Ukrayna böhranını Ukraynanın NATO ilə birləşməməsini razılaşdırmaqla həll etmək üçün imkanlar var. Bunu BMT Baş katibi vəzifəsinə namizəd olan Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvon Baki bildirib. "Düşünürəm ki, Rusiyanın NATO-nun ətrafında olmasını istəməməsi barədə razılıq əldə edilib. Gəlin bu barədə razılığa gələk", - Baki bildirib. O, həmçinin hesab edir ki, Rusiya və Ukrayna "BMT-də birlikdə oturub danışmalıdırlar". Keçmiş Ekvador səfiri İvon Bakinin Ukraynanın NATO-ya daxil olmaması ilə bağlı danışıqlar aparmaq təklifi Rusiya ilə Qərb ölkələri arasında davam edən qarşıdurma fonunda ortaya çıxıb. Təqaüdçü amerikalı diplomat Ças Friman ABŞ və Avropa NATO üzvü ölkələrinin Rusiya ilə faktiki olaraq müharibə vəziyyətində olduğunu bildirib, Moskva isə öz növbəsində Ukraynaya silah tədarükünün münaqişəni uzatdığı barədə xəbərdarlıq edib.
SAMİRƏ