şənbə günü, 07 noyabr 2026
     

QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

Image


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qədim təbabətə aid ərəb, fars və türk dillərində xeyli əlyazma kitab mühafizə olunur. İnstitutumuzun zəhmətkeş əməkdaşları həmin kitabları dilimizə tərcümə edib nəşrə hazırlayır və oxuculara təqdim edirlər. Bu yazımızda həmin kitablardan üçü haqqında danışmaq istəyirik. 

Mir Məhəmməd Zaman Hüseyni Deyləmi (öl. 1698) XVII əsrdə Süleyman şah Səfəvi dövründə yaşamış görkəmli alimlərdən biridir. Atası da Səfəvilər sarayında həkim olmuşdur. O, dərmanlara aid materiallar toplamış, lakin işi başa çatdıra bilmədiyindən kitab yazmağı oğluna tapşırmışdır. Mir Məhəmməd ilk təhsilini atasından almışdır. O da bir sıra tibbi kitabları əldə edib oxumuş, tibbi təcrübə toplamış və dərmanşünaslığa öz töhfəsini vermişdir. Mir Məhəmməd Möminin bu böyük həcmli məşhur əsəri Süleyman şah Səfəviyə ithaf olunmuş "Töhfeyi-həkim Mömin"dir. Əsərin müxtəlif nüsxələri bir çox ölkələrin kitab xəzinələrində mühafizə olunur. Əlyazmalar İnstitutunda əsərin 24 əlyazması saxlanılır. Əlyazmadakı qeyddən bilinir ki, əlyazma Fətəli şah Qacarın nəvəsi Bəhmən Mirzənin kitabxanasındandır. Burada Bəhmən Mirzənin möhürü və əsərin kitabxanaya verildiyi tarix (1829) vardır. "Töhfətül-Mömin"i Sultan Mahmud dövrünün həkimlərindən Əhməd Sani b. Həsən "Ğünyetül-muhassilin" adı ilə çevirmişdir. "Töhfeyi-həkim-Mömin" əsərinin I hissəsini institutumuzun əməkdaşı K.Hüseynoğlu fars dilindən tərcümə etmişdir. Kitab "Elm və təhsil" nəşriyyatında çap olunmuş, redaktoru f.e.d. Nəsib Göyüşovdur. 

Kitaba ol­­duq­­ca əha­­tə­li ön söz yaz­an, izah və şərh­­lər ver­ən, ön sözdə həm qədim təbabət haqqında, həm Mir Məhəmməd Hüseyni Mömin və onun əsəri haqqında dəyərli fikirlərini oxucularla bölüşən müəllif yazır: "Təqribən 1500 səhifədən ibarət olan Töhfeyi-həkim-Mömin" əsəri (mənbələrdə əsərin adı "Töhfətül-möminin" kimi də gödtərilib) müqəddimə və iki hissədən ibarətdir ki, bu hissələr də öz növbəsində müvafiq bölmələrə və fəsillərə bölünürlər. Birinci hissədəki bölmələr kitabda "təşxis", yəni "təyinetmə" adlandırılır. Ancaq "təyinetmə" sözü azərbaycan dilində termin kimi o qədər də uğurlu səslənmədiyinə görə tərcümədə o, "təlimat" və ya "təyinetmə üzrə təlimat" kimi verilmişdir". Bizcə, "təşxis" müasir tibdə "diaqnoz" deməkdir... 

Müəllif əsərin dibaçəsində göstərir ki, bu zamana kimi dərmanşünaslığa aid fars dilində mükəmməl bir əsər olmadığından, təkcə Hacı Zeynəlabidinin "İxtiyarati-bədii" əsərindən istifadə edilmişdir ki, bu əsər də çox bəsit imiş, orada müəllif özündən əvvəl yazılmış əsərlərə istinad etməmişdir. Mir  Məhəmməd Mömin kitabı yazarkən qarşısına həm də belə bir məqsəd qoymuşdur ki, Zeynəlabidinin öz əsərində demədiyi məlumatları da işıqlandırsın. Ona görə də təbabətə aid əldə etdiyi bütün kitabları oxumuş, bir sıra alim həkimin 

. Mir Mə­həm­məd Mö­min ki­ta­bı ya­­zar­­kən qar­şı­sı­na həm də be­lə bir məq­səd qoy­muş­dur ki, Zey­­­nəl­­a­bi­di­nin öz əsə­rin­də de­mə­di­yi mə­­­lu­­mat­­la­­­rı da işıq­­­lan­­­dır­­sın. Ona gö­rə də tə­ba­bə­tə aid əl­­­də et­­di­­yi bü­­tün ki­­tab­­la­­rı oxu­muş, bir sıra alim həkimin, dahi təbiblərin, o cümlədən Hippokratın "Müalicat", Loğmanın "Dərman vəsaitləri haqqında məqalələr", Qalenin "Minqizüs-səmum", "Kamilüs-sənayə", Bahirin "Cuk və mustəcuk", İbn Təlmizin "Muğənna", Razinin "Tibbi-muluki", İbn-Sinanın "Qanun", İbn Baytarın "Malayəsə", "Külliyyat", Şeyx Davud Əntakinin "Camei-Bağdadi", "Camei-Əntaki", Əminəddövlənin "Kamilül-ədviyyə" və b. əsərlərə müraciət etmiş, onlardan bəhrələnmiş və əsərində bunu qeyd etmişdir. 

Birinci təlimatda dərman maddələrinin xüsusiyyətləri, qəbul olunması, təsiri verilmişdir. müəllif əsərdə biitki mənşəli dərmanları hazırlayarkən, həmin bitkiləri nə zaman, hansı fəsildə hansı bitrkini toplamaq lazım gəldiyini, heyvan mənşəli dərmanları hazırlarkən heyvanın yaşını nəzə almağı, mineral maddələri torpaqdan nə zaman çıxarmağın gərəkliliyini və s. göstərir.

İkinci təlimatda sadə dərmanların və qidaların, qarışıqların və onlara uyğun dərmanlardan bəhs edir.qida maddələrinin xüsusiyyətləri və təsiri ərəb əlifbası ilə verilir. 

Üçüncü təlimatda əsas mahiyyət, dərmanların xassələri, keyfiyyəti, hazırlanma qaydaları, dozaları, dərmanların zərərli cəhətlərinin aradan qaldırılması yolları, eyni zamanda tibb terminlərinin lüğəti, dərmanşünaslıqda işlədilən çəki vahidlərinin izahı və s. məsələlər verilmişdir. müəllif burada da dərmanları ərəb əlifbası sırası ilə ardıcıl düzmüşdür. Əsər dərmanşünaslıq elmində bir inqilabdır, desək, yanılmarıq. Çünki, müəllif burada bir çox əsərlər kimi əvvəl xəstəlikdən danışıb, sonra müalicəni göstərməmiş, əvvəl dərman vasitəsini təqdim etmiş, sonra onun hansı xəstəlikdə işlədildiyini qeyd etmişdir. Lazım gələn yerlərdə yuxarıda adlarını qeyd etdiyimiz alimlərin əsərləri ilə müqayisələr də aparmışdır. 

Tərcüməçi yazır: "Sonda demək lazımdır ki, Mir Məhəmməd Mömin özünün təbabətə dair yazdığı ensiklopedik əsərində qədim təbiblərin çoxsaylı əsərlərindən istifadə edərək, qədim Şərq təbabətinin bütün sahələrini əhatə etməyə çalışmışdır. Öz kitabında müxtəlif təbabətə dair yazılmış elmi risalələrdə rast gəldiyi bütün dərman maddələrinin müalicəvi xüsusiyyətlərini verməklə yanaşı, məlum xəstəliklər və onların müalicə üsulları, təbabətdə işlənən çəki vahidləri, müxtəlif alətlər və onlardan istifadə üsulları barədə də geniş məlumatlar vermişdir".

Kamil müəllim əsərin tərcüməsində çox böyük səy göstərmiş, ağır zəhmət bahasına bu kitabı ərsəyə gətirmişdir. Müəllifə təşəkkür edir, yeni uğurlar arzulayırıq.

Mir Məhəmməd Hüseyni Möminin əsərinin II hissəsini əsərinin II hissəsini institutumuzun əməkdaşı Kəlamə Əjdər qızı Abbasova fars dilindən tərcümə edib nəşrə hazırlamış və "OPTİMİST" çap mərkəzində "Töhfətül-möminin" (Möminlərin töhfəsi) adı ilə nəşr etdirmişdir. Kitabın redaktoru f.e.d. Nəsib Cümşüd oğlu Göyüşovdur.

Kəlamə xanım I cilddə geniş ön söz yazıldığına işarə edərək, kitaba qısa, yığcam ön söz yazmış və sonda qeydləri, şərhləri vermişdir. Müəllif yazır: "...Heç təsadüfi deyildir ki, əsər yazıldığı vaxtdan üç əsr müddətində təbabətə dair qaynaqlar içərisində məşhurluğunu və önəmini qoruyub saxlamışdır. Bu əsərin mühüm cəhətlərindən biri odur ki, burada klassik təbabət və əczaçılığın məşhur nümunələri arasında müqayisəli araşdırma aparılmışdır. Əsərin dünya kitabxanalarında bir çox əlyazma nüsxələri vardır. Tərcüməsini təqdim etdiyimiz Bakı nüsxəsi M-242 şifrəsi altında mühafizə olunmaqdadır. Əsərdə barəsində heç bir yerdə rast gəlinməyən müəllif və əsərlərin də adları çəkilir ki, bu da yeni tədqiqat işlərinə, yeni araşdırmalara zəmin yaradır".   

Əsərin II hissəsi kimi nəşr olunan kitabda 140 "he" hərfi ilə, 230 "xe ilə, 205 "dal" ilə, 38 "zal" ilə, 167 "re" ilə, 154 "ze" ilə başlayan dərman vasitəsi təqdim olunmuşdur. Bunlardan bəzisi haqqında geniş, bəzisi haqqında qısa məlumat, bir çoxunun sadəcə tərcüməsi verilmişdir. Bəzilərinin xüsusiyyətləri, bəzilərinin hansı xəstəliklərdə istifadə edilməsi diqqətə çatdırılmışdır. Burada hətta haqqında bir neçə səhifəlik məlumat olan dərman vasitələri də vardır. 

Əlyazmalar İnstitutunda mühafizə olunan tibbi kitablardan biri də XVI­II əsr­də ya­şa­yıb fəa­liy­yət gös­­tər­­­miş Azər­bay­can tə­­bib­­lə­rin­dən   Hacı Süleyman Qacar İrəvaninin 1788-ci ildə qələmə aldığı "Fəvaidül-hikmət" (Hikmət xəzinəsi) əsəridir. Bu əsəri də fars di­­lin­dən Kə­la­mə Ab­ba­so­va tər­cü­mə edib nəş­rə ha­zır­la­mışdır. Ki­­ta­bın el­mi re­dak­to­ru professor Fə­rid Ələk­bər­li­dir. Tərcüməçi "Ön söz"də yazır: "Bəzi kataloqlarda "Kitabül-hikmət" (Hikmət kitabı) adı altında verilmiş bu əlyazmanın İran­da və Mi­sir­də nüs­xə­lə­ri saxlanılmaqda­dır. Tərcümə etdiyim bu əsər isə Əlyazmalar İnstitutunun xəzinəsində D-182 şifrəsi altında mühafizə olunur".

"Bismillah"la başlayan girişin kim tərəfindən yazıldığı bilinmir. Allaha həmd və şükürdən sonra müəllifin tərifi gəlir: "Şərqdə ən dəyərli şəfa ocağının təbiblərindən olan xüsusi tərifəlayiq şəfakar Hacı Süleyman ibn Salman ibn Məhəmmədkərim ibn Məhəmmədəli ibn Hacıümmət ibn İsağa ibn Həsənağa dövrünün xəstəliklərini özünəməxsus şəkildə az vəsait və sadə üsullarla müalicə etməösi ilə şöhrət tapmışdır. Mövcud xəstəliyi mötədil vəziyyətə çatdırmaq üçün xıltların orqanizmdə yaratdığı fəsadları dövrünün qayda-qanununa uyğun şəkildə yüksək səviyyədə və münasib yollarla aradan qaldıran yüksək bilik və dərin kamal sahibi axan göz yaşını, nəbzin ahəngini, qan təzyiqini, daxili əzaları və ümumilikdə bütün bədənin zəruri nizamını öz nəzarəti altında saxlamağı bacarmışdır".

Ki­tab­ın I hissəsində dər­man bit­ki­ləri haq­qın­da mə­­lu­mat ve­ril­mişdir. Əvvəldə "əlif" hərfi ilə başlayan 112 dərman bitkisi verimişdir. Lakin burada a, ə, i, u hərfləri ilə başlayan bitkilər vardır. Çox güman ki, təkcə "əlif" deyil, həm də "ayn" hərfi ilə başlayan bitkilər də bura daxil edilmişdir. Daha sonra 66 "be" hərfi, 2 "pe", 18 "te", 7 "se", 29 "cim", 47 "ha", 38 "xa", 26 "dal", 5 "zal", 20 "ra", 29 "za", 49 "sin", 29 (4) "şin", 12 "sad", 6 "zad", 23 "ta", 2 "za", 25 "eyn", 9 "ğeyn", 21 "fa", 33 "qaf", 34 "kaf", 13 (13)"gaf" (q), 25 "lam", 38 "mim", 24 "nun", 5 "vav", 8 "hayi-həvvəz", 4 "yə" hərfi ilə başlayan dərman bitkiləri haqqında məlumat verilmişdir. Ha­cı Sü­ley­man bir sı­ra dil­lə­ri (ərəb, fars, la­tın, yu­­nan, fran­­sız, hind, çin və s.) bildiyindən, əsə­­rin­də is­ti­fa­də et­­­­di­yi dər­­­man bit­­ki­­lə­­­ri­nin müx­tə­lif dil­­lər­­də ad­la­rı­nı qeyd et­miş­dir. Mü­əl­lif hər bir dər­man bit­ki­si­nin han­sı xəs­­tə­­lik­də, han­sı for­ma və do­­za­­da is­­ti­­fa­­də edil­mə­si­ni gös­­tər­­­miş­­dir. 

Əsərin II hissəsində xəstəliklər, simptomları, müalicə üsulları və s. haqqında məlumat vardır. Burada baş, göz, qulaq, dil, diş və diş əti, burun, boğaz, sinə, qara ciyər, ağ ciyər, mədə, bağırsaq, dalaq, ürək, böyrək və s. orqanların xəstəliklərinin ayrı-ayrılıqda müalicə üsulları verilmişdir. Sancı, iflic, əzələ süstlüyü, bel və diz ağrıları, qadın xəstəlikləri, uşaq xəstəlikləri, podaqra, revmatizm, dəri xəstəlikləri, şiş xəstəlikləri,yuxusuzluq, yanıqlar, donmalar, ilan və həşərat sancmaları, quduzluq və s. xəstəliklərin müalicəsi göstərilmişdir. 

Kitabın sonunda "qeydlər və şərhlər" və "Çəki vahidləri" qeyd olunmuşdur.  

Kəlamə Abbasova hər iki kitabın ərsəyə gəlməsi üçün fədakarlıq göstərmiş, oxuculara dəyərli bir tərcümə əsəri təqdim etmişdir. Kəlamə xanım hal-hazırda "Töhfətül-möminin" əsərinin III hissəsinin tərcüməsi ilə məşğuldur. Ümid edirik ki, tezliklə növbəti kitabı da işıq üzü görəcək. Tərcüməçiyə təşəkkür edir, yeni uğurlar arzulayırıq.  

SONA XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ