Cümə axşamı günü, 12 noyabr 2026
     

İki məzarlı şəhid...

Image


Ruhumdan ucalan səda artıq qulaqlarımı batırırdı. Mən o an yalnız bir şəhid məzarı önündə ruhən rahat ola bilərdim. Elə də oldu. Müqəddəs torpağın müqəddəs daşları. Hər birinin baxışlarından bir məna sezilirdi. Mənə çox tanış idi bu baxışlar.

Çünki hər birinin "ömür kitablarını" vərəqləmişdim. Ancaq bu daş baxışlıların arasından bir tanımadığım tanış sanki məni səslədi. İlahi, bu necə doğmalıqdır? Heç zaman görmədiyim bir insana qarşı mən bu doğmalığı necə hiss edə bilərəm? Mən bu məzarı elə bağrıma basdım ki, köksüm bir doğmama qucaq açar kimi. Bu səslənişin səbəbsiz olmadığı mənə agah oldu. Bəli, səbəbsiz deyildi. Həmin gün Yarmətov Ruslan Hacımərdan oğlunun mövludu günü idi.

Mən məni ovsunlayan bu şəhidin qısa ömrünün izinə düşəcəyimi düşündüyüm an telefonda tanımadığım bir qızcığazın titrəyən səsilə "Mən illərdi bu anı gözləyirəm. Hər dəfə kaş ki, atamın can verdiyi bu vətənin vətəndaşları atamı da yad edələr" sözlərini dedi. Bu sözləri deyən şəhidimizin qızı Nuridə Yarmətova idi. Bir anda donub qaldım. Dünya bu qədər kiçikmiş deyə düşündüm. O gün yaşananlar Allahın möcüzəsi və tanımadığımız bir şəhidimizin illərdən sonra xalq tərəfindən tanınması üçün atılan ilk addım idi.

Bu möcüzə dolu məzarda uyuyan şəhid kimdir? 

Yarmətov Ruslan Hacımərdan oğlu 1970-ci il avqustun 15- də Sumqayıt şəhərində Hacımərdan və Simnarə Yarmətovların ailəsində dünyaya göz açmışdı. Ruslan və digər 5 bacı-qardaşı kasıb fəhlə ailəsində alın təri ilə qazanılan çörəklə, zəhmətin işıq saçdığı ocaqda sevgi ilə böyüyürdülər. Ailənin kiçik dövlət olduğunu körpəlikdən dərk edən Ruslan vətənə sevgi ilə böyüyürdü. 1977-ci ildə 24 N li məktəbdə təhsil almağa başlamışdı. 1985-ci ildə məktəbi bitirdikdən sonra 7 saylı texniki peşə məktəbini bitirmişdi. 

Ruslan hərbi xidmətinə Sovet Ordusu sıralarında başlamış, iki il xidmət etdikdən sonra vətənə qayıtmışdı. 

Köksünə çarpaz dağ basılan, körpələri asılan, hər bucağı talanan vətənin qeyrətli övladları kimi Ruslan da vətənin sızlayan yarasına məlhəm olmaq üçün könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Vətənin bir qarış torpağını belə düşmən tapdağında görmək istəməyən qəhrəman vətənin azadlığı uğrunda mübarizəyə Goranboy rayonunda başlamışdı. Dağların ağ qarının laləzara çevrildiyi 1994-cü ilin qış aylarında neçə ömrə son nida qoyulmuşdu. Ömrü naməlum zamanda Kəlbəcər dağlarında bitən o şəhidlərdən biri də Yarmətov Ruslan Hacımərdan oğlu idi. Aylarla ailəsi ondan xəbər almağa çalışsa da, onu "gördüm" deyən yox idi. Artıq ümidlər tükənirdi. Son dəfə üç aylıq olanda atasının üzünü görən, son dəfə atasının üzünə gülən Nuridə və ondan bir yaş böyük qardaşı Nurlan dəyişən fəsillərlə birlikdə böyüyürdülər. O körpələr hələ o zaman anlamırdılar ki, özləri ilə bərabər bu dünyanın ən böyük həsrətini də böyüdəcəklər. 

Artıq qış yerini yaza, yaz isə yaya vermişdi. Qan rənginə boyanmış qarlar əriyib torpağa hopmağa başlamışdı. Qar əridikcə dərədə bir-bir itgin sayılan şəhidlərin nəşi üzə çıxırdı. Düşmənin bir addımlığında olan bu nəşləri götürmək çox təhlükəli idi. Ancaq əsgərlər bu təhlükəni gözə alaraq irəliləməkdə qərarlı idilər. "Nə olur olsun müqəddəs şəhid cənazələri vətən torpağına əmanət ediləcək" deyirdi qəhrəman əsgərlər. Beş ay qar altında qalmalarına baxmayaraq, şəhidlərin hər biri sanki bu gün şəhid olmuşlar kimi tapılmış, iki şəhid cənazəsi isə ürəkləri bir başqa sızlatmışdı. Bir şinelin üzərində bir-birini qucaqlayaraq can verən Adıyev Zakir Allahyar oğlu və Yarmətov Ruslan Hacımərdan oğlunun cansız bədənlərini əsgərlər də ayırmadan götürürlər. Birlikdə şəhadətə ucalan qəhrəmanların nəşləri Gəncə şəhərinə gətirilir. Hər zaman qəhrəmanlara qucaq açan Gəncə torpağına 1994-cü il iyunun 20-də 32 naməlum şəhid əmanət edilir. Həmin gün yer-göy həm hz Hüseynə, həm də naməlum şəhidlərə ağlayır. Bir neçə gün sonra Ruslanın ailəsinə naməlum şəhidlər haqqında məlumat verilir. Ailənin ümidlərinə nur saçılır. Aylardı "məzarsız şəhid" deyib ağladıqları Ruslanın bir məzarının olmağı ailə üçün böyük təsəlli idi. Ruslanın anası, qardaşı və əmisi bir ümidlə məzarlara baxırlar. Bu dünyanın ən çətin anı ilə üz-üzə qalan Ruslanın ailəsinə məzardakı naməlum şəhid göstərilir. "Bu odur, bu mənim balamdır, bu mənim Ruslanımdır". Həmin an "bəlkə sağdır" ümidi ölür, "bircə məzarı olsun" ümidi doğulur... Sözlərin izah etməkdə aciz qaldığı anlar... 

Şəhid Yarmətov Ruslan Hacımərdan oğlunun nəşi iyunun 29-u Sumqayıt şəhərinə gətirilərək 30-u Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilir. Şəhidin nigaran ruhu uzun müddətdən sonra rahatlıq tapır. Aylarla Ruslanın məzarına həsrət qalan ailəsi onun məzarını ziyarətgaha çevirir. O gündən sonra şəhidin əmanət olan körpələri atalarının daşlaşmış məzarına sığınırlar. Körpələr ata nəvazişinə həsrət böyüsələr də həyatı dərk edəndən sonra əslində şəhid adının böyüklüyünü, şəhidlərin vətən boyda eşq ilə sevildiyini başa düşürlər. 

Bu vətən torpağına çox igidlər can qurban edib. Müqəddəs şəhid qanı qarışan vətən torpağı müqəddəs and yerimiz, müqəddəs vətənin azadlığı isə tək amalımızdır. Bu gün hər birimiz bu amal uğrunda birləşmişik. Ruslan və Ruslan kimi qəhrəmanların qanı axan torpaqlar işğaldan azad edilir. Azadlığı qazanmaq üçün yenə də canlar fəda edilir. Həm vətən, həm şəhid ruhları sevinir. 

ŞƏHİD RUSLAN 

Eşqin çıraq oldu vətənə, elə,

Vətən dərdin hər zaman gəldi dilə,

Cismin ilə düşmənə gəlib sinə,

Qorudun vətənin dağın, yaylağın

Talanırdı vətənlə könül bağın.

 

Kəlbəcər dağları oldu məzarın,

Cismin kimi buz, tutdu arzuların,

Yoluna göz dikdi övladın, yarın,

Günü-gündən ümidlər də saraldı

Gəlmədiyin yollarını qar aldı.

 

Ötdü aylar qış dolanıb yay oldu,

Ürəklərə bir anda ümid doldu,

"Adsız məzar" sənin qismətin oldu,

Anan görüb Ruslanını tanıdı

Həmin o gün yer də, göy də ağladı.

 

Qovuşdun elində ana torpağa,

Məzarın çevrildi ziyarətgaha, 

"Daş evinə" kölgə salan bayrağa, 

Hər baxanda ürəklər qürrələnir

Şəhid qanı düşən yer çiçəklənir. 

 

 

ADINI YAŞADACAM

 

Adının nuru düşür,

Neçə könül evinə.

Mənim sevgim bənzəyir

Sənin vətən sevginə.

 

"Daş evinə" müqəddəs, 

Vətən kimi baxıram.

Sənin məzar daşını, 

Öz köksümə sıxıram. 

 

Bir ana balasını, 

Köksünə sıxdığı tək. 

Şəhidim, səni duyur

Sinəmdə çarpan ürək. 

 

Cənnətindən ucalan,

Müqəddəs avazınla, 

Sanki ruhunu gördüm,

Bərq vuran pərvazınla.

 

Mənim qəlbimə düşdü, 

Şəhidim, sənin adın.

Adını yaşadacaq

Ruslan, bil ki, bu qadın. 

Müəllif: Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ