Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb. Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.