27/11/2020 13:22
728 x 90

Azərbaycanda koronavirus yenidən pik həddə milləndi – 65 yaşlılara yenidən məhdudiyyət gündəmdə…

Lalə Rüstəmova: “65 yaşdan yuxarı insanlar koronavirusa yoluxarlarsa, xəstəliyi daha ağır keçirəcəklər”

img

Son günlər koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Oktyabrın 21-də yoluxma sayı son günlərin ən pik həddinə çataraq 714 olub, ölənlərin sayı isə 7-dir. Paytaxtda apardığımız müşahidələr onu göstərir ki, vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadə edilməməsi, məsafə saxlanmaması çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinin və xəstəliyin sürətlə yayılmasının əsas səbəbidir.

 

Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bölgənin bir çox ölkəsində məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi riayət edilməsinə çağırıb.

ÜST-in məlumatına görə, Avropa bölgəsində COVID-19-a yoluxma təkcə 10 gündə 6 milyondan 7 milyona qədər artıb. Hər həftə bölgədə 700.000 insan koronavirusa yoluxur ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Virusun birinci dalğasında olduğu kimi, Azərbaycanda 65 yaşlı insanların küçəyə çıxmasına qadağa qoyula bilərmi?

  • “65 yaş və ondan yuxarı yaş qrupuna daxil olan insanların kütləvi toplantı məkanlarında iştirak etməməsi yaxşı olar”

Virusoloq, tibb üzrə fəlsəfə doktoru, V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri Lalə Rüstəmova bildirdi ki, 65 yaş və ondan yuxarı yaş qrupuna aid insanlar risq qrupuna daxil olduğu üçün onların kütləvi toplantı məkanlarında iştirak etməməsi yaxşı olar: “Həmçinin, onların çalışdıqları müəssisələrdə sərbəst işə gedib-gəlmələri barədə qərarın olması düşünülmüş, vacib addım olardı. Məlumdur ki, bu risq qrupuna daxil olan insanlar virusa yoluxarlarsa, xəstəliyi daha ağır keçirəcəklər. Xoşagəlməz hallar və ağırlaşmalar qeydə alına bilər".

Günel CƏLİLOVA

Son xəbərlər