Cümə axşamı günü, 01 oktyabr 2026
     

Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq - Yunus OĞUZ yazır

Image


Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri - maddi miras da əvəzsiz rol oynayır.

Maddi mirasın növləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, daşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar), qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə, yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır, çunki epik əsərlərin mərkəzində, cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki, şifahi xalq ədəbiyyatında bir neçə əsr boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfəni bütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişaf etdikcə onlar müstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi olan məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epik əsərlərin ən güclü tərəfi Məntiq və Yaradıcı Sözdür. Məntiqsiz olsaq və sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və bu epik miras kimi də həyata vəsiqə qazanmayacaqdı.

Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur? Bu sözün kökü eposdan qəlir və müəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.

Epik əsərlərdə insanların, tiplərin, personajların psixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, hətta mühitin təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllif geniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllara əl atır. Lakin əsərin böyük və kiçikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kiçik, orta, böyük) asılı olaraq,ordakı tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhrəmanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə bilər. Məsələn, "Manas" dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. "Dədə Qorqud" dastanı isə müxtəlif əsrləri özündə birləşdirir. "Koroğlu" dastanı bizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə "İlliada" əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün süjet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədə bir qədər sonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər məxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhrəmanı bu janrlarda müstəsna rol oynayır və nəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhrəmanının xeyir surətini yaradır, əks qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və o xalq məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin "Şahnamə" eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralar bu dövlətlərin siyasi quruluşu, dünyabaxışı, ideologiyası reallığa dönür. Daha sonra bu mifi yenə həyatda bərpa etmək istəyənlər və bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən "Boz Qurd" bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclər arasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdir. Dastanlar isə özlüyündə iki janra ayrılır; qəhrəmanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, bu epik janrda müsbət obrazlar həm sevgisi,həm də ədalətli cəmiyyətdə yaşamaq uğrunda mübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhrəmanı məntiqi və hazırcavablığı ilə seçilir və nəyisə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhrəmanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə sevilir. Məsələn, lətifə qəhramanlarından "Bəhlul Danəndə", yaxud "Molla Nəsrəddin" minillərdir xalqın qəhrəmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan "atalar sözləri" də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə atalar sözlərini epik irsə salmaq istəməyənlər də var. Lakin, bu janr epik irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan söz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarını itirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epik mirasın aşağıdakı janr növləri vardır:

Təmsil

Şeir və ya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirik xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlər heyvan və ya quşların dilindən oxuculara çatdırılır.

Hekayə

Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.

Novella, felyeton, satira

Bu hekayə janrına daxil edilsə də satira yumor, tənqidi, gülməli məzmun daşıyır.

Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.

Oçerk

Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir. Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.

Povest

Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr insanların düşüncələrini aça bilməsinə imkan verir.

Roman

Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyüdür. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.

Dramaturgiya

Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, "Yada daşı" ayini yağış yağdırmaq üçün; "Kosa-kosa" oyunu Yeni günün (Novruz) gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.

Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.

Poema

İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.

Xatirə, yaxud memuar

Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğu hadisələri qələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.

Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa bağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.

Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.

Məsələn, Şliman "İlliada" əsəri əsasında Troya (Turoba) şəhərini tapmasaydı, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.

Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasaydı, bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətin örtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi miras mifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf Övliya Çələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklər və dünya onu mifik şəxs hesab edirdi. Lakin "Dədə Qorqud" dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.

Heç şübhə etmirəm ki, "Manas" eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasının bu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu göstərəcək. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.

Çünki mifin içində reallıq, reallığın içində mif var.

Yunus OĞUZ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ