Cümə axşamı günü, 12 noyabr 2026
     

MTK-ların Bakıda tikinti işləri getdikcə daha çox ölüm-təhlükə meydançalarına dönür – “28 May”dakı ölüm faktına görə cəmiyyət Əmək Müfəttişliyindən də hərəkət gözləyir...

Image


Bakı küləklər şəhəridir, əksər halda elə külək qalxır ki, ağacları kökündən qoparır, binaların dam örtüyünü aparır, kommunikasiya xətlərini zədələyib sıradan çıxarır, hətta sonu ölümlə nəticələnən bədbəxt hadisələrə də səbəb olur.

Bu baxımdan, əlbəttə, paytaxtımızda aparılan istənilən tikinti-quruculuq işləri zamanı tikinti şirkətləri, xüsusən də paytaxtda çoxmərtəbəli binalar inşa edən MTK-lar daha məsuliyyətli olmalı, öz işlərini düzgün qurmalıdırlar ki, küləkli günlərdə insanlar üçün təhlükə yaranmasın. Amma çox təəssüflər olsun ki, paytaxtımızda bina tikintisi ilə məşğul olan MTK-ların əksəriyyəti təhlükəsizlik məsələlərinə elə də əhəmiyyət vermir, hər şeyi taleyin ümidinə buraxır.

Martın 8-də “28 May” metrostansiyası ətrafında baş verən və sonu ölümlə nəticələnən bədbəxt hadisə də təsdiqlədi ki, MTK-ların əksəriyyəti öz işlərini belə ekstremal hava şəraitinə uyğun qurmurlar, təhlükəsizliyi tam təmin edə bilmirlər. Əgər təhlükəsizlik tədbirləri görülsəydi və qorunsaydı, bu kimi bədbəxt hadisələr baş verməzdi.

MTK-lar hansı səbəbdən təhlükəsizlik qaydalarına əməl etmək istəmirlər? Gözlənilən odur ki, insan ölümü ilə nəticələnən faktlara görə Əmək Müfəttişliyi MTK-larla bağlı hərəkətə keçsin. Əmək Müfəttişliyi ölüm halları ilə bağlı MTK-lara qarşı hansı tədbirlər görməlidir?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təhlükə risqi yüksək olan sahələrdən biri də tikinti sektorudur. “Ümumiyyətlə, istehsalatda baş verən qəzaların 25 faizdən çoxu tikinti sektorunun payına düşür. Tikintidə istifadə olunan avadanlıqlar, qurğu və mexanizmlər, kranlar, kimyəvi tərkibli tikinti materialları, ağırtonnajlı nəqliyyat vasitələri, hündürlükdə görülən işlər - bunlar hamısı təhlükə risqi yüksək olan amillərdir. Ona görə də hər hansı yanlışlıq, məsuliyyətsizlik və diqqətsizlik ağır qəzalara və bədbəxt hadisələrə səbəb olur. İstehsalatda baş verən qəzalar həm insanların həyatı üçün təhlükə yaradır, həm insanlar istehsalat qəzalarının fəsadları olan peşə xəstəliklərindən əziyyət çəkir, həm də iqtisadiyyata zərər dəyir, ümumdaxili məhsulu aşağı salır. Ona görə iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması mütləqdir ki, bu kimi hallar ən aşağı səviyyədə olsun. Təbii ki, yüz faiz sığortalanmaq deyə bir anlayış yoxdur. Ancaq görülən təhlükəsizlik tədbirləri nəticəsində istehsalat qəzalarının qarşısını almaq olar, ən az səviyyədə saxlamaq olar və həm insanlara həm də iqtisadiyyata zərəri ən aşağı həddə saxlamaq olar. Hər il tikintidə onlarla qəza hadisəsi baş verir ki, bunun da nəticəsi olaraq işçilər ağır bədən xəsarətləri alırlar, əmək qabiliyyətini itirirlər, peşə xəstəliklərinə məruz qalırlar, həm də ölümlə nəticələnir”.

E.Nurəliyevin sözlərinə görə, ümumiyyətlə, istahsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir. “İstehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır ki, xoşagəlməz hadisələr baş verməsin, baş verə biləcək bədbəxt hadisələrin qabağı öncədən alınsın, baş verən istehsalat qəzaları zamanı insanların ağır zədə alması, ölümlə nəticələnmə ehtimalı azalsın. Təəssüflər olsun ki, bir çox tikinti şirkəti, istehsalat müəssisələri və digər iş yerləri buna əməl etmirlər. Ən əsas da tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Havanın temperaturu müsbət 41 dərəcədən çox olduğu halda açıq havada, hündürlükdə işçilərin işlədilməsi halları olur ki, bu yolverilməzdir. Küləyin sürəti 15 m/s olanda açıq havada işçilərin çalışdırılmasının şahidi oluruq, bu qadağandır. Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik tədbirləri, təhlükəsizlik qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına, qurğu və mexanizmlərin işlək və saz vəziyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Ümumiyyətlə, qeyd edim ki, əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın, partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması, həmçinin, sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab olunur. Bir daha nəzər salaq, tikinti sahəsində kimyəvi tərkibli tikinti materialları var, tez alışan, yanma risqi yüksək olan materiallar var, ağırtonnajlı nəqliyyat vasitələri var, yükqaldıran kran var, uçma və dağılma ehtimalı ola biləcək dəmir-taxta konstruksiyalar var, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər aparan zaman həm mal-materialın aşağı düşməsi, həmçinin, işçinin hündürlükdən yıxılma risqi var ki, bütün bunlar bu tikinti sahəsinin nə qədər təhlükə potensiallı olduğunu göstərir. Ona görə tikinti sahəsində təhlükəsizlik qaydaların ciddi riayət etmək lazımdır. Tikinti sahəsində işçilər əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə  təlimatlandırılmalı, hər gün təlimat verildikdən sonra işə başlamalıdırlar. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidirlər. Başında dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, hündürlükdə görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təmin olunmalıdırlar. Daha sonra isə işçilərin buna riayət etmələrinə nəzarət mexanizmi olmalıdır. Yoxsa təlimat ver, fərdi mühafizə vasitələri ilə təmin elə, ancaq nəzarət olmasın, demək, bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq. Ən çox tikinti sahəsində təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləyən, ayaq geyimi olmadan tikinti sahəsində gəzən işçilərə, qoruyucu sipərlərin çəkilməməsi hallarına, işçilərin gündəlik təlimatlandırma olmadan işə başlamasına rast gəlinir və mütəmadi olaraq təhlükəsizlik qaydalarından təlimlərin keçirilməməsi halları var ki, bunlara tikinti şirkətləri tərəfindən ciddi riayət edilmir. Yük qaldıran kranlar yükü qaldırır, ancaq altında digər işçilər işləyirlər. Bu yolverilməzdir. Eləcə də ağırtonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq, keçmək olmaz. Tikintidə hər bir iş görülərkən onun təhlükəsiz yerinə yeteriləcəyinə əmin olduqdan sonra işə başlanmalıdır. Həm yükü qaldıranda, həm hündürlükdə işləyəndə, istər betonqarışdıran maşını işə salanda, istərsə də qaynaq və elektrik mişar ilə işi görəndə heç kim hadisələrdən sığortalanmayıb. Ancaq təhlükəsizlik qaydalarına riayət etməyəndə, məsuliyyətsizlik və işə biganə yanaşanda bədbəxt hadisələrin olma risqi artır. Hesab edirəm ki, aidiyyəti qurumlar tikintidə təhlükəsizlik qaydalarının pozulması hallarına qarşı ciddi tədbirlər görməlidirlər, xəbərdarlıq edildikdən sonra yenə də eyni hallar aşkar edilərsə, tikinti işi dayandırıla bilər, bununla da tikintini aparan şirkət biləcək ki, təhlükəsizlik qaydalarına riayət edilmədən işləmək mümkün deyil” - deyə ekspert vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ