üçün sözün mənasını, qrammatik qaydaları izah etməkdə çətinlik çəkirlər. Vakansiya elan edilərkən ərizəçinin hər iki dili - Azərbaycan dili və gürcü dili - yüksək, akademik səviyyədə bilməsi mütləq olaraq göstərilməlidir.

9.19 il ərzində şagirdlərin öyrənməsində ciddi problemlər yaşanıb. Şagirdlərin keyfiyyətli təhsil almaq hüquqları əsaslı şəkildə pozulub. Müəllimlərlə aparılan müzakirələr zamanı məlum olub ki, şagirdlər həddindən artıq yüklənirlər. Məsələn, 1-ci sinif şagirdi Azərbaycan dilini, gürcü dilini və ingilis dilini öyrənir. 5-ci sinifdə isə ikinci xarici dil öyrənməyə başlayır. Azyaşlı uşaqlar, doğma dilində, ana dilində sözün mənasını öyrənmədən, gürcü dilində riyaziyyat, təbiət, “Mən və Cəmiyyət” və incəsənət fənlərinə aid daha çətin mövzuları mənimsəməyə məcbur edilir. Görüşdə iştirak edən müəllimlər qeyd edirlər ki, tədrisin keyfiyyəti və öyrənmə prosesi o qədər effektsiz olur ki, şagirdlər növbəti il məktəbə gələndə gürcü dilində öyrəndiklərinin çoxunu xatırlamırlar.

10. İkidilli təhsil sisteminə cəlb edilən müəllimlərdən fənn üzrə sertifikasiya imtahanında iştirak etmək tələb olunmur. Bəlkə işə götürülən müəllim sertifikasiya imtahanından yalnız 10% belə bal toplaya bilməz? Sertifikasiya imtahanını verməyən müəllim nə üçün yeni sistemə cəlb edilməlidir? Nə vaxta qədər təhsil sisteminə keyfiyyətsiz kadrlar daxil olacaq?

11. İkidilli təhsil sisteminə cəlb edilən müəllimlərdən kimsə sertifikasiya imtahanını versə də, onun maaşında heç bir artım olmur. Niyə ikidilli təhsil sistemində dərs deyən müəllimlər sertifikasiya imtahanını verib-verməməsindən asılı olmayaraq stabil, eyni maaş alırlar? Təklif olunur ki, bu sistemdə çalışan müəllimlər üçün sertifikasiya imtahanını vermək 1 il ərzində məcburi olsun və bundan sonra həmin müəllimlərin maaşı “baş müəllim” statusunu alan müəllimlərin maaşı səviyyəsinə bərabər edilsin.

12. 19 il ərzində bu sistemdə heç bir irəliləyişin olmaması, keyfiyyətsiz təhsil sistemi və şagirdlərin keyfiyyətli təhsil alma imkanlarının məhdud olması göstərir ki, sistemdə ciddi yeyinti və korrupsiya mövcuddur. Hadisələr onu göstərir ki, qeyri-gürcüdilli məktəblər müəyyən şəxslər üçün eksperiment sahəsi və pul qazanma vasitəsinə çevrilib. Təəssüf ki, hər il keyfiyyətsiz dərsliklərin çapına xeyli miqdarda vəsait xərclənir. Dövlət büdcəsi nəticəsi olmayan işlərə sərf olunur. 10 ilə yaxındır ki, “təcrübəçi müəllim” statusu olan, 60-70 yaş aralığında müəllimlər gürcü dili üzrə A1, A2 və B1 kurslarına cəlb edilir. Hamımız bilirik ki, bu yaşda yeni dil öyrənmək çox çətindir (sizin 65 yaşında atanız, ananınz və ya nənəniz, babanız bu yaşda Çin dilini öyrənə bilər?). İki həftə sonra həmin müəllimlərdən nə öyrəndiklərini soruşsanız, demək olar ki, heç nəyin yadlarında qalmadığını aşkar edəcəksiniz. O zaman sual olunur, dövlət büdcəsini niyə nəticəsi olmayan işlərə xərcləyirsiniz?”

A.İsayeva qeyd edib ki, ikidilli təhsil sistemini tətbiq etmək üçün müəyyən şərtlər əvvəlcədən təmin edilməlidir. O vurğulayıb ki, sistemin tətbiqi zamanı aşağıdakı suallar araşdırılmalı və mövcud problemlər həll edilməlidir: “1.İkidilli təhsil sisteminin tətbiqi üçün ana dili və dövlət dilinin fənn olaraq yüksək səviyyədə tədris olunması ilkin şərtdir. Əgər Azərbaycan dili və gürcü dilinin fənn olaraq tədrisində problemlər mövcuddursa, bu zaman ikidilli təhsil sistemini tətbiq etmək məntiqsiz olar. Hər iki dilin tədrisində problem olduğu halda, sistemin tətbiqi təhsilin keyfiyyətinə və şagirdlərin öyrənmə səviyyəsinə mənfi təsir göstərəcək.

Azərbaycan dilinin vəziyyətini təhlil etdikdə bir sıra ciddi çatışmazlıqlar ortaya çıxır:

- Orta məktəb təhsili olan 5 nəfər müəllim məktəblərdə Azərbaycan dilini tədris edir.

- 87 nəfər qeyri-ixtisas fənn müəllimləri Azərbaycan dilini tədris edir.

- Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri aşağıdır. 2022-ci ildə cəmi 239 müəllimdən yalnız 9 nəfər “baş müəllim” statusunu almışdır.

- Azərbaycan dili üzrə dərs saatları azaldılıb. Bir çox məktəblərdə Azərbaycan dili həftədə 1 saat tədris olunur, həftədə 2 saat isə Azərbaycan ədəbiyyatı fənninə ayrılır.

- 2025-ci ildə keçirilən “Azərbaycan dili üzrə I Regional Olimpiada”nın nəticələrinə əsasən, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 94 şagirdin ədədi ortası 37,77 bal təşkil etmişdir.

- 2024-cü ildə Azərbaycan dili üzrə keçirilən testin nəticələrinə əsasən, 591 şagird 65 baldan aşağı, 18 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 609 şagirdin ədədi ortası 26 bal təşkil etmişdir.

- PISA 2022 məlumatlarına əsasən, oxu məzmun xətti üzrə azərbaycandilli şagirdlərlə gürcüdilli şagirdlər arasında bal fərqi 80, azərbaycandilli şagirdlərlə rusdilli şagirdlər arasında isə 95 olmuşdur. Yəni azərbaycandilli şagirdlərin nəticələri gürcüdilli və rusdilli şagirdlərdən xeyli geri qalır.

- 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanırmır. 20 ildir ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” kafedrası bağlanıb.

- 20 ildir ki, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları pozulur və ciddi tərcümə problemləri müşahidə edilir.

Yuxarıda qeyd olunanlar Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi problemlərin mövcud olduğunu göstərir. Əgər Azərbaycan dilinin tədrisində ciddi çatışmazlıqlar varsa, bu zaman ikidilli təhsil sistemini tətbiq etmək qətiyyən yolverilməzdir və nəticədə şagirdlərdə savadsızlıq yarana bilər”-deyə A.İsayeva qeyd edib.

A.İsayevanın müraciətində vurğulanır ki, gürcü dilinin tədrisi ilə bağlı vəziyyəti analiz etdikdə aşağıdakı problemlər ortaya çıxır:

“- Azərbaycan dilindən fərqli olaraq, gürcü dili müəllimliyi üzrə xeyli sayda mütəxəssis mövcuddur. Bu mütəxəssislər həm azərbaycanlılar, həm də gürcülər arasındadır. İbtidai siniflərdə gürcü dilini etnik gürcülər tədris edir. Lakin gürcülər Azərbaycan dilini bilmədikləri üçün ibtidai sinif şagirdlərinə sözlərin mənasını izah etməkdə çətinlik çəkirlər. Nəticədə gürcü dilinin tədrisində müəyyən problemlər yaranır. Problemi həll etmək üçün ibtidai siniflərə gürcü dilini bilən azərbaycanlı müəllimlərin cəlb edilməsi məqsədəuyğundur. Azərbaycanlı müəllimlər sözləri daha düzgün izah edə, həmçinin Azərbaycan və gürcü dilinin qrammatikasını müqayisəli şəkildə şagirdlərə başa sala biləcəklər. Yuxarı siniflərdə isə, şagirdlərdə müəyyən söz bazası formalaşdıqdan sonra, etnik gürcülərin dərs deməsi daha uyğun olardı.

Göründüyü kimi, gürcü dilinin keyfiyyətli və düzgün tədrisində də ciddi problemlər mövcuddur. Bu problemlər həll edilmədən ikidilli təhsil sisteminin tətbiqi məntiqsizdir və şagirdlərin öyrənmə prosesinə ciddi maneçilik törədə bilər.

İkidilli təhsil sisteminin əvəzinə məktəblərdə tədris olunan “Azərbaycan dili və ədəbiyyatı” fənninin, eləcə də “Gürcü dili” fənninin tədrisi gücləndirilə bilər. Hər iki fənnin tədrisinin gücləndirilməsi, istənilən ikidilli təhsil sisteminin tətbiqindən daha effektli olar. Bununla yanaşı, dövlət büdcəsi də boş yerə xərclənməz və vəsait daha faydalı sahələrə sərf oluna bilər. Beləliklə, dövlət büdcəsini də boş yerə talan etməzsiniz və vəsait daha faydalı sahələrə sərf oluna bilər.

2.Azərbaycan və gürcü dillərinin tədris keyfiyyəti təkmilləşdikdən sonra növbəti addım olaraq universitetlərdə ikidilli proqramların hazırlanması mümkündür. Universitet səviyyəsində ikidilli kadrlar yetişdirilmədən məktəblərdə ikidilli təhsil sisteminin tətbiqi məntiqsiz və qətiyyən qəbuledilməzdir. Universitetlərdə məxsusi olaraq bu məqsəd üçün ikidilli proqramlar işlənib hazırlanmalı, proqramlara ikidilli professorlar cəlb edilməli və universitetlərdə ikidilli dərsliklər hazırlanmalıdır. Bütün bu şərtlər yerinə yetirilmədən məktəblərdə ikidilli sistemi tətbiq etmək, qeyri-gürcülərin təhsil hüquqlarının pozulması deməkdir.

3.Yeni sistemin tətbiqi üçün valideynlərin və müəllimlərin fikirlərini öncədən öyrənilməli və araşdırılmalıdır.

İkidilli təhsil sisteminin tətbiqi ilə bağlı mövcud problemlərin həlli üçün aşağıdakılar təklif olunur:

1.Hazırda məktəblərdə tətbiq olunan sistem tamamilə ləğv edilməlidir. İkidilli təhsil sisteminin adı reallığı əks etdirmədiyi üçün bu ad dəyişdirilməlidir. İkidilli kadrlar universitet səviyyəsində hazırlanmadığından, onların əvəzinə mentor və köməkçi müəllim terminləri tətbiq oluna bilər. Mentor əsas müəllim olacaq və dərsi Azərbaycan dilində izah edəcək. Köməkçi müəllim mentorun yanında bir neçə il təcrübə toplayacaq, lazım gəldikdə mentor müəllimi əvəz edə biləcək və dərsi Azərbaycan dilində izah edəcək. Köməkçi müəllim dərsin sonunda lazım gəldiyi təqdirdə 5-10 dəqiqə ərzində mövzular üzrə terminləri yalnız gürcü dilində (ancaq lüğət yazdırmaq) izah edə bilər. Köməkçi müəllimin işə qəbulu üçün həm Azərbaycan, həm də gürcü dili bilikləri mütləq olmalıdır. Bundan əlavə, köməkçi müəllim fənn üzrə mütəxəssis olmalıdır. Qeyri-ixtisas fənn müəllimlərinin sistemə cəlb edilməsi qəti şəkildə qadağan edilməlidir”.

A.İsayeva vurğulayıb ki, ikidilli təhsil sisteminin ləğv edilməsi və yeni terminlərdən (mentor və köməkçi müəllim) istifadə heç kəsin işdən çıxarılması anlamına gəlməməlidir. “Hər kəs mövcud işində qalacaq və sistemə əlavə olaraq yeni azərbaycanlı müəllimlər cəlb ediləcək. Yeni müəllimlərin funksiyası əsasən təcrübə qazanmaq, şagirdlərə gürcü dilində bəzi terminləri öyrətmək (lüğət) və aradabir əsas müəllimi əvəz etməkdən ibarət olacaq.

2.Hazırda ikidilli təhsil sistemində istifadə olunan bütün dərsliklər tamamilə ləğv edilməlidir. Bu dərsliklərin bir qismi müəllifləri bəlli olmayan Təhsil Nazirliyinin “ekspertləri” tərəfindən hazırlanıb. Həmçinin, sistemdə istifadə olunan bütün dərsliklərdə plagiarizm aşkarlanıb və mənbə göstərilməyib. Bəzi dərsliklər (məsələn, “Bizim Gürcüstan”, V və VI siniflər üçün nəzərdə tutulan) ikidilli deyil, yalnız gürcü dilindədir. Hər il belə keyfiyyətsiz dərsliklərin çap edilməsi dövlət büdcəsini talamaq deməkdir.

3.İkidilli təhsil sistemində çalışacaq şəxslərin (gələcəkdə “ikidilli kadr” yox, köməkçi müəllim adlandırılması daha düzgün olardı) işə qəbulu zamanı vakansiya elan edilən saytda ərizəçinin yalnız gürcü dili bilgisinin mütləq olması qeyd olunur. Bu prosedur dəyişdirilməli və ərizəçinin həm Azərbaycan, həm də gürcü dilini akademik səviyyədə bilməsi mütləq şərt kimi göstərilməlidir.

4.İkidilli təhsil sistemində çalışacaq şəxslər (gələcəkdə “ikidilli kadr” yox, köməkçi müəllim adlandırılması daha məqsədəuyğundur) üçün sertifikasiya imtahanında iştirak işə qəbul edildikdən 1 il sonra məcburi olmalıdır. Sertifikasiya imtahanını uğurla verən müəllimlərə baş müəllim statusu verilməli və maaşları həmin statusa uyğun olaraq artırılmalıdır. Sual yaranır: hansı qanuna əsasən bu müəllimlər aşağı maaş almağa məhkum edilmişdilər?

5.Azərbaycan dili və gürcü dilinin tədrisinin keyfiyyəti yüksəldilməlidir.

6.Dövlət büdcəsinin nəticəsi olmayan işlərə xərclənməsinin qarşısı alınmalıdır.

7.Cənab nazir Givi Mikanadze qeyd edir ki, dövlət qurumlarının apardığı araşdırmalara əsasən, qeyri-gürcü gənclər arasında gürcü dilini yüksək səviyyədə bilənlərin sayı 93%-dir. Əgər gənclər gürcü dilini bu qədər yüksək səviyyədə öyrənirlərsə, o zaman ikidilli təhsil sisteminə nə ehtiyac var?

Hazırda tətbiq olunan ikidilli təhsil sisteminin digər çatışmazlıqları aşağıdakılardır:

- Əsas müəllim və ikidilli sistemdə çalışan müəllimlər arasında dərs bölgüsü aparmaq çətinlik yaradır. Nəticədə hər iki müəllim arasında konflikt meydana gəlir.

- Dərsliklərin istifadəsi zamanı hər iki müəllim arasında konflikt yaranır; mövzular arasında uyğunsuzluq mövcuddur.

- Uşaqlar çox yüklənir və öyrənmə prosesi effektli baş tutmur.

- Hazırda tətbiq olunan sistem savadsızlığa yönəlmişdir.

- Müəllimlər Evi tərəfindən 19 il ərzində müəllimlərə yazılı təlimat təqdim edilməyib.

- Araşdırmaçı Şalva Tabatadzenin tədqiqatlarında Gürcüstanda ikidilli təhsil sisteminin “zəif” formasının tətbiq edilməsi dəfələrlə vurğulanıb. “Zəif” formanın əsas məqsədi ana dilində təhsili tədricən aradan qaldırmaq və yalnız dövlət dilində təhsilə üstünlük verməkdir. Bu isə assimilyasiya deməkdir və iki dilin öyrədilməsinə yönəlmiş siyasətdən xeyli uzaqdır”.

A.İsayeva qeyd olunan problemlərin həllində göstərəcəkləri dəstəyə görə Gürcüstanın aidiyyəti dövlət qurumlarının rəhbərlərinə əvvəlcədən təşəkkürünü bildirib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 17:22
Hörmüzdə BƏƏ tankeri vuruldu - Əbu-Dabi İranı günahlandırdı…

08.08.2026 / 16:55
“Ermənistan "Rusiyaya qarşı qoç" kimi əhəmiyyətini itirən kimi Qərb onlara arxa çevirəcək” - Medvedev

08.08.2026 / 16:25
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla...

08.08.2026 / 16:08
Ukrayna dronları Rusiyada daha iki neft emalı zavoduna hücum etdi…

08.08.2026 / 15:41
Ukrayna ABŞ-a söz verdi - Qara dənizdə Qazaxıstan tankerlərinə hücum edilməyəcək…

08.08.2026 / 15:23
Rusiya sahillərində Türkiyə gəmisi vuruldu…

08.08.2026 / 15:05
Hikmət Hacıyev: "İlham Əliyev müharibəni də, sülhü də qazandı" - VİDEO

08.08.2026 / 14:03
Britaniya səfirliyi Vaşinqton sammitinin ildönümü ilə bağlı bəyanat yaydı

08.08.2026 / 13:45
ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri

08.08.2026 / 13:12
ABŞ-ın müvəqqəti işlər vəkili: "TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" - VİDEO

08.08.2026 / 12:35
Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 11:08
Rusiya Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərdi

08.08.2026 / 10:49
Xocavənddə buldozer minaya düşdü

08.08.2026 / 10:16
"Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb" - Paşinyan

08.08.2026 / 09:32
Azərbaycan XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib

08.08.2026 / 09:15
Vaşinqton sammitindən bir il ötür - Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən zirvə...

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ