Almaniyada 6 apreldən 9 avqusta qədər istidən vaxtından əvvəl ölüm hallarının sayı təxminən 14.000 olub. Bu barədə DW məlumat verib. Robert Koch İnstitutunun (RKI) son həftəlik hesabatına görə, bu, hər 100.000 sakinə təxminən 17 ölüm deməkdir ki, bu da son on ildə ən yüksək göstəricidir.
2018-ci ildə istidən 8.900 insan ölüb. Yüksək temperatur ən çox 85 yaşdan yuxarı sakinlərə təsir edib (7.040 ölüm). Təxminən 3.450 ölüm 75-84 yaş qrupunda, 2.170 ölüm isə 65-74 yaş qrupunda olub. RKI 65 yaşdan kiçik insanlar arasında 1320 ölüm hadisəsini qeydə alıb.
SAMİRƏ