Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Tibb Universiteti Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır - FOTO

Image


“Almaniya Federativ Respublikasının ali təhsil qurumları ilə olan əməkdaşlığımız bizim üçün çox önəmlidir və prioritet istiqamətlərdən biridir”.

Bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun Tədris Cərrahiyyə Klinikası və Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası arasındaəməkdaşlığa həsr olunmuş tədbirdəki çıxışı zamanı bildirib.

“Diplomdan sonrakı təhsil sahəsində əməkdaşlıq” layihəsinə həsr olunmuş onlayn formatlı tədbirin açılış mərasimində Heidelberg Universitetinin Manhaym Tibb fakültəsinin dekanı, professor Sergey Goerdt, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramin Həsənov da iştirak ediblər. Onlar çıxışlarında Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən təhsil və səhiyyə sahəsi üzrə əməkdaşlığın əsas istiqamətlərindən danışıblar.

Rektor, professor Gəray Gəraybəyli isə çıxışında Tibb Universitetinin ötən il 90 yaşını qeyd etdiyini xatırladaraq, bu qocaman ali məktəbin yaranması, bu illər ərzində əldə etdiyi nailiyyətlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycan Tibb Universiteti möhtəşəm tarixə malik əzəmətli bir ali təhsil müəssisəsidir:

“İlk illərdə BDU-nun tibb fakültəsi kimi fəaliyyətə başlayan və sonrakı illərdə ayrıca ali məktəbə çevrilən ATU Azərbaycanda tibb elminin və ali təhsilli tibb kadrları hazırlığının yeganə mərkəzi olub. Azərbaycanda mütəşəkkil səhiyyə sisteminin yaranması, inkişafı və ixtisaslı kadrlarla təmin edilməsi bütünlüklə Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə bağlıdır. O cümlədən, ölkəmizdə müasir cərrahiyyə sahəsinin inkişafı da məhz ilk tibbi fakültənin yaradılması ilə başlayıb. Bu işdə BDU-nun ilk rektoru, professor V.Razumovskinin xüsusi əməyi olub. 1922-ci ildə Tibb Universitetində yaradılan cərrahiyyə kafedrası ilk kafedralardan biri olub və bu günədək fəaliyyət göstərir”.

Professor G.Gəraybəyli bildirib ki, yarandığı 1920-ci ildə Tibb İnstitutuna 25-30 nəfər qəbul edilmişdisə, bu gün ATU-nun altı fakültəsində təhsil alan 8 min tələbəsi var. Onlardan 2500-ə yaxın nəfəri dünyanın 35 ölkəsindən olan əcnəbi tələbələrdir. Universitetin dörd klinikası haqqında tədbir iştirakçılarına məlumat verən rektor qeyd edib ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildə ölkə Prezident, cənab İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilib. Klinikada tələbələrin, xüsusilə də rezidentlərin keyfiyyətli təhsil alması, bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradılıb.

Rektor G.Gəraybəyli qeyd edib ki, 90 yaşlı ATU indi dünyanın 30-a yaxın ölkəsinin 80-ə qədər ali tədris və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. “Bizim beynəlxalq tərəfdaşlıqlarımız arasında Almaniya Federativ Respublikası ilə əlaqələrimiz xüsusi yer tutur. Dünyanın ən güclü iqtisadi dövlətlərindən biri olan Almaniya ATU-nun məzunlarının rezidentura təhsili üçün üz tutduğu ən sevimli istiqamətlərindən biridir. Statistikaya görə, indi Almaniyada 900-a yaxın azərbaycanlı həkim işləyir. Odur ki, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə əməkdaşlığımız bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Rektor G.Gəraybəyli, həmçinin, Alman Akademik Mübadilə Xidmətinə layihəyə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Mərasimdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev “Azərbaycanda müasir cərrahiyənin tarixi, cərrahiyyədə diplomdan sonrakı tədrisinin təşkili və bu sahədə əməkdaşlıq prekspektivləri” mövzusu üzrə çıxış edərək, Klinikanın fəaliyyəti, burada yaradılan şərait, pandemiya ilə mübarizədə klinika əməkdaşlarının gördüyü işlər və digər məsələlər barədə danışıb. Konfransda  Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru professor Kristof Reisfelder “Almaniyadakı cərrahi təcrübə və təhsilə qısa baxış” adlı məruzə ilə çıxış edib. Sonda Manhaym Tibb Mərkəzinin layihə koordinatoru Dr. Vüqar Yaqublu “Rezidentura pilləsində cərrahiyyə ixtisası üzrə əməkdaşlıq” mövzusunda və PAGEL proqramı haqda ətraflı məlumat verib.

Xatırladaq ki, layihənin Azərbaycan tərəfindən koordinatoru ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Orxan İsayev və Almaniya tərəfdən isə həmçinin, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının həkimi, Prof. Dr. Michael Keesedir. Tədbir işini məruzələr ətrafında müzakirələrlə davam etdirib. 

Qeyd edək ki, ATU-nun əməkdaşlıq etdiyi Manhaym Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üç ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə birgə icra edəcəyi layihə cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılmasını əhatə edir. Bu əməkdaşlıq  Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyilə PAGEL proqramı çərçivəsində 2020-2024-cü illərdə həyata keçiriləcək.

Layihənin əsas məqsədi cərrahiyə profili üzrə diplomdansonrakı tibb təhsili, elmi araşdırmalar və xəstələrin menecmentinin təşkili məqsədilə alman və azərbaycanlı mütəxəssislərin potensialından istifadə edilməsidir. Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentləri, gənc həkimlərin mübadiləsinin aparılması nəzərdə tutulub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ