Cənub bölgəsi olan Masallı rayonunun əhalisi şanlı Milli Ordumuzun Azərbaycan torpaqlarını 30 il işğalda saxladığı erməni dığaların üzərində lap yaxın günlərdə qazanacağı qələbəyə tam əmindir.
Həm də rayonun hər bir sakini bu tarixi qələbəyə öz töhfəsini vermək istəyir. Rayonda bir neçə vaxtdır ki, Fidan Abbaslının rəhbərliyi ilə “ Ümidim sənsən” Sosial İnkişaf Yardım İctimai Birliyi fəaliyyət göstərir. Birlikdə cəm olanlar köməyə ehtiyacı olanlara, imkansız ailələrə maddi, mənəvi dəstək durmaqla çətin məqamlarda necə-necə insana sevinc bəxş edirlər. “ Ümidim sənsən” komandası yeni dərs ilində Masallı şəhərində, eləcə ətraf kənlərdə yaşayan 40 imkansız ailənin uşaqlarına məktəb ləvazimatları hədiyyə edib. İndinin özündə “Ümidim sənsən” komandası müqəddəs Vətən müharibəsində Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşən əsgərlərin ailələrinə vaxtaşırı baş çəkir, onlara lazımi kömək göstərirlər.
Sevindirici haldır ki, hazırda “Ümidim sənsən” komandasına dəstək verənlərin sayı durmadan artır. Hətta ABŞ-ın Virçiniya Ştatından Jalə Nəsimili, Natəvan Əliyeva Fidan xanımım bu nəcib təşəbbüsünü alqışlamaqla ondan öz köməyini əsirgəmirlər. Bakının UNES xeyriyyə qrupunun üzvləri də birliyə yaxından dəstək olurlar.
Bəli, müdrik ölkə rəhbərimizin dediyi kimi, biz birlikdə daha güclü, daha uca oluruq. Respublikada əhali arasında bugünkü əhval-ruhiyyə göstərir ki, bizim möhkəm birliyimizi heç bir qara qüvvə dağıda bilməz.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü