Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Respublikanın 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişiklik edərək, sənəddən Birinci Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına xarici siyasət məsələləri ilə bağlı təşəbbüslərlə müraciət etmək ömürlük hüququnu çıxarıb.
Tokayevin müvafiq fərmanı ölkənin hüquqi informasiya sistemində dərc edilib. Bu qərarla Konsepsiyadakı "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun müddəalarını özündə ehtiva edən maddə qüvvədən düşüb. SAMİRƏ