Cümə axşamı günü, 12 noyabr 2026
     

AMEA-nın Dilçilik İnstitutu adi bir “Qaynar xətt” problemini illərlə həll edə bilmədi - Rabitə... Nazirliyi dada yetişdi...

Image


Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda  “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”na (maddə 6.1.5.) əsasən yaradılan “Qaynar xətt”lə bağlı problemlər gündəmi tutmuşdu. Yayılan məlumatlarda qeyd edilirdi ki, institut rəhbərliyi “Qaynar xətt”in serverini, onu işlək vəziyyətə gətirən bütün vasitələri sökərək onları korlayıb, nəticədə isə “Qaynar xətt” kəsilib.  

Uzun müddətdir gündəmdə olan bu problemin həll edilməsi, “Qaynar xətt”in bərpası və ona nəzarət edilməsi istiqamətində mövcud çətinliklərin aradan qaldırılması üçün AMEA tərəfindən heç bir addımın atılmaması diqqətdən yayınmadı. Hətta bu proqram çərçivəsində Dilçilik İnstitutuna ayrılan vəsaitin haraya xərcləndiyi AMEA rəhbərliyi tərəfindən araşdırılmadı. Bunlar öz yerində. 

Yayılan məlumatlara görə, Dilçilik İnstitutunun “Qaynar xətt”inə nəzarət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutu “Qaynar xətt”inin iş vaxtından (17:00) sonra fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İnstitutdan mətbuata bildirilib ki, sözügedən məsələ xəttin proqram təminatında yaranmış problemlə bağlıdır. Qeyd olunub ki, “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda (maddə 6.1.5.) “Qaynar xətt”ə aid bu kimi texniki məsələlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub.

“Yaranmış problemlə bağlı tərəfimizdən nazirliyə məktubla müraciət edilib. Nazirlikdən verilən məlumata əsasən, proqram təminatı müəyyən müddətdən sonra yenilənməlidir və qurumun mütəxəssisləri bu problemi həll edəcəklər. “Qaynar xətt”dəki şəhər telefonu məsələsinə gəldikdə isə, xdmətin işə başlamasının lap əvvəlindən orada yalnız şəhər telefonu istifadədə olub”, - məlumatda bildirilib.

AMEA-nın Dilçilik İnstitutu tərəfindən bu “Qaynar xətt” niyə sıradan çıxarıldı, nə üçün buna yol verildi, AMEA niyə özü problemin həllinə çalışmadı və NRYTN-ə üz tutdu? Bunun arxasında dayanan hansı diqqətçəkən məqamlar var?

  • “...10 faiz bərpa edilib, amma əvvəlki funksiyalarını yerinə yetirə bilmir”

Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, o, uzun müddətdir bu prosesi yaxından izləyir, çünki bu işlərin içindədir: “Təkcə ona görə yox ki, vaxtilə Dilçilik İnstitutuna rəhbərlik edən mərhum akademik Tofiq

Hacıyevin rəhbərliyilə  “Qaynar xətt”in yaradılmasında çox fəal iştirak etmişəm. Hesab edirəm ki, “Qaynar xətt”ə toxunmağın özü yanlış idi. Demirəm ki, bunu qəsdən, bilərəkdən ediblər, amma hər halda bu, məsuliyyətsizlikdən doğmuş bir addım idi və olmamalı idi. Ediblər, amma bunu bərpa etmək lazımdır. Mətbuata Dilçilik İnstitutu tərəfindən müxtəlif məlumatlar verilir, “Qaynar xətt” bərpa olundu” deyirlər. Mən iki dəfə yazmışam ki, bərpa olunmayıb, onlar da üç-dörd dəfə mətbuata məlumat veriblər ki, “Qaynar xətt” NRYTN-in köməyilə bərpa olunub. Əslində isə mən araşdırmışam, mahiyyət belədir ki, “Qaynar xətt”, sadəcə, 10 faiz bərpa edlib, amma əvvəlki funksiyalarını yerinə yetirə bilmir. Çünki əvvəlki proqram təminatı ilə çalışmır. Yəni Dilçilik İnstitutunun mövqeyində yanlışlıq odur ki, “Qaynar xətt”in fəaliyyətini pozub, serveri söndürüb, kompyuterləri çıxarıb. İndi isə onları quraşdırmağa çalışır. Təbii ki, bu, əvvəlki statusunda və proqram təminatında, sistemdə çalışmır. Çünki əvvəlki sistemdə belə idi ki, siz zəng edəndə sizin sifarişinizi avtocavablandırıcı qəbul edirdi, iki kateqoriya üzrə müraciət edə bilirdiniz. Birinci kateqoriyaya küçədə, ictimai yerlərdə rast gəldiyiniz dil nöqsanları ilə bağlı müraciətlər aid idi. “Qaynar xətt”in imkanlarından istifadə edərək biz ora ikinci kateqoriya kimi dildə mübahisəli məsələlər, sözlərin düzgün yazılışı, istifadə tərzi, dilçilikdə mübahisəli görünən məsələlərlə bağlı müraciətləri daxil etmişdik. Hər iki kateqoriya üzrə sualları az-çox cavablandırırdılar. Amma indi elə deyil. Siz zəng vurursunuz və sizə avtomat cavab verir, “sözünüzü deyin” deyir, dərhal da sönür, amma sizin dedikləriniz avtomatik olaraq yazılmır. Sonra sizinlə əks əlaqə yaranır ki, nə demək istəyirdiniz, buyurun deyin. Bu bir az dədə-baba qaydası ilə olan bir işdir. O vaxt bizə də belə sadə variant təklif olunurdu, amma biz bununla razı olmamışdıq. Ölkədə mövcud olan ən müasir “Qaynar xətt” sistemi ilə qurulmuşdu bu iş. Əlbəttə ki, NRYTN də buna müəyyən dərəcədə məsuliyyət daşıyır. O mənada ki, Dövlət Proqramında “Qaynar xətt”in yaradılması həm Akademiyaya, həm də NRYTN-ə tapşırılmışdı. Nazirlik o vaxt “Qaynar xətt”i quraşdırıb Dilçilik İnstitutuna təhvil vermişdi və o “Qaynar xətt” üç-dörd il çox effektiv şəkildə çalışdı. Mən indi bunun ikinci xəttini demirəm, çünki onun üçün xüsusi məharət və bacarıq lazımdır, gələn şikayətlər icra strukturlarına necə göndərilir ki, reklamların dilində olan nöqsanlar aradan qaldırılsın. Bu, bir başqa texnoloji yanaşmadır. Amma indi, faktiki olaraq, “Qaynar xətt”, demək olar ki, şikəst olunmuş vəziyyətdədir”.

Q.Məhərrəmli deyir ki, vətəndaş iş günlərində zəng vursa, ona cavab veriləcək, amma şənbə-bazar günləri orada adam olmadığı üçün vətəndaşın şikayəti, yaxud sorğusu qəbul olunmur, insanlara cavab verən tapılmır, yalnız həftənin birinci günü vətəndaşla danışılır. “Yəni bu məsələ bu vəziyyətdədir. Mən belə vəziyyətin yaranmasına, əlbəttə, təəssüf edirəm və hesab edirəm ki, “Qaynar xətt”ə toxunulmamalı idi. Çünki o, ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq yaradılmışdı. Hesab edirəm ki, dilçilik qurumu olan ölkələrdə bu, bir müasir texnologiya kimi dil proseslərini araşdırmağa, cəmiyyətin dillə bağlı həyəcan çağırışlarına cavab verməyə, dildə gedən mübahisələri aydınlatmağa yönəlik bir texnologiyadır. Biz də ondan ana dilimizin şəffaflaşdırılması, inkişafı, dilin qaydalarının qorunması üçün istifadə etməliyik. İndi buna kim necə yanaşır, əlbəttə, bunun üçün də özünün ayrıca məsuliyyəti var” - deyə Q.Məhərrəmli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ