Cümə axşamı günü, 13 avqust 2026
     

Gülnur Aslanın yaradıcılığında tarixi həqiqətlərin və əfsanələrin bədii təfsiri

Image


Sehrli sözdədir bütün varlıqlar.
Sözün qüvvətisə ruhla ölçülür...
...Sözün arxasında əməl özü də
Dursa layiqincə, sözlər yaşanar.

Gənc şair, yazıçı və ictimai xadim Gülnur Aslanın “Kainatın körpəsi” adlı ikinci şeirlər toplusu bu sözlərlə başlayır. Bu, eyni zamanda yazıçının oxucularına səmimi sözləridir. Toplunun fərqli cəhətlərindən biri də əsərlərin eyni anda bir neçə dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunmasıdır. Bu da təəccüblü deyil, çünki müəllif yeddi dil bilir və hazırda italyan dilinin daha yüksək səviyyələrini mənimsəyir.

Şeirlər mövzular üzrə qruplaşdırılıb: “Kainatın körpəsi”, “İnsanlar aləmi”, “Həyat yolu”, “Qarabağ - Azərbaycandır!”, “Qəlbin melodiyası” və s.

Toplu Azərbaycanın əzəli Qarabağ torpağının işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılan tarixi Qələbədən ilhamlanaraq yazılmışdır.

Gülnur xanım həm də “Angelos” və «Tayna nevestı v jeltom» (“Sarı gəlinin sirri”) adlı iki maraqlı romanın müəllifidir. Bu əsərlərdə onun çoxşaxəli bədii istedadı, zəngin biliyi, orijinal düşüncə tərzi və Vətənə olan dərin sevgisi xüsusi şəkildə əks olunur.

Tanınmış və istedadlı, bu yaxında “Tərəqqi” medalı ilə təltif olunmuş jurnalist Afət İslamla söhbətində Gülnur Aslan romanlarının yaranma tarixindən, sözə olan tələbkarlığından və oxucular qarşısında hiss etdiyi məsuliyyətdən danışır:

- Tarixə və mifoloji keçmişə etdiyiniz ekskurslar nə dərəcədə dəqiqdir? Bunlar yazıçının yaradıcı təxəyyülünün məhsuludur, yoxsa tarixi faktların doğruluğunu araşdırmaq üçün ciddi hazırlıq aparmısınız? Sizin romanlarınızda da zəngin tarixi detallar, qeyri-adi və maraqlı paralellər yer alır.

- İlk şərt yazıçının oxucu ilə səmimi olmasıdır. Amma biz bilirik ki, tarix elmi çox zaman subyektiv təfsirlərlə təqdim olunur və heç kim tam əminliklə nəyin necə baş verdiyini deyə bilməz. Ona görə də, kitabın üzərində hazırlıq işləri günlər və aylarla deyil, illərlə davam edib. Mən təkcə tarixi faktları yox, həmin hadisələrin müxtəlif təfsirlərini də etibarlı, qəbul olunmuş və inandığım mənbələrə əsaslanaraq topladım. Bununla yanaşı, şəxsi fəlsəfi düşüncələrimə də yol verdim, çünki onlar mənim üçün müəyyən bir məntiqlə izah olunurdu.

- Söhbət “Angelos” romanından gedir? “Sarı gəlinin sirri” romanından əvvəl yazılmışdı?

- Tamamilə doğrudur. Həmin roman Qarabağ Zəfərimizdən əvvəl yazılıb. Xalqımızın, dövlətimizin qalib olacağını öncədən hiss edirdim və elə bir əsər yaratmaq istəyirdim ki, bizə qalib xalq olduğumuzu xatırlatsın. Beləliklə, amazon döyüşçü qadınlarının albanların Pompeyi məğlub etməklərində rolu ilə bağlı fikir yarandı.

- Sonra «Tayna nevestı v jeltom» (“Sarı gəlinin sirri”) romanı meydana gəldi…

- “Sarı gəlinin sirri” dörd dəfə yenidən yazılmış romandır və onu dərc etdirmək qərarına gəlmək çox çətin oldu. Xüsusilə oradakı tarixi epizodlara görə. Yalnız o hissələri saxladım ki, onların doğruluğunu qəlbimlə hiss edirdim. Əlbəttə, mən tarixçi-alim Lətifə Məmmədova ilə məsləhətləşirdim. Bu roman - bizim tariximizin bütöv obrazını yaradan, “Sarı gəlin” kimi gözəl xalq mahnısına olan sevgini yaşadan kiçik bir parça, ruhumuzu qoruyacaq bir toxumadır.

- Və bu əsər sadəcə bütöv deyil, həm də heyrətamiz dərəcədə harmonik təsir bağışlayır. Biz dünyaya göz açanda bu musiqini artıq eşidirik və o, həyatımız boyu bizi müşayiət edir… Fərqli tarixi faktlar arasında qurulan bu qədər təbii paralellərə valeh oldum.

- Romanın əlyazmaları, elmi hazırlıq materialları, hətta ilk dəfə yazmağa başladığım qələm də məndə saxlanılır. Bizim ailədə belə bir ənənə var - ayrıca qovluq, ayrıca rəf, kiçik ev muzeyi, gələcək nəsillərə xatirə… Müəllif hüquqları isə çox ciddi bir məsələdir.

- Bu gün hər kəs sosial şəbəkələrdə yazır, blogerlik və yazıçılıqla məşğuldur, müəlliflik iddiası ilə çıxış edir, lakin dediklərinə və yazdıqlarına görə məsuliyyət daşımır. Bu kontekstdə sizcə yazıçının məsuliyyəti və mövqeyi nədən ibarətdir?

- Çox aktual və vacib sualdır… Sosial şəbəkələr istifadəçilərə özlərini tamamilə ifadə etmək imkanı verir. Amma cəmiyyət informasiya bolluğunun içindədir və artıq həqiqət işığını tapmaq çətindir. Bu yerdə oxucunun qəlbi bir kompas rolunu oynaya bilər. Əgər yazıçı səmimidirsə, oxucu yalanı görməyəcək. Mən uşaqlıqdan yazıram, lakin hələ özümü nə şair, nə də yazıçı adlandırmaq cəsarətini tapmırdım. Yalnız “Sarı gəlinin sirri” çap olunandan sonra buna razı ola bildim. Əgər bu baş verməsəydi, düşünərdim ki, mənim vaxtım hələ gəlməyib.

- Yəni kənar rəsmi statuslar sizin üçün əhəmiyyət daşımırdı?

- Ümumiyyətlə, düşünürəm ki, bu həyat dövründə hərtərəfli tanınma gözləmək uzaqgörənlik deyil. Daha böyük hədəflər qoymaq lazımdır - bəlkə də əsrlər boyu çəkən.

- Deməli, Yazıçılar Birliyinə üzv qəbul edilməyiniz məsuliyyətinizi artırdı, çünki bu həm yazıçılıq istedadınızın peşəkar təsdiqidir, həm də oxucuların yeni əsərlərinizi gözləməsidir. Maraqlıdır, siz “Sarı gəlin” xalq mahnısından ilhamlanaraq roman süjetini qurmaq fikrinə necə gəldiniz?

- Bizim ailədə tarix və onun kodları çox yüksək qiymətləndirilir. Uşaqlıqdan bizə “buta”nın nə olduğu, niyə bu tarixi və mədəni irs qorunmalıdır izah olunurdu. Milli mədəniyyətə, musiqiyə, tarixə sevgi aşılanırdı. Biz bu mühitdə böyüdük. Sonra hiss etdim ki, mənə çox dərin bir məna açılır. Bəlkə də bu, şüuraltı səviyyədə baş verirdi. Bu ideya belə gəldi və çox güclü şəkildə inkişaf etməyə başladı.

- Bütün bunlar doğrudan da həmin mahnının təsiri ilə baş verdi?

- Bəli. Bu mahnı illərlə mənim üçün bir stimul, sevimli Vətənim üçün nələrsə etməyə ilham verən bir qüvvə oldu. Mən də bu torpağın kiçik bir parçası olaraq öz töhfəmi verməyə çalışdım.

- Yeni əsərə başladığınız zaman əsas götürdüyünüz nə olur: janr, yoxsa süjetin beyninizdə formalaşması və potensialı?

- Hər şey anidən gələn güclü bir emosional partlayışla başlayır. Mən janrlarla təcrübə etməyi sevirəm. Hazırda daha çox tarixi detektiv, intellektual triller janrına üstünlük verirəm. Burada kriminal yoxdur, amma sirr var. Düşünmürəm ki, kriminal janrı ilə dostlaşmaq mənimçün çətin olacaq.

- Amma “Sarı gəlinin sirri” romanında incə vəeyni zamanda maraqlı bir detektiv xətt var.Bu əsəri daha da cəlbedici edir.

- Yazanda çalışıram ki, müəllifi olmasaydım özüm oxumaq istədiyim kitab yaransın. “Angelos” və “Sarı gəlinin sirri” elə bir kitablardır ki, yaddaşımı itirsəydim, onları oxumaq istərdim (gülür). Yəni yazmaq xatirinə yazmıram. Mütləq ruhlandırıcı bir duyğu olmalıdır. Əks halda, kağızı qaralamağa dəyməz.

- Yeni əsərin süjeti əvvəlcədən tam formalaşır, yoxsa proses zamanı yaranır?

- Deyərdim ki, bir növ “skelet” dərhal formalaşır. Onu görür və hiss edirəm - bu elə bir şeydir ki, aylarla, illərlə üzərində işləməyə dəyər və bu işi sevə-sevə görürəm. Bu, qəlbimdə yanan və onunla yaşamaq istədiyim bir mövzu olmalıdır.

- Müxtəlif dövrlərin qarşılaşdırılması, yoxsa yaşadığınız dövrün əksi - sizin üçün hansıdır prioritet, ehtiyac və daxili tələbat? Hansı dövrdə özünüzü daha güvənli hiss etmisiniz və dövrlərarası paralellər çəkmək sizə daha asan olub?

- Təəccüblü olsa da, mən özümü daha çox əvvəlki tarixi dövrlərdə rahat hiss edirəm. Mən özümü daha çox XVIII-XIX əsrin qovşağında görürəm. “Angelos”dakeçmiş dövrlərin diplomatik və tarixi elementlərini mətnə daxil etmək çox maraqlı idi. Bununla Azərbaycanın tarixi şəhərlərinə, Bakıya, İçərişəhərə olan sevgimi də göstərməyə çalışdım.

- Sizin süjet labirintləriniz oxucunu bəzən əsl tapmaca qarşısında qoyur. Fikir tərziniz çox maraqlıdır, eyni zamanda sizə yol göstərən intuisiyanız da diqqət çəkir. Beləliklə, sizcə, yazıçı - müşahidəçidir, şahiddir, yoxsa iştirakçı?

- Hamısı birdən. Əslində, hamı onu müşahidəçi sayanda, yazıçı artıq iştirakçıdır. O, qəhrəmanları kimi düşünməyi bacarır. Amma yazıçının daha uca missiyası ondan ibarətdir ki, oxucunuəsərdən nəticə çıxarmağa vadar etsin - “nə yaxşıdır”, “nə pis”.

- Bu gün əxlaq və mənəviyyatın parçalanması, müharibələr, qan tökülməsi və torpaqların işğalı kimi fəlakətlər gözümüzün qarşısında baş verir. Siz isə əsərlərinizdə ən ülvi insani keyfiyyətlərdən yazırsınız. Sizə nə güc verir və gözəllik haqqında danışmağa sövq edir?

- Yalnız… sevgi. Mənim bütün kitablarımın sonluğu göstərir ki, zirvədə və mərkəzdə duran dəyər - ailəyə, uşaqlara və Vətənə sevgidir. Mənim üçün ən ağrılı məsələ uşaqların təhlükəsiz və xoşbəxt böyüməsidir. Çünki mənim üçün uşaqlar - mələklərdir və onlar üçün ailə mütləqdir. Hər kəs Kainatda öz kiçik sülh dünyasını yaratmalıdır. Burada yaxınların dəstəyi və sənə olan inamı çox vacibdir. Məsəlçün, məni “Sarı gəlinin sirri”ni nəşr etməyə iki insan demək olar ki,məcbur etdi - redaktorum və həyat yoldaşım.

- Bu, yazı işini cəmiyyətin qarşısına çıxarmaqla bağlı məsuliyyət hissinin nəticəsi idi…

- Valideynlərim də süjeti sadələşdirməklə bağlı çox dəyərli məsləhətlər verdilər. Janr üslubu isə Den Braun yazıçılıq kursunun təsiri ilə cilalandı. “Sarı gəlinin sirri” nəşr edildikdən sonradüşünürdüm ki, həyatdan belə nə vaxtsa ayrılmaq qorxulu deyil, çünki mənim üçün bu mövzuda kitab - ən ali yazıçılıq röyam idi. Çoxlu işarə və simvollar bu kitabın yazılmalı olduğunu təsdiqləyirdi. Bir dəfə, şəhərdə gəzəndə həmin kitabla bağlı ziddiyyətli düşüncələrlə doluykən, uzaqdan “Sarı gəlin”in tarla ifa olunan zərif melodiyasını eşitdim. Bu “təsadüf olmayan təsadüf” məni o qədər sarsıtdı ki, yerimdə dayandım, gözlərimdən sel axmağa hazır idi…

- Gülnur xanım, bəzi şeirləriniz dünya rəssamlarının əsərlərindən ilham alaraq yazılıb. Bu necə baş verdi?

- Elə alınır ki,məni narahat edən mövzular haqqında yaza bilirəm. İlhamın, gözəlliyin, sənətin dəyərini bilən və heyran qalan bir oxucu kimi, böyük ustadların sənətindən təsirlənməmək mümkün deyil. Ona görə də, şeirlərimdə tez-tez onların yaradıcılığına istinad edirəm. Şairlərdən isə - Nizami, Natəvan, Puşkin, Nəbi Xəzri, Davud Aslan - mənim yaradıcı talismanlarımdır. Onların ruhu mənə gələcəkdə oxucular üçün maraqlı əsərlər yaratmaq gücü verir.

Söhbətləşdi:

Afət İslam



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ