şənbə günü, 07 noyabr 2026
     

Konstitusiya məhkəmə hakimləri barədə “75 yaş qərarı” hansı əsasla verildi?..

Image


Şəmsəddin Əliyev: “Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75-ə qaldırılırsa, onda bu, başqa sahələrdə də belə olsun, ayrıseçkilik edilməməlidir”

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır. Bu məsələ ilə bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.

Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin, məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.
Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.
Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.
Yekun olaraq layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədilə təqdim olunmuş texniki xarakterli dəyişikliklər də əks olunub.
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır, amma digər bütün sahələrdə, prokurorluq, Daxili İşlər Nazirliyi, başqa məhkəmə orqanlarında insanlar pensiya yaşı çatan kimi işdən çıxarılır. Bu halda, Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddi niyə 70-dən 75-ə qaldırılmalıdır?

Başqa sahələrdə, prokurorluqda, Daxili İşlər Nazirliyində daha peşəkar kadrlara ehtiyac yoxdur? Əlbəttə, var. Qoy elə onlar da qalıb 75 yaşa kimi işləsinlər. Bu nə yanaşmadır? Dövlət qurumları arasında bu qədər ayrıseçkiliyin olması nə qədər düzgündür? Nə üçün ancaq bu, Konstitusiya Məhkəməsinin işçilərinə şamil edilir?

“Hakimlərin yaş həddinin 75-ə qaldırılmasının nə mənası var, burda mən bir əsas görmürəm”

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, kifayət qədər diqqət çəkən məsələdir və geniş izah, əsaslandırma tələb edir. “Mən zaman-zaman bu barədə düşünmüşəm ki, niyə bu məsələdə ayrıseçkilik edilir. Bütün hüquqi, demokratik dövlətlərdə hakimiyyətin bölgüsü eynidir. Qanunvericilik hakimiyyətini Milli Məclis, məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir, icra hakimiyyəti isə prezidentə məxsusdur. Məhkəmə hakimiyyəti ədalət mühakiməsi yolu ilə öz fəaliyyətini qurur. Burda mütləq mənada qəbul etdikləri aktla sosial ədalət bərpa olunmalıdır. Burda məhkəmə hakimiyyəti öz fəaliyyətini hər bir vətəndaşın, hüquqi, fiziki şəxslərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipi əsasında həyata keçirməlidir. Diqqət edin, eynilə Konstitusiya Məhkəməsi də bütün hallarda Milli Məclis qanunlarının, qərarlarının, Prezidentin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının hüquqi aktlarının ölkənin Konstitutsiyasına uyğunluğunu yoxlayır. Nə dərəcədə uyğundur, uyğun deyil, bununla bağlı müqayisələri həyata keçirir. Daxili İşlər Nazirliyi isə dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir. Həmişə bu fikri söyləmişəm, yenə də deyirəm, milli ordu formalaşana qədər Birinci Qarabağ müharibəsinin favoritləri, Milli Qəhrəmanlar, dövlət orden və medalları ilə təltif olunanlar polislər olub. 67 polis Milli Qəhrəmanımız var. Çoxlu sayda polisimiz də orden və medallarla təltif olunub. Bu insanlar, daxili işlər orqanlarda xidmət keçmə haqqında əsasnaməyə görə, bəli, uzağı 65 yaşa qədər işləyə bilirlər, bundan o tərəfi yoxdur. Deyək ki, bu gün 65 yaşa qədər olan polis məmurları, yüksək rütbəli zabitlər sırasında peşəkarlar, həm nəzəri, həm praktik baxımdan səriştəli, vəzifəsinə, ölkə Prezidentinin imzası ilə onlara verilən ali rütbələrə sadəqət nümayiş etdirənlər, etik davranış qaydasını qoruyanlar kifayət qədər çoxdur. Bunlar 65 yaşa çatan kimi dərhal təqaüdə göndərilirlər. Elə generallar var ki, Prezident ona general rütbəsi verdikdən iki il sonra təqaüdə gedib. Eləcə də digər yüksək rütbəli polis zabitləri. Onlar nəzəri və praktik biliklərini, təcrübələrini gənclərə aşılamalı olan yaş həddində təqaüdə gedirlər. İstəməzdim çox müqayisə edəm. Amma deyək ki, prokurorluq orqanları qanunla nəzərdə tutulmuş hallarda qanunların icra və tətbiq olunmasına nəzarəti həyata keçirir. Müəyyən mənada cinayət işi başladır, istintaq aparır və məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmələrdə iddia qaldırır, məhkəmə qərarlarına protestlər verir və sair. Hər birinin səlahiyyət dairəsi müəyyən mənada təkmildir. Amma daxili işlər orqanlarında çalışıanların səlahiyyət müddəti, həddi çox geniş və çeşidlidir, qəlibə sığmır”.

Polisin ölkədəki fəaliyyətinin çox geniş olduğunu deyən Ş.Əliyev hesab edir ki, polis bütün məsələlərə çevik reaksiya verir, daim xidmətdə dayanır.

“Bir sıra məsələlərdə bərabərsizlik var. Qanun, hüquq qarşısında bərabərlik işindən, siyasi mənsubiyyətindən, irqindən, dinindən aslı olmayaraq hamıya şamil olunmalıdır. Düşünürəm ki, müxtəlif dövlət qurumlarında çalışan insanlar arasında yaş həddində heç bir fərq olmamalıdır. Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75-ə qaldırılırsa, onda bu, başqa sahələrdə də belə olsun, ayrıseçkilik edilməməlidir. Bu hakimlərin yaş həddinin 75-ə qaldırılmasının nə mənası var, burda mən bir əsas görmürəm. Elədirsə, onda daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə də dəyişiklik edilməlidir. Yəni bu quruma da imkan verilməlidir ki, orda uzun illər işləyən, təcrübə qazanan peşəkarlar qalıb fəaliyyətlərini davam etdirsinlər. Çünki peşəkarlar hər hansı bir məkanda, ərazidə əməliyyat şəraitini çox yaxşı bilirlər, onlar ətraflarında olan gənc polis zabitlərinə bir töhfə verə, onları himayəyə götürə bilərlər. Onların cinayətkarlıqla mübarizədə gənclərin peşəkar bir polis işçisi kimi yetişdirilməsində faydası olar”-deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ