Cümə axşamı günü, 12 noyabr 2026
     

Ölkədə korrupsiya faktları əsasən sosial müdafiə, səhiyyə, təhsil, bələdiyyə sektorundan gəlir…

Image


Məlum olduğu kimi, korrupsiyaya görə ən çox şikayət edilən qurumların adları açıqlanıb. Mətbuatın yaydığı məlumata görə, 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.

Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.

Məlumatlara görə, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ən çox şikayətlərin yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektorla bağlı olduğu diqqətdən yayınmır. Belə ki, yerli icra hakimiyyəti orqanlarından 656, sosial müdafiə sahəsindən 654, səhiyyədən 564, bələdiyyələrin fəaliyyətindən 280, təhsildən 136 şikayət olub, şikayətlər başqa sahələri də əhatə edib.

  • “İdarəetmədə tam olaraq şəffaflığın təmin olunmasına nail ola bilməsək, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, adları qeyd edilən sahələr üzrə korrupsiya şikayətlərinin üstünlük təşkil etməsinin, daha çox diqqəti cəlb etməsinin iki əsas səbəbi var: “Burada diqqətimizi iki əsas amil cəlb edir. Birinci amil odur ki, bəzi təşkilatlar, qurumlar əhali ilə daha çox təmasda, əlaqədədir, elə təşkilatlar da var onların ictimaiyyətlə, əhali ilə əlaqələri məhduddur. Ola bilsin, ictimaiyyətlə əlaqələri məhdud olan təşkilatda korrupsiya halları, rüşvət daha çoxdur,  amma o, əhali ilə ciddi təmasda olan təşkilat olmadığı üçün oradan şikayətlər edilmir, hətta insanlar burada belə məsələlərin olduğunu hiss etmir. Lakin əhali ilə birbaşa əlaqədə, təmasda olan təşkilatlarda istənilən problem, korrupsiya halı, süründürməçilik dərhal diqqəti çəkir və bununla bağlı əlaqədar qurumlara şikayətlər ünvanlanır. İcra hakimiyyəti, bələdiyyə, səhiyyə, sosial müdafiə və sair qurumlar əhali ilə daha sıx təmasda olan təşkilatlardır, burada baş verən istənilən məsələyə vətəndaş reaksiya verir. İkincisi isə bu və digər sahələrdə korrupsiya faktlarının özünü aşkar göstərməsidir. Bu sahələr üzrə korrupsiya şikayətləri ona görə qabarıq görsənir ki, əhali mütəmadi olaraq bu qurumlara müraciət edir və burada bu kimi neqativ hallarla qarşılaşır. Korrupsiyaya bulaşmış sahələri müəyyən etmək çətin deyil, bunun üçün, sadəcə, həmin qurumların işçilərinin, müfəttişlərinin, məmurlarının və sairin həyat şəraitinə baxmaq kifayətdir. Bundan da aydın görsənəcək ki, həmin sahələrdə korrupsiya yüksək səviyyədədir və ondan şikayətlərin artma səbəbi budur. Səhiyyə, təhsil, icra hakimiyyəti, bələdiyyə, sosial müdafiə sahələri əhalinin ən çox müraciət etdiyi və müraciətlərinin cavabsız qaldığı qurumlar kimi zaman-zaman diqqəti çəkib. Vətəndaş müraciət edir, amma onun müraciəti havada qalır, baxılmır, süründürülür, o da məcbur olub aidiyyəti qurumların “qaynar xətt”lərinə şikayət edir. Vətəndaşın problemi yerlərdə həll olunmalıdır. İndi sosial müdafiə sahəsini elə də müşahidə etmirəm, amma vaxtilə yaxından müşahidə edirdim, o strukturda kim işləyirdisə, ucuz maşını dərhal CİP-ə çevrilirdi, həyat şəraiti əməlli-başlı dəyişirdi, varlanırdı. Sadə bir müfəttişin həyat şəraiti birdən-birə yüksəlirdi. Bu adamlar əhaliyə xidmət göstərmək əvəzinə, öz şəxsi maraqlarını düşünürdülər. Müsbət haldır ki, indi respublikamızda dəyişikliklər gedir, islahatlar davam edir. İnsanlarda ümid yaranır ki, bu sahələrdə vəziyyət müsbətə doğru dəyişəcək, korrupsiya, süründürməçilik kimi hallar aradan qalxacaq. Bu gün korrupsiya faktlarını aşkar etmək üçün nə araşdırmaya, nə statistika aparmağa ehtiyac var, adi bir yaşlı insan da bilir ki, ölkəmizdə hansı sahələrdə korrupsiya var. Ölkə başçısı da dəfələrlə korrupsioner məmurlara iradlarını bildirib, hətta onların bir neçəsini vəzifəsindən uzaqlaşdırıb. Onlar həbsdədirlər. Bütün bunlara baxmayaraq, get-gedə ölkəmizdə idarəetmə sistemi təkmilləşir, bu kimi neqativ hallarla bağlı dövlət səviyyəsində mübarizə gücləndirilir. Burada ictimai nəzarət də yüksək olmalıdır ki, bu sahələrdə şəffaflıq halları genişlənsin, korrupsiya, rüşvətxorluq sıradan çıxsın. Çünki idarəetmədə tam olaraq şəffaflığın təmin olunmasına  nail ola bilməsək, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq”.

Ə.Qəşəmoğlu hesab edir ki, bu sahədə bədbin olmaq lazım deyil, çünki Azərbaycan sürətlə inkişaf edir,   idarəetmə sistemi təkmilləşir, bu da bir müddətdən sonra bütün sahələr üzrə korrupsiyanın azalmasına gətirib çıxaracaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ