Cümə axşamı günü, 12 noyabr 2026
     

Marş irəli, Azərbaycan əsgəri

Image


Südüm sənə halal olmaz
Sən baş əysən düşmənə...

Qonşudan eşidilən səs istər-istəməz diqqətimi cəlb edir. Nənə mahnının sözlərini tələffüz etdikcə balaca nəvəsi təkrarlayır. Nəvəsinin həvəslə təkrarlamasından ruhlanan nənə “Afərin” sözləri ilə balacanı alqışlayır. 

“Yat qal şirin yuxuya” kimi laylaları indi mahnılar əvəzləyib. Nə gözəl. Əsgərinə güvənərək evində rahat oturan nənə öz vətəndaşlıq missiyasını belə yerinə yetirir: gələcəyə vətənpərvər oğul yetişdirməklə.

Ölkə başçısının qələbə motivli çıxışları analarıordumuza mənəvi dəstəyə səfərbər edib. Kimisinin övladı hazırda cəbhədədir, kimisi ekranlardan Azərbaycan əsgərinin irəliləyərək torpaqlarımızdan düşmənin murdar ayağını kəsməsini böyük qürur və həyəcanla izləyir, kimisi də vətənpərvərlik ruhuna köklənərək vətənpərvər nəslin yetişməsinə öz töhfəsini verir. Bu xalq yenilməzdir. 90-cı illərdə ölkənin düşdüyü böhran durumundan sui-istifadə edərək torpaqlarımızın 20 faizini işğala məruz qoyan quldur ermənilər Azərbaycan xalqının bu torpaqlardan əl çəkəcəyini zənn edirdi. Lakin düşünə bilmədi ki, torpaqdan pay olmaz. Sadəcə hər şeyin öz vaxtı, məqamı var...

Rədd olun bizim torpağımızdan!

O məqam artıq yetişib. Məsələnin danışıqlar yolu ilə həllinə çalışan Azərbaycana öz “güc”ünü göstərmək istəyən Ermənistan hakimiyyəti layiqli cavabını alır, ordusundan isə heç danışmağa dəyməz-məğlub durumda. Məğlubiyyətin acısını udmaq zorunda qalan Ermənistan baş naziri Nikol Paşinyan xalqın etibarını qazanmaq üçün çabalayır, yalana əl atır. Erməni xalqına müraciətindən də aydın görünür ki,  Qarabağı sülh yolu ilə qaytarmaq fikrində deyil. Xalqını məhvə doğru sürükləyən Paşinyan Qarabağın heç bir ərazisinin Azərbaycana qaytarılmayacağını bir növü vəd edərək təsəlli vermək, inam yaratmaq istəyir.  “Sona qədər müharibə” şüarı ilə çıxış edən Paşinyan digər tərəfdən də ciddi itkilər verdiyini açıqlayır. Xalqının taleyinə, mövcud durumuna, anaların göz yaşlarına biganə yanaşan Paşinyan öz xəstə təxəyyülü ilə “lider”liyini sübut etməyə çalışır. Lakin bu “lider”lik xəstəliyi ulduz xəstəliyinə tutulan bəzi müğənnilər kimi onun da arzusunu gözündə qoyacaq. Nəticə: hər ötən gün canlı qüvvə və hərbi texnikanın sıradan çıxarılması, ordusunun geri çəkilməsi və ölkədə ciddi iqtisadi böhran. "Heç bir ərazi Azərbaycana qaytarılmayacaq”,-deyir.Hadrutda dalğalanan üçrəngli bayrağı sən görməzdən gələ bilərsən, Cəbrayılda və digər azad edilmiş ərazilərdə dalğalanan Azərbaycan bayrağını sənin xalqının hər bir nümayəndəsi görür axı. Bu qədər yalanla hara qədər yürüyə biləcəksən? Ən yaxşısı sona qədər dirənməyin. Rədd olun bizim torpağımızdan!

Girrəm meydana ər kimi...

Gözümüzü açandan bəri ana-nənələrimizin insansevərlik, humanizm dolu laylaları, nağılları ilə böyüşümük. Anlamışıq ki, mübarizəni ancaq şər qüvvələrə qarşı aparmaq lazımdır. Və hər zaman nağıllarımızın sonu xeyrin şərə, haqqın nahaqqa qələbəsi ilə başa çatıb. Qocaya, uşağa, qadına hörmət milli mədəniyyətimizin əsasını təşkil edib. Böyüdükcə qəhrəmanlıq dastanlarımızın sehrinə düşmüşük. Öyrənmişik ki, döyüş meydanına ər kimi girərlər. Hiylə, terror, antihumanist meyllilik bizim milli ruhumuza yaddır.

Ermənilərin hələ illər öncə törətdiyi mart soyqırımı, illər sonra təkrarladığı Xocalı soyqırımı və yaxın günlərdə törətdiyi Gəncə soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən ən ağır cinayətdir. Gəncə şəhərinin bombardman edilməsi, nəticədə mülki vətəndaşların həlak olması və yaralanması erməni faşizminin daha bir təzahürüdür. Səbəb və məqsədlər isə bəllidir: Azərbaycan ordusunun gücü qarşısında tab gətirməyərək məkrli plana əl atmaq və əhalisini təşvişə salaraq ordusuna qarşı inamsızlıq yaratmaq. Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması müharibə qanunlarına ziddir.

Hətta oktyabrın 15-də dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub...

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də verdiyi məlumatda göstərilir ki, Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır.

Azərbaycan Ordusu müharibə zonasında, döyüş meydanında haqlı mübarizəsini aparır və öz torpağını işğalçılardan təmizləyir! Bu yolda canını, qanını əsirgəmir, mərdanə şəkildə əks-hücum əməliyyatlarını davam etdirir. Sevə-sevə oxuduğumuz “Koroğlu” dastanında da deyildiyi kimi,

Girrəm meydana ər kimi,
Durram qabaqda nər kimi,
Düşman boylanar xər kimi,
Qaçırtmaz meydandan məni.
Döyüşə qocalar gedir...

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir...

İddiaları imkanlarını alan Paşinyanın hədəfindən əslində işğalda saxlamaq istədiyi torpaqlar çoxdan çıxıb, çünki hər gün Azərbaycan Ordusu irəliləyir və bu reallığı özü də görür. Məntiqlə düşünəndə görünən tərəf odur ki, o öz xalqını məqsədsiz və haqsız iddialarının hədəfinə çevirib. NUHÇIXAN İnformasiya Agentliyinin verdiyi digər bir xəbərdən oxuyuruq ki, Ermənistan hökuməti Qarabağda iki həftədən çox davam edən döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra qadınlar bir yana indi də uşaqları döyüşlərə cəlb etməyə başlayıb. Çoxsaylı hərbi cinayət faktlarına imza atan Ermənistan höküməti bununla da çarəsiz durumda olduğunu sərgiləyir.

Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib.Azərbaycanın ordu sıralarına isə yüzlərlə könüllü yazılır. Hər kəs o müqəddəs torpaqların azad edilməsi prosesində iştirak etmək və o torpaqlara bayraq sancmağın qürurunu yaşamaq istəyir. Çünki bu, hər bir azərbaycanlının haqqıdır. Bu günə qədər hələ ayağı Qarabağa dəyməyən və əslən Azərbaycanın başqa bölgəsindən olan hər bir gəncin mənəvi haqqıdır. Bu haqqın qabağında heç bir qüvvə dayana bilməz. Azərbaycan xalqı ordusunun yanındadır. Xalq-ordu birliyi haqq işini daha da sürətləndirir və əsgərlərimizə mübarizə əzmi verir.

Ermənistan  Respublikası İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası mətbuatda və sosial  şəbəkələrdə yayılan  məlumatları nəzərə alaraq araşdırma apararkən isə çələnglərin və bəzi gül növlərinin qiymətlərinin artırılması faktı ilə qarşılaşır, müəssisələri bu çətin dövrlərdə birliknümayiş etdirməyə, qiymət artımlarından çəkinməyə çağırır...

O torpaqlar cənnətə çevriləcək

XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının  öndə gələn isimlərindən olan Mir Həmzə Seyid Nigari Qarabağı belə vəsf edib: “İşıqlı, fərəhlə parlayan ölkə, əgər dünya cənnətdirsə, o cənnətdən də gözəl”.

“Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”.Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib.

Bəli, düşmənin murdar ayağını əcdadlarımızdan miras qalan torpaqlardan təmizləyib üçrəngli bayrağımızı dalğalandıran əsgər o torpaqlara yenidən ruh verir. Ölkə başçısı  isə artıq o bölgələrin inkişaf planları üzərində işlənməsi ilə bağlı müvafiq göstərişlər verib. Azərbaycanın paytaxtı Bakı şəhərindən tutmuş digər bölgələrinin mövcud inkişafı işğaldan azad olunan kənd, şəhər və qəsəbələrimizi də əhatə edəcək, torpaq əsl sahiblərinə əmanət olunacaqdır. O gün uzaqda deyil...

Marş irəli, Azərbaycan əsgəri!

Aldığımız hər qələbə xəbəri ürəyimizə fərəh, gözlərimizə işıq verir. Həm sevinir, həm həyəcanlanır, ordumuzla fəxr edirik. Belə bir ölkənin vətəndaşları olmaqdan qürur duyuruq. Dünyada sülhün, ədalətin, tolerantlığın, humanistliyin ən bariz nümunəsi olan prezidentimizi dərin minnətdarlıq hissi ilə dəstəkləyirik. Və 15 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter” hesabından növbəti şad xəbəri alırıq: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır”!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ