Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Baki-xeber.com koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakıda qeydə alınıb. Ümumi yoluxmanın 54.4 faizi paytaxtın paylna düşür.
Abşeronda yoluxma 14.1 faiz, Aranda 10.7 faiz, Gəncə-Qazaxda 7.0 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 2.9 faiz, Dağlıq Şirvanda 1.8 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.
Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xarici yoluxma isə 0.8 faizdir.
Paytaxtın rayonları üzrə koronavirus infeksiyasına yoluxma statistikası da açıqlanıb. Ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb.
Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.