03/12/2020 08:03
728 x 90

BMU-nun əməkdaşı “Əl-Cəzirə” kanalında təşkil olunan növbəti debatda...

img

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi cinayətlərlə bağlı “Əl-cəzirə” kanalında təşkil olunan növbəti debatda iştirak edib.

Humanitar atəşkəsin pozulması ilə bağlı “Əl-Cəzirə” kanalının aparıcısının sualına cavabında A.Abdullayev bildirib ki, atəşkəsin pozulması hər zaman Ermənistən tərəfindən baş verib. Ermənilər birinci atəşkəsdən sonra Gəncə şəhərini, eləcə də cəbhə zonasından kənarda yerləşən sivil ərazilərimizi bombalayıb. İkinci dəfə mülki insanların sıx məskunlaşdığı Gəncə şəhərinin SCUD raketləri ilə hədəfə alınması onu göstərir ki, ermənilər atəşkəsdən istifadə edib müharibəni davam etdirirlər: “Ermənilər atəşkəsin prinsiplərinə, ruhuna və məzmununa sadiq qalmırlar. Həm hücum edirlər, həm də atəşkəsdən istifadə edib yenidən silahlanmağa və Azərbaycana qarşı yeni hücumlara hazırlaşırlar. Bunu artıq bütün dünya, o cümlədən diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar görüb”.

A.Abdullayev Prezident cənab İlham Əliyevin oktyabrın 17-də xalqa müraciətini xatırladıb: “Prezidentin də vurğuladığı kimi, biz heç bir şəkildə ermənilərin mülki əhalisini vurmağa çalışmırıq. Bizim mülki əhalini vurmamağa diqqət göstərməyimiz onların sivillərinə humanist yanaşmamızın nəticəsidir. Atəşkəsə də razı olmağımızın səbəbi humanist prinsiplərə əsaslanır”.

A.Abdullayev Ermənistan tərəfindən Çenevrə Konvensiyası da daxil olmaqla bütün növ humanitar hüququn prinsiplərinin pozulmasını diqqətə çatdırıb.

Debat zamanı BMU əməkdaşı substanstiv danışıqlar olarsa, ATƏT-in Minsk qrupunun bu məsələnin həllində rolu ilə əlaqədar suala da cavab verib.  

Qeyd edək ki, debata Rusiyadan siyasi təhlilçi Andrey Ontikov, Ermənistandan jurnalist və yazıçı Sako Arian da qatılıb.

Debatın video materialını aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://youtu.be/MjPem2d0Jxg

Son xəbərlər