Çox təəssüf ki, ermənilər işğal altında olmuş ərazilərimizdə ətraf mihitə ziyan vurmaqla yanaşı, yeraltı xammal ehtiyatlarına da süni şəkildə ziyan vurublar.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ETSN yanında Milli Geologi Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərində olan yataqlar talan edilib: "Ən acınacaqlı hal odur ki, bu işlərdə erməni işğalçılarına xarici şirkətlər və investorlar böyük köməklik edib".