Təhsil Nazirliyi valideynlərini itirmiş və himayəsindən məhrum olunan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı yeni qaydanı açıqlayıb.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilir və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat (əvvəl 36 manat) müavinət veriləcək.