TƏBİB - Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar

img

Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindilər ki, xəstəliyi yüngül keçirəcəklər”. Trend-in məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: “Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstyəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə olan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə-yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxnaya saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar”.

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib.

O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVİD mübarizəsinə qoşulsun.

Son xəbərlər