"Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb. Azərbaycanın öz potensialını dəstəkləyərkən, Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik". Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib. Səfir qeyd edib ki, bunu Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir. "Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq. Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edir"-deyə səfir qeyd etdi.
İradə SARIYEVA