Azərbaycanda hər bir işçinin özünün şəxsi elektron kabineti olacaq.
Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında açıqlayıb.
M.Abbasbəyli bildirib ki, bununla bağlı elektron sistemin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması çəriçvəsində ölkədə müxətlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq.
Onun sözlərinə görə, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimallaşacaq.