Cümə axşamı günü, 12 noyabr 2026
     

Kosmik peyklərimizə şübhə ilə baxanlara məzmunlu cavab - azad rayonlarda minaların, su ehtiyatlarının müşahidəsi...

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir sıra məsələlərə, o cümlədən də peyklərimizin

Vətən müharibəsində olduğu kimi, müharibədən sonra da ölkəmizə böyük fayda verdiyini xüsusi vurğulayıb: “...Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Bu sahəyə rəhbərlik edən şəxs kimi, Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır. Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq, əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.

Müharibədən sonra - hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var. Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar, əlbəttə ki, bizə böyük üstünlük yaradır...”

Prezident qeyd etdi ki, bizim peyklər müharibədən sonra da böyük fayda verir, su, torpaq, meşə ehtiyatlarinin müşahidəsində, minalarla daha səmərəli mübarizə və sair sahələrdə rolu böyükdür.

  • “Bu da ölkəmizin informasiya suverenliyinin təmin olunması deməkdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının peyklərimizin Vətən müharibəsində olduğu kimi, müharibədən sonra da ölkəmizə böyük fayda verdiyini xüsusi qeyd etməsi təqdirəlayiqdir. “Ümumiyyətlə, belə bir anlayış var - kim daha çox informasiyalıdırsa, o daha hazırlıqlı və daha güclüdür. Əgər biz informasiyadan danışırıqsa, burada peyklərin rolu çox böyükdür.

Əlbəttə, müharibə dövründə olduğu kimi, müharibədən sonra da bizim peyklərin əhəmiyyəti, rolu çox böyükdür. Peyklərin kənd təsərrüfatında, fauna və floranın, geoloji, geofiziki dəyişmələrin müşahidəsində, telekommunikasiyalarda, yerin müşahidəsində, hərbi məqsədlər və sair üçün istifadə etmək üçün variantları var. Bizim iki ədəd “Azerspace” peyklər şəbəkəsi var, bir ədəd yerin məsafədən müşahidəsi peykimiz var. Təbii ki, bunlar hamısı bizə müəyyən üstünlüklər verir. Bilirsiniz ki, Prezident İlham Əliyev 2008-ci ildə “Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalayıb. Bundan başqa, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və İnkişafı üzrə Dövlət Proqramı qəbul edilib və onun icrasına başlanıb. Bunun nəticəsi olaraq da “Azərkosmos” fəaliyyət göstərir”.

B.Nəbiyev bildirdi ki, peyk texnologiyalarından istifadə olunmasının nəticəsi olaraq, qeyd edildiyi kimi, Azərbaycan müharibə zamanı 5-ci nəsil texnologiyalardan istifadə edən ölkələrdən biridir. “Bu da onu göstərir ki, həqiqətən də peyk texnologiyalarından istifadə olunması, rabitənin yaradılması, yüksək sürətli informasiyanın ötürülməsi və qəbul olunması müasir dünyanın tələbləridir.

Peyk nəyə görədir? Çünki şəbəkə əsasdır, vacibdir. Bildiyiniz kimi, Müdafiə Nazirliyi tərəfindən yayılan videolarda da görsənir ki, hər hansısa bir hədəfin müəyyən olunması və ona qarşı tədbirin görülməsi çox qısa zamanda baş verir. Bu da həmin o informasiya ötürülməsinin qəbul olunmasının sürətli emal olunmasının nəticəsidir. Bunlar hamısı ona görə mümkün olur ki, bu cür texnologiyalar Azərbaycanda istifadə olunur. Cənab Prezident vurğuladı ki, biz məhdud sayı olan kosmik klubun üzvüyük. Əlbəttə, bu böyük bir nailiyyətdir. Bilirsiniz ki, “informasiya blokadası” deyilən bir anlayış da var. Bu, Azərbaycanın keçən əsrin 90-cı illərində başına gələn bir hadisədir və bunun necə böyük bir problem olduğunu, mənfi nəticələrə gətirib çıxardığını hamımız bilirik. Bu gün “Azerspace” peyklər şəbəkəsi vasitəsilə teleyayımların həyata keçirilməsi, informasiyaların ötürülməsi, çatdırılması məsələsində informasiya blokadasına düşməmək kimi məsələlər bizə böyük üstünlüklər qazandırır. Peykimiz bizim üçün informasiya suverenliyi yaradır. Bu da ölkəmizin informasiya suverenliyinin təmin olunması deməkdir. Biz artıq informasiyanı başqasından almırıq, informasiyanı özümüz generasiya edirik, informasiyanı yaradırıq, onun iqtisadiyyatını qura bilirik. Peyk texnologiyalarımızdan müəyyən ölkələr, şirkətlər istifadə edirlər və bunun nəticəsində ölkə iqtisadiyyatına gəlir daxil olur. Bunun hamısı,   gördüyünüz kimi, böyük kompleks məsələdir.

Peyk texnologiyaları müasir dövrdə bütün sahələrə sirayət edir, onlardan istifadə edilir. Məsələn, təbii fəlakətlər, sellər, daşqınlar və digər təbii fəlakətlər zamanı rabitə əlaqələri itirilə bilər, əlaqə saxlamaq, informasiya ötürülməsi, qəbul edilməsi çətinləşə bilər. Bu məsələdə də peyk texnologiyaları köməyə gəlir, tez bir zamanda informasiya mübadiləsinin bərpa olunması aparıla bilər. Yəni peyklərin çox vacib aspektləri var. Biri də budur ki, hazırda peyk texnologiyalarından Azərbaycanda istifadə, tətbiq olunması nəticəsində müasir texnologiyaların üstünlüklərini görürük, bundan Azərbaycan dövləti, xalqı, ordusu istifadə edə bilir”.

B.Nəbiyev hesab edir ki, biz peykimiz vasitəsilə meşə zolaqlarına, su resurslarına, digər məsələlərə nəzarət əldə etmişik. “Peyklərimiz vasitəsilə kənd təsərrüfatını, su resurslarını, meşə fondumuzu, floranı və faunanı, eləcə də geoloji dəyişiklikləri izləmək, müşahidə etmək tam mümkündür. Çünki bizim yerin məsafədən müşahidə peykimiz var - “Azersky”. Onun vasitəsilə bu texnologiyalar mümkün olur. Rabitə vasitəsilə “Azerspace” məşğul olur. Burada yerüstü şəbəkənin qurulması mümkün olmadıqa, problemlər olduğu halda artıq “Azerspace” vasitəsilə yerdə müəyyən formada rabitə kanallarının istifadə olunmasına şərait yaradılır. Peykimiz, bir sözlə, bütün sahələri əhatə edir. Ümumiyyətlə, bu, informasiya texnologiyaları sahəsinin inkişafının bir mərhələsidir. Bu da Azərbaycanda rəqəmsal mühitin yaxşılaşdırılması, informasiyaların ötürülməsi, qəbul olunması, emal olunması proseslərinin sürətləndirilməsi kimi dəstək göstərir. Bu, Azərbaycan elminə də dəstək göstərir. Bir var ki, bizim alimlər yerüstü görüntülər barədə informasiyanı xaricdən alır, bunun özü də böyük problemlər yaradır, qarşılıqlı razılaşmalar olmalıdır, informasiyanı təqdim edən tərəf, təbii ki, həmin informasiyanı axıra qədər ötürmür və sair. Peyklərimizin elmə də xeyri var. Yəni oradan alınan informasiyanı alimlərimiz götürüb birbaşa analiz edə bilirlər, bunun nəticəsində də “Azərkosmos” tərəfindən layihələr keçirilir. Yəni bunun vasitəsilə də biz daha dəqiq, daha dolğun informasiya ala bilirik. 

Görürsünüz ki, biz öz peykimiz vasitəsilə bütün sahələri müşahidə edirik, bunun həm bu gün, həm də gələcək üçün böyük faydası var. Cənab Prezident də vurğuladı ki, biz heç kəsdən asılı deyilik. İnformasiya suverenliyi bu informasiyaların birbaşa bizim əlimizdə olmasından irəli gəlir. “Azersky” peyki - yerin məsafədən müşahidəsi vasitəsilə bütün bu qeyd edilən reallıqların həyata keçirilməsi mümkündür. Bundan əvvəl biz bunu digər ölkələrdən, qonşu dövlətlərdən alırdıq. Amma indi Azərbaycan peyk vasitəsilə birbaşa bu informasiyaları götürüb və analiz edə bilir. Müsbət cəhətlərdən biri odur ki, bu informasiyaları almaq üçün ölkəmizdə mütəxəssislər də var. Bunun özü də Azərbaycanın intellektual bazasının güclənməsinə, artmasına, inkişafına gətirib çıxarır. Bunun vasitəsilə Azərbaycanda yeni-yeni nəsil mühəndislər, mütəxəssislər yetişir. Bu mütəxəssislər Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək” - deyə B.Nəbiyev vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ