Cümə axşamı günü, 12 noyabr 2026
     

Əmək kitabçaları ləğv edilsə - sovet dövründən qalmış əmək stajlarının taleyinin necə olacağını çoxları düşünür...

Image


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda əmək kitabçaları dövriyyədən çıxarılır.

“2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq” - deyə qeyd edən M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq: “Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda, əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə, ezamiyyə vərəqlərini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçməyi nəzərdə tuturuq”.

Azərbaycanda əmək kitabçasının dövriyyədən çıxarılacağı ilə bağlı məsələ yeni bir gerçəkliyi gündəmə gətirib. Burada insanları narahat edən məsələ odur ki, əmək kitabçaları ləğv edilərsə, onda onların 20-30, daha çox ili əhatə edən əmək stajları necə hesablanacaq? Bunun üçün əlavə mexanizmlər olacaqmı ki, insanların keçmişdəki iş stajları itməsin və o düzgün hesablansın?

  • “Bu məlumatlar elektron əmək kitabçasında əks olunduğu üçün, artıq kağız əmək kitabçasına ehtiyac olmayacaq”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev baki-xeber.com-a bildirdi ki, vətəndaşların narahatlığına əsas yoxdur və proses əhalinin maraqlarına uyğun olaraq həyata keçirilir. “Məsələ burasındadır ki, bütün xidmətlər tam olaraq rəqəmsallaşdırılır, elektronlaşdırılır. Burada artıq kağız daşıyıcılarda olan əmək kitabçalarına ehtiyac olmayacaq, çünki vətəndaşın əmək stajı ilə bağlı bütün məlumatlar elektron bazada yerləşdiriləcək. Yəni istənilən müəssisədə işə daxil olarkən xüsusi kodla elektron bazaya daxil olunacaq və burada vətəndaşın əmək kitabçasının elekton versiyası görünəcək. Bilinəcək ki, o hansı müəssisələrdə işləyib, neçə illik əmək stajına malikdir və s.  İstənilən vətəndaşın hansı dövrdə olmasından asılı olmayaraq, iş stajı varsa, bu itməyəcək, elektron bazada əks olunacaq. Vətəndaşlarımız qətiyyən narahat olmasınlar, kağız əmək kitabçaları ləğv edildiyi təqdirdə onlarla bağlı bütün məlumatlar, iş stajları elektron bazada olacaq. İndi bu proses başa çatıb. Vətəndaşla bağlı bütün məlumatlar elektronlaşdırılıb, rəqəmsallaşdırılıb. Bu o deməkdir ki, bütün dövlət qurumları inteqrasiya olunub”.

Ə.Nuriyev hesab edir ki, kağız daşıyıcılarda olan əmək kitabçalarına artıq ehtiyac yoxdur, çünki elektronlaşma, rəqəmsallaşma bu ehtiyacı daha yüksək səviyyədə ödəyir. “Kağız daşıyıcılarda olan əmək kitabçasını vətəndaş itirirdi, bəzən onu bərpa etmək üçün böyük vaxt sərf edirdi, yaxud başqa problemlərlə üzləşirdi. Amma indi əmək kitabçaları elektron varianta keçdikdən sonra vətəndaş haqqında bütün dövlət qurumlarının məlumatı olacaq. Eyni zamanda, özəl sektorda bu mümkün olacaq. Yəni istənilən qurum tərəfindən elektron məlumat bazasına daxil olmaqla müraciət edən şəxslər barədə bütün informasiyaları əldə etmək mümkün olacaq. Ona görə də vətəndaşlarımızın narahatlığına ehtiyac yoxdur, heç kimin əmək stajı batmayacaq, itməyəcək, onların əmək stajları ilə bağlı məlumat elektron bazada olacaq”.

Ə.Nuriyev hesab edir ki, əmək kitabçalarının elektronlaşdırılmasının faydalı cəhətlərindən biri də saxtakarlığın, insanların saxta əmək kitabçalarına sahiblənməsinin qarşısının alınmasıdır. “Bəzən görürdük ki, kimsə saxta əmək kitabçası ilə idarələrə, müəssisələrə müraciət edirdi, amma bu artıq mümkün olmayacaq. Belə vətəndaşlar varsa, onların adları elektron bazada olmayacaq. Vətəndaş harada işləyibsə, o mütləq elektron portalda, bazada görsənəcək. Bu məlumatlar elektron əmək kitabçasında əks olunduğu üçün, artıq kağız əmək kitabçasına ehtiyac olmayacaq.

Ümumiyyətlə, artıq saxtalaşdırma yoxdur. Sığorta stajı və sair işə düşəndən sonra, 2006-cı ildən etibarən saxtalaşdırma mümkün deyil.

Ölkəmizdə vətəndaşlarla, hüquqi və fiziki şəxslərlə bağlı bütün məlumatlar elektronlaşdırılıb, bundan sonra isə rəqəmsallaşdırılıb, inteqrasiya olunub. Sizin haqqınızda bütün məlumatlar elektron bazada var. İşə qəbul mütləq elektron qaydada öz təsdiqini tapmalıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə müvafiq strukturuna daxil olub, elektron qaydada qeydiyyatdan keçməlidir, sonra vətəndaşa bildiriş gəlməlidir və s. Artıq elektron bazada görünür ki, sən nə zaman işə qəbul olundun, nə zaman çıxdın, nə zaman əmək müqaviləsi bağladın və s. Ona görə də bu çox rahatdır və insanların rahatlığı naminə edilib. Bu, elektron hökumətin nümunəsidir, “ağıllı hökumət”ə keçidlə bağlı məsələlərdir. Deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə çox böyük iş görülüb. Düzdür, elektron əmək kitabçasına nə zaman keçiləcəyi, kağız əmək kitabçalarının nə vaxt ləğv ediləcəyi ilə bağlı konkret vaxt deyilmədi, sadəcə, bildirildi ki, yaxın vaxtlarda olacaq” - deyə Ə.Nuriyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ