Cümə axşamı günü, 12 noyabr 2026
     

“İntihara təkan verən səbəblər”

Image


Son zamanlar cəmiyyətimizi ciddi şəkildə narahat edən ən aktual məsələlərdən biri ardıcıl yaşanan intihar hadisələridir. İntiharın səbəblərini sadəcə sağlamlıqla əlaqələndirmək heç də doğru yanaşma deyil. Bunun müxtəlif səbəbləri ola bilər. İlkin səbəb kimi cəmiyyətdə yer alan sosial amilləri qeyd etmək olar. Unutmayaq ki, cəmiyyətdə insanları şəxsiyyət kimi formalaşdıran və özünə inamı artıran ən güclü amillərdən biri sosial faktlardır.  Məhz bu səbəbdən də əgər fərd sosial mühitdə baş verən dəyişikliklərə uyğunlaşa bilmirsə, ailədən, cəmiyyətdən uzaqlaşıb, özünə qapanırsa onda psixoloji sarsıntılar yaranır və bəzi hallarda bu, intiharla nəticələnir.

Yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailə daxilində münasibətlərin düzgün formalaşmaması, ailədə problemlərin yaşanması, maddi sıxıntılar və cavabsız qalan sevgidir. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə alüdəçilik də intihara təkan verən səbəblər arasındadır. Digər bir səbəb kimi ailədaxili şiddəti də göstərmək olar. Şiddət altında böyüyən fərdlər cəmiyyətdən təcrid olunaraq cəmiyyətin ağır xarakterli kəsimlərinə doğru meyllənir. Bildiyimiz kimi, intihar fikri insanda birdən-birə yaranmır. Bu bir neçə dəfə ağla gələn, çox vaxt depressiyanın ağırlaşması ilə nəticələnən ağır sonluqdur. Yeniyetmə və gənclərin özünə qapanması, valideynləri ilə aralarındakı yaşananlar, duyğularını ailələri ilə bölüşə bilməmələri intihar haqqında fikirlərə işarədir. Valideynlər olduqca diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. İnsanın eləcə də yeniyetmə və gənclərin özünəməxsus zəngin və oxunmayan, bilin­məyən və görünməyən daxili aləmləri vardır. Əgər valideyn övladının daxili aləmindən az da olsa xəbərdar deyilsə, övladını başa düşməyə çalışmırsa, onu sıxırsa, təzyiq altında saxlayırsa bu vəziyyət yeniyetmə və gənclərimizin hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur. Bəzən valideynlər övladlarından mümkün olmayanı istəyir, onu alçaldır, təhqir edir, cəzalandırırlar. Uşaqlar arasında zorakılıq halları da onları intihara sürükləyən əsas səbəblərdəndir. Bəzən valideyn uşaq dərslərinə görə yaxşı nəticə əldə edə bilmədikdə onu danlayır, təhqir edir, alçaldır. Bu zaman uşaqlar  dərin kədər hissi keçirir və özlərinə qapanırlar. Diqqət etsək görərik ki, intihar hadisələri ən çox imtahanlar zamanı baş verir. Uşaq imtahandan kəsilir, valideyninə nə cavab verəcəyini bilmir. Çünki valideynlərin əksəriyyəti uşağa deyir ki, imtahandan kəsilsən evə qayıtma. Uşaq da çıxış yolunu bir tək intiharda görür.
İntihar edən yeniyetmələr, gənclər haqqında mənfi rəy söyləmək heç də doğru deyil. Onlar yaşamağın nə demək olduğunu, həyatı o yaşda əlbəttə ki, dərk etmirlər. Elə ona görə də problemlərdən qaçış yolu kimi intiharı seçirlər.
İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Vaxtında göstərilən diqqət, qayğı, sevgi bir insanın həyatına bərabər  böyük və əhəmiyyətli bir işdir. Bu kimi halların yaşanmaması üçün valideynlər daim övladlarına onları çox sevdiklərini hiss etdirməli, onları olduğu kimi qəbul etməli, övladla dost münasibəti qurmalıdırlar ki, uşaq hər yaşadığı hadisəni, içindəki mənfi, müsbət duyğuları valideynlə bölüşə bilsin. Uşaq əmin olmalıdır ki, valideyni onu anlayacaq və dəstək olacaqdır. Əgər uşaq ailədən sevgi, diqqət, qayğı, anlayış görürsə əsla intihara meyl etməz. Valideyn hər zaman övladının əhatə dairəsi, dostları ilə də maraqlanmalıdır. Bu, olduqca zəruridir. Əgər yeniyetmə öz yaşıdlarıyla deyil, özündən yaşca böyüklərlə dostluq edirsə bu da onun həyatı üçün təhlükəli sayıla bilər.  Ona görə də valideyn daim uşağa nəzarət etməli, uşağın həyatında baş verən hadisələrdən mütəmadi olaraq xəbər tutmalıdır. 
Kompüter, mobil telefon, internetdən istifadə də gənclərimizin intihar etməsinə digər səbəb kimi göstərilə bilər. İnternetdə yeniyetmə və gənclər qeyri-real həyatda yaşayırlar. Onlar bəzi bloggerlərin həyatını izləyir və özləri o cür yaşaya bilməyəndə bu onlara mənfi təsir edir, depressiyaya düşürlər. İnternetde gənclərin  psixologiyasına mənfi təsir göstərən yüzlərlə səhifələr var. Uşaqlarımızın internetdə nələri izlədiyinə, sosial şəbəkələrdə və real həyatda kimlərlə dostluq etdiyinə daim diqqət etməliyik. Fransız sosioloqu, Fransa sosiologiya məktəbinin banisi Emil Durkheym  intiharı “sosial məcburiyyət” adlandırmışdır. İntiharın səbəbini problem olaraq şəxsin özündən çox onun yaşadığı ətraf mühitlə, cəmiyyətlə əlaqələndirmişdir. Bu, həqiqətən belədir. Hər kəsin ətraf mühiti onun həyatına ciddi təsir göstərir. İstər mənfi, istərsə də müsbət. Ona görə də valideynlər övladlarının həyatına daim nəzarət etməlidir. Bu mövzuda valideynlərin üzərinə böyük məsuliyyət düşür.
İntihar hadisələrinin mediada işıqlandırılması yeniyetmə və gənclərimizə olduqca mənfi təsir edir. Bu kimi xəbərlər sanki intiharı təbliğ edir. Ona görə də təklif edirəm ki, milli mediamızda intihar hadisələri yayımlanmasın. Sadəcə ildə bir dəfə mediada il ərzində ölkəmizdə baş verən intihar statistikası açıqlansın.
İntihar probleminin sosial səbəblərinin araşdırılması, bu hadisələrin qarşısının alınması üzrə iri miqyaslı proqramların hazırlanması, bu mövzuda gənclərlə eləcə də onların valideynləri ilə maarifləndirici  tədbirlərin təşkili olduqca mühümdür. Müasir dünyada insan həyatının bütün dəyərlər sistemində ən önəmli yer tutması xarakterikdir. Buna görə də intihar və intihara cəhd halları qeyri-təbii ölüm kimi, sağlamlığa qəsd kimi mənəvi-neqativ addım olaraq cəmiyyəti onunla aktiv mübarizəyə qaldırmalıdır. Bir sözlə, “sağlam dü­şüncəli cəmiyyət”in formalaşdırılması və inkişaf et­diril­məsi ön plana çəkilməlidir.
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ