Bazar ertəsi günü, 09 noyabr 2026
     

Zəlzələyə davamlı binalar məsələsi yenə aktuallaşdı

Image


Məlum olduğu kimi, iyulun 4-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ Azərbaycanın şimal-şərq rayonlarında, eləcə də Abşeron yarımadasında hiss olunub və əhali arasında təşviş doğurub. Bəzi şəxslər gecəni küçədə keçirib.

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub. Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edir ki, zəlzələ dərində olduğuna görə şimal zonalarında və Bakı və Abşeron yarımadasının müəyyən yerlərində hiss olunub. 10 saniyə davam edib və heç bir fəsad və dağıntı olmayıb: "Zəlzələdən sonra afterşoklar qeydə alınır ki, onların da əsas zəlzələdən güclü olması mümkün deyil. Çünki əsas güc əsas enerji ilk təkanda ayrılır. Odur ki, əhalini sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa, rəsmi qurumların məlumatlarına istinad etməyə səsləyirik". Baş verən hadisə Bakıdakı tikililərin zəlzələyə dayanıqlılığı məsələsini yenə aktuallaşdırıb. Qurban Yetirmişli qeyd edir ki, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır. Onun sözlərinə görə, layihələr buna əsasən hazırlanır. Baş direktor, bununla yanaşı, ölkəmizin zəlzələ zonasında yerləşdiyini xatırladıb və nə vaxtsa yenidən yeraltı təkanların baş verə biləcəyini söyləyib. Onu da qeyd edək ki, Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər çox bölümü 9 ballıq zəlzələ zonasında yerləşir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, seysmik tələblər ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Belə tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlanır. Beləliklə, o tarixədək tikilən binalarla bağlı seysmik tələblər olmayıb. 1980-ci illərdə tələblər 1 bal da artırılaraq, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə inşaat sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradılıb. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Rəsmi açıqlamaya görə, yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən çox daha sərt tələblər ortaya qoyur. 2013-cü ildə isə ölkədə “Şəhərsalma və Tikinti Məcəlləsi” Milli Məclisdə qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət icraatları gerçəkləşdirilir. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Elxan Əsədov  bildirib ki, 2013-cü ildən bəri sözügedən nəzarət daha sərt formada aparılır: “Son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır”. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə yaşı 15-i ötən binaların sayı daha çoxdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi bildirib ki, 2010-cu ilə qədər ölkə ərazisində 39 metrədək bağlantılı dəmir-beton karkas binaların inşasına icazə verilib. Yeni normalar hazırlanandan sonra artıq 58 metr hündürlündə bina tikmək olar.

Bu gün Azərbaycanda metal konstruksiyalar işlətməklə, hətta 75 metr və daha hündür binaların inşası mümkündür. Hər şey norma və qaydalar  çərçivəsindədirsə, texniki baxımdan burada heç bir əngəl yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə, içərisində yaşayış olsa da, istismara qəbul aktı verilməyən binalar da var. Onlar standartlara cavab vermir. Rəsmi açıqlamaya görə, indiyədək 500 belə bina və ya kompleks olub. Bu komplekslərin hər birində 10-dək bina tikilib. Hazırda istismara qəbul aktı verilməmiş 67 bina var. Dövlət Agentliyinin nümayəndəsi bildirib ki, digər binalar çatışmazlıqları sonradan aradan qaldırdığından, onlara istismara qəbul aktı verilib. Dövlət qurumu həmin 67 binada qüsurların niyə aradan qaldırılmadığını da açılqayaraq bildirib ki, o binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum edilib. “Azadlıq” radiosu bildirir ki, butün belə binalar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə bilgilər yuxarı orqanlara təqdim edilib. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də bəlli addımlar atılacaq. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, binalarda ən böyük problemlərdən biri sonradan sakin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilə və dəyişikliklərdir. Elxan Əsədov bildirib ki, bu gün Bakıda və ölkə ərazisində 1970-ci illərdə tikilmiş iribloklu, beton binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Dövlət Agentliyinin nümayəndəsi bunu da diqqətə çatdırıb ki, Bakının bir neçə yerində zəlzələdən sonra (2000-ci ildəki zəlzələni nəzərdə tutur) yaranmış qırılmalar var və indi həmin ərazilərdə tikinti aparılmır. Məsələn, belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır. Ekspertlər Bakıda şəhərsalma standartlarına əməl edilmədiyini vurğulayırlar. Binaların bir-birinə təhlükə yaradacaq qədər yaxın tikilməsi, səkilərin olmaması problemlərin yalnız bəzisidir. Problem sayılan digər bir məsələ də yarımçıq tikililərdir. Bəzi hallarda maliyyə, qərarsızlıq və digər problemlər üzündən binaların tikintisinə ara verilir və bu, həmin binaların istər içəridən, istərsə bayırdan aşınmasına yol açır. O biri yandan, paytaxtda istismar müddəti bitən binalar da təhlükə qaynağıdır. 2016-cı ildən bəri belə binaların bir bölümü sökülsə də, bu tip binalar hələ də qalmaqdadır. Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min çoxmənzilli yaşayış binası var. Həmin binalardan 108-i istismara tam yararsız durumdadır. Onların yararsız olması və insanların köçürülməsi barədə Fövqəladə Hallar Nazirliyinin rəyi də mövcuddur. Bir məqamı da qeyd edək ki, Azərbaycanda baş vermiş sonuncu zəlzələ insanların bina evlərindən həyət evlərinə axın etməsinə səbəb olub. Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyir ki, zəlzələdən sonra çoxmənzilli binalarda mənzil almaq istəyənlər tərəddüd edə bilər: “Hesab etmirəm ki, hər hansı dəyişiklik olsun. Lakin heç bir dağıntı və fəsadın olmaması bina evlərinin qiymətlərinin azalmasına imkan verməyəcək. Çoxmənzilli binalarda mənzil almaq istəyənlər tərəddüd edə bilər, lakin 10 gün - 1 ay sonra bu fikirlərindən vaz keçəcəklər. Ümumiyyətlə, həyət evlərinə tələbat bina evlərinə tələbatdan azdır”. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ