Cümə axşamı günü, 12 noyabr 2026
     

Yazda koronavirusun üçüncü dalğası başlayacaq, Azərbaycanda isə...

Image


Koronavirus pandemiyası ilə bağlı dünya miqyasında narahatverici vəziyyət davam edir. Xüsusən də virusun yeni ştammlarının sürətlə yayılması hazırda beynəlxalq miqyasda əsas narahatlıq mənbəyidir.

İlkin olaraq Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun yeni ştammı son həftə ərzində daha beş ölkədə aşkar edilib. İndi virusun  Britaniya ştammının yayıldığı ölkələrin ümumi sayı 111-ə çatıb. Cənubi Afrika Respublikasında aşkar edilmiş digər ştammının yayılma coğrafiyası 58 dövlətə qədər genişlənib. İlk olaraq Braziliya və Yaponiyada aşkarlanmış başqa bir ştamm isə hazırda 32 ölkədə dövr

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, koronavirusun Britaniya ştammının insanları yoluxdura bilməsi əvvəllər məlum olan koronavirus ştammından 36-75 faiz daha yüksəkdir.  Koronavirusun Cənubi Afrika Respublikasında aşkar edilmiş ştammına gəldikdə, o, daah təhlükəlidir. Bu, Britaniya ştammından 1,5 dəfə daha yoluxucudur. Braziliya və Yaponiya ştammalrı da olduqca təhlükəli hesab edilir. Azərbaycanda virusun yeni ştammları aşkar edilməsə də qonşu ölkələrdə artıq qeydə alınıb. Xüsusən də Gürcüstanda Britaniya ştammı geniş yayılır. Bu səbəbdən Azərbaycanın virusa qarşı mübarizədə qabaqlayıcı tədbirlərin miqyasını daha da genişləndirməsi vacib hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı isə koronavirusun yeni variantlarının ortaya çıxmasının gözlənilən olduğunu bildirib, çünki daim mutasiya etmək viruslara xas olan xüsusiyyətdir. Bu fonda tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edir ki, virusa yoluxanların sayında yenidən artım olması narahatvericidir: “Bu gün epidemioloji vəziyyətin pisləşməsi ayrı-ayrı regionlarda olduğu kimi, Azərbaycanda da hiss edilir. Britaniya ştammının burada yayılıb-yayılmaması haqqında məlumat yoxdur. Bilirik ki, artıq Avropanın bir çox ölkələrində peyda olub. Epidemioloji vəziyyət bu şəkildə davam etsə, üçüncü dalğa haqqında söhbət gedə bilər. Bu da sərt karantin tədbirlərini labüd edir. İnsanlar qapalı mühitdə karantin qaydalarına ciddi əməl etməlidirlər. Bu, çox vacibdir. Əsas məsələ vətəndaş məsuliyyəti nümayiş etdirməkdir. Mümkün qədər ciddi olmalıyıq. Hətta vaksinasiya olunan şəxslər də məsuliyyət nümayiş etdirməlidirlər. Onlar tərəfindən də karantin qaydalarına ciddi əməl olunmalıdır. Ən azından bir ay, ay yarım ehtiyat əldən verilməməlidir. Bu müddət ərzində özümüzü qorumalıyıq. Daha məsuliyyətli davranmalıyıq. Burada dövlətin də müəyyən vəzifələri var. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır. Yoluxma mənbələrindən biri də təəssüflər olsun ki, ictimai nəqliyyatdır”.

Belə bir vaxtda yazda virusun daha da  geniş yayıla biləcəyi haqda xəbərdarlıqların da sayı artır. Belə ki, alimlər koronavirusa yoluxma səviyyəsi ilə havadakı çiçək tozu konsentrasiyası arasında əlaqə aşkarlayıb. “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmaya əsasən, ötən ilin birinci yarısında şimal yarımkürəsinin ölkələrində koronavirus infeksiyasının sürətlə yayılmasına təsir edən amillərdən biri bitkilərin bahar çiçəklənməsi olub. Şimal yarımkürəsində hər baharda müşahidə olunan bitkilərdən mövsümi çiçək tozu tullantıları respirator viruslara yoluxmanın pik həddi ilə üst-üstə düşür. Araşdırmalar qaydanın koronavirusa da aid olduğunu göstərir. Tədqiqatçılar çiçək tozunun təsirinin insanları, tozcuqlara qarşı allergiyası olub-olmamasından asılı olmayaraq, COVID-19-a qarşı daha həssas etdiyini vurğulayıblar. Bununla belə, tozcuq hissəcikləri özləri virus daşıyıcısı deyil, sadəcə infeksiyaya həssaslığı artırır. Təhlil göstərib ki, çiçək tozlarının xüsusilə çox yarandığı günlərində yoluxma sayı 10-30% artıb. Bu mənada alimlər yazda tozcuqları filtrasiya etmək üçün tibbi maskadan istifadə etməyi tövsiyə edirlər. Bundan başqa sosial məsagə, gigiyenaya riayət də yenə ön planda yer almalıdır.

Bundan başqa vaksinasiya prosesi də virusa qarşı mübarizədə vacib sayılır. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da vaksinasiyanın vacib əhəmiyyət kəsb etdiyini bildirir: “Bədəndə mikrobların aradan qaldırılmasına nə qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Qidalanma zamanı orqanizmə lazım olan vitamin və minerallar üstünlük təşkil etməlidir. Yuxu rejiminə düzgün əməl olunmalıdr, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq”. İnfeksiyanın sürətlə yayılmasının qarşısının alınması üçün aparılan vaksinasiya prosesi ölkəmizdə davam edir. İndiyədək ölkə üzrə 430 minə yaxın vətəndaşa vaksin vurulub. Artıq Azərbaycanda risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunub. Fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir.  Gənclər arasında bu prosesə başlanılmasa da, vaksinasiya olunmaq üçün məlumata görə, onlardan da müraciətlər daxil olur. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ