Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan Şanlı Ordumuza dəstək aksiyasına Şabran rayonu da qoşulub.
Rayon İcra Hakimiyyəti tərəfindən cəbhə zonasına – Ağcabədi, Ağdam, Bərdə və Tərtərə ərzaq, geyim və tibbi ləvazimatlar göndərilib.
Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edən Şabran RİH-dən vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə mənəvi dəstək olmaqdır.
Qeyd edək ki, Şabran Rayon İcra Hakimiyyəti tərəfindən cəbhəyə 3 dəfə sovqat payı göndərilib.