01/12/2020 22:31
728 x 90

Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi - 483 nəfər sağaldı, 9 nəfər vəfat etdi

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53 152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10 636 nəfərdir.

Ölkədə son sutka ərzində 11 813, hazırkı dövrədək isə 1 331 287 test aparılıb.

Son xəbərlər