Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu illərdə hakimiyyətin Qarabağ üçün heç nəyi əsirgəmədiyini və əlavə 1 milyard dollar maliyyə ayırdığını bildirib. "Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu. Mən bununla fəxr edirəm və Ermənistan xalqı da bu fikri bölüşür. Əks halda, mən indi sizin qarşınızda durmazdım", - deyə Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib. O, Qarabağda yaşamış ermənilərin pensiyalarının Ermənistandakından daha yüksək olduğunu bildirib. "Sənədlərdən də görünən budur", - o deyib. SAMİRƏ