27/11/2020 13:50
728 x 90

Ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb - 55,9 faiz

img

Azərbaycan üzrə ən çox koronavirusa yoluxma faktı yenə də Bakı şəhərində qeydə alınıb. Baki-xeber.com-un "Koronavirus.info" saytına istinadən yaydığı xəbərə görə, ölkə üzrə ümumi yoluxmanın 55.9 faizi paytaxtın payına düşür.

Bakıdan sonra 14. 9 faiz yoluxma Abşeronda qeydə alınıb. Ölkə üzrə yoluxmanın 10.4 faizi Aran zonasında, 6.5 faizi Gəncə-Qazaxda , 4.1 faizi Lənkəranda, 2.4 faizi Quba-Xaçmazda, 2.3 faizi Şəki-Zaqatalada, 1.5 faizi Dağlıq Şirvanda, 1.0 faiz isə Yuxarı Qarabağdadır.

Naxçıvanda yoluxma 0.09 faizdir.

Son xəbərlər