Azərbaycanda 584 nəfər koronavirusa yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.