25/11/2020 06:58
728 x 90

Nazirlik xəbərdarlıq etdi - Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər...

img

Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub: “Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər”.

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir. 

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

Son xəbərlər