ABŞ prezidenti Donald Tramp İranla müharibədən çıxış yolunun olmamasından məyus olduğuna görə bu həftə Yaxın Şərq müttəfiqlərinə qarşı sərt açıqlamalar verib.
Bu, "The Washington Post" qəzetinin ekspertlərlə müsahibədən sonra gəldiyi nəticədir. Onların sözlərinə görə, dövlət başçısı regional müttəfiqlərinə qarşı daha çox tənqid səsləndirib, çünki İranla müharibədə qələbə ona artıq əlçatmaz görünür. Nəşr qeyd edir ki, Amerika lideri İsraillə İrana birgə hücumların başlamasından təxminən altı ay və partiyasının Konqres üzərində nəzarəti saxlayıb-saxlamayacağını müəyyən edəcək ara seçkilərdən 75 gün əvvəl getdikcə daha çox Omana və ABŞ-ın digər tərəfdaşlarına qarşı məyusluğunu ifadə edir. Məqalədə qeyd olunur ki, Amerika silah arsenallarının azaldılması səbəbindən Tramp hazırda hərbi güc tətbiq etməkdən çəkinir və bunun əvəzinə İrana qarşı iqtisadi sanksiyalara diqqət yetirir. Bu sanksiyalar Vaşinqtonun istədiyi güzəştləri, o cümlədən Hörmüz boğazını əldə edə bilməyib. Xəbərdə o da xatırladılır ki, daha əvvəl Tramp Omanın hərəkətlərindən narazılığını bildirib və İranla ABŞ arasındakı münaqişənin həllinə mane olacağı təqdirdə sultanlığı "cəhənnəm atəşinə tutmaqla" hədələyib.
SAMİRƏ