Cümə axşamı günü, 12 noyabr 2026
     

Biz dövlət üçün nə etmişik?

Image


“Vətəni sevmək imandandır”
Məhəmməd peyğəmbər (s.ə.s)

 

Dövlətin və hüququn yaranması quldarlıq dövrünə təsadüf edir. O quruluşdan öncə nə dövlət, nə də hüquq olmamışdır. K.Marksın sözü ilə ifadə etsək; «dövlət bir sinfin digər sinif üzərində hökmranlıq alətidir. Onun təşəkkül tapmasına xüsusi mülkiyyətin yaranması və siniflər arasında ziddiyyətlərin antoqonist həddə çatması təsir etdi…»

Tarixdə yadda qalan və xatırlanan, salnamədə vikipedik tərcümeyi-hala sahib dövlət başçıları çox olmuşdur. Sırada qürur duyulası silahlı qüvvələrin komandan-imperatorları, ən ali rütbəli şəxslər, generalissimus (lat.sözü generalissimus - “ən böyük” mənasını verir. Rus çarlığında qəbul olunan ali hərbi rütbə) və generallar var…

Azərbaycan 70 il ərzində dominantlıq edən SSRİ kimi böyük və güclü imperiyanın tərkibində olub. SSRİ-nin süqutundan sonra ittifaqa daxil olan müttəfiq respublikaların hər biri müstəqilliyə qovuşdu. Azərbaycan 1991-ci ildə ikinci dəfə-təkrar müstəqilliyini bərpa etdi. Bundan sonra ermənilər dağılan imperiyanın sərsəm təxəyyülə malik, keçmişi bulanıq “başbilənlərinin”-Aqanbekyanların və Şaxnazaryanların köməyi ilə Azərbaycana və Ermənistanda yaşayan azərbaycanlılara  qarşı qeyri-insani hərəkətlərə, insanlığa sığmayan, xüsusilə təhlükəli və amansızlıqla müşayət olunan əməllərə dəhliz açdılar. Azərbaycan millətinə, dinc əhaliyə, xəstələrə, hətta uşaqlara,ana qucağına sığınmış çağalara qarşı fironsayaq davrandılar. Bu, Hitlerin: “Almaniya,ya dünyaya sahib çıxacaq, ya da dünyanın siyasi xəritəsindən birdəfəlik silinəcək” şüarına-başından böyük arzusuna oxşayırdı… Zaman Ermənistanı intihara sürükləyir. Günahkarlar isə Ermənistanın siyasi“elita”sıdır.

Ermənilər, məhz sovet şinelindən çıxmış, avropalı demokratların və avropa xislətli liderlərin dəstəyi ilə  Qarabağı və ona yaxın rayonları işğal edib əhaliyə sitəm etdilər. Əzəli torpaqlarımızın 20%-i işğal olundu, milyon insanlar doğulub boya-başa çatdığı yurdlarından, min bir əziyyətlə qurduğu ocaqlarından didərgin salındılar, soyqırıma, əsir və girov həyatına məruz qaldılar. O gündən başlayaraq 30 il ərzində ermənilər 1994-cü il Bişkek protokolunun tələblərini-atəşkəs rejimini hər gün həyasızlıqla pozmaqda davam edirlər. Bu müddət ərzində şəhidlər verdik…

İndi Azərbaycan ordusunun əzəməti və şücaəti qarşısında tab gətirməyən erməni mifi əriyən şama bənzəyir.Yəqin erməni ömrü də elə o yanan şam qədər olacaq. Erməni əsgər və komandirləri döyüş meydanında hərbi hissənin və dövlətin bayraqlarını, ağır artilleriyalarını qoyub qaçırlar. Döyüş meydanından qaçan döyüşçülər vətənindən, millətindən, namusunu da qoyub qaçanlardır. Belələrində patriotizm ruhu olsaydı müqəddəs dəyərlərə arxa çevirməzdilər. Vətənə sədaqət və məhəbbət əvvəl qanda, sonra ailədə və daha sonra cəmiyyətdəki milli ideologiya ilə formalaşır. Ermənilərin milli ideologiyasının mayası başqa dövlətlərə köləlik etməkdə təzahür edir. Tarixi sənədlər bunu sübüt edir.

Atəşkəsin hər gün pozulduğunu görən  BMT TŞ-nin daimi üzvləri susmağa üstünlük verirlər, işğalçı tərəfə “dur” deyən olmur. Avropada təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyan Minsk  qrupu üzərinə düşən vəzifənin məsuliyyətini dərk etmir. BMT-nin və orqanlarının susması işğalçı tərəfi bir az da harınlaşdırır, danışıqlar masasındakı qıcqırmış fikirlər vəziyyəti bir az da gərginləşdirir… Beynəlxalq aləmdə baş verən özbaşınalıqlar ya dövlətləri BMT-nin üzvlüyündən imtinaya aparacaq, ya da bu təşkilat buraxılacaq.

Azərbaycan xalqının iradəsi müharibənin qaçılmaz olduğunu diktə edir. Faşist xislətli və “barbaross”niyyətli siyasi hakimiyyətin yalan məlumatlarına dözüm nümayiş etdirmək isə bizim üçün baş ucalığı gətirmir. Silahlı Qüvvələrin Ali Baş Komandanının və komandanlığın əmr və tapşırıqlarını xalq sevinclə qarşıladı. İndi hər kəs və hər şey cəbhə üçündür!

Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham  Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında  və ondan sonrakı beynəlxalq tədbirlərdəki videoformat çıxışlarında  həyəcan təbili ilə ifadə olunan məlumatlar verdi. Xəbərdarlıq etdi. Yenə heç bir beynəlxalq qurum Ermənistanı saxlamadı. Xalqın səbri tükənmişdi.Nəhayət,uzun illər ərzində formalaşan və tarıma çəkilən gərginlik 27 sentyabrda başlanan Vətən Müharibəsini alovlandırdı.

Məni, Azərbaycan dövlətinə mənsub olan vətəndaşı kimi  heyrətə gətirən,  son 20 gün ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi dünya liderlərinə  görk olacaq erudisiyası,vətən müharibəsinin səbəblərini incəliklə ,təmkin və məntiqlə hamıya və hamının düşüncəsinə uyğun çatdırması, habelə siyasi və diplomatik  mahiyyət daşıyan fikir və mülahizələri Azərbaycan xalqını və dünya ədalətsevərlərini heyran etdi. Əlahəzrət zaman və qoca tarix sübut etdi ki, bu həssas, xalqın tale yüklü məsələsinin həll olunduğu bir zamanda İlham Əliyevin  alternativi yoxdur!

10 milyon əhalinin yaşadığı ölkədə çoxlu sayda qeydiyyatdan keçmiş siyasi partiyalar var. Nizamnamə üzrə hər bir partiya liderinin hakimiyyətə gəlmək arzusu başadüşüləndir. Amma inciməyin, indiki halda dünyanın aparıcı dillərində geniş,təkmil beynəlxalq hüquqi və siyasi məntiqli bilik və bacarığı ilə dünya media mənsublarını heyran qoyan ikinci bir lider görmürəm. Əslində Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm də və paralel olaraq diplomatiyaya da komandanlıq etmək bacarığını, bəzən də provakasion suallara verdiyi cavabları ilə dünyaya nümayiş etdirə bildi. İlham Əliyev ölkə daxilində görünməz düşmənin, Covid-19-un manevr etdiyi, vəzifələrindən sui-istifadə edən,korrupsiyalaşmış məmurlara qarşı prinsipal mübarizənin aparıldığı bir dövrdə, vətənimizi təhdid edən ermənilərə qarşı döyüşə başçılıq etməyi uğurla həyata keçirir.

Hər bir Azərbaycan vətəndaşının, vətəndaş cəmiyyətinin, KİV-lərin, ölkədə fəaliyyət göstərən Mərkəzi İcra Hakimiyyəti Orqanlarının, Diasporla İş üzrə Komitənin, Xarici Siyasət İdarəsinin və xarici ölkələrdəki diplomatik korpusların-səfirlərin, konsulların, ziyalıların və s. hər birimizin 30 il ərzində görməli olduğu işləri Prezident son 20 gün ərzində tək gördü. Bu həqiqətdir! Allah qorusun! Döyüşçülərimiz Baş komandanın hər bir fikrini “URA” ilə qarşılayaraq döyüşə davam edir,düşmənə ağır zərbələr endirirlər…

Qənaətimə ğörə Azərbaycan inşəallah qələbə ilə bağlı “ən böyük” - generalissimus ali hərbi rütbəsinin təsis olunmasına dair qanun qəbul edəcək.Bu,ən ali rütbə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyevə veriləcək.O gün gələcək!

Tarixdə kiçik dövlətlərin də generalissimus rütbəli sərkərdələri olub…

Dövlətdən hər şeyi tələb etmək istəyənlərdən mən də soruşmaq istəyirəm: “Siz dövlət üçün nə etmisiniz?” – Amerikan deyimini xatırltamaq yerinə düşərdi.

Bəs biz, bu dövlət üçün nə etmişik?

Qarabağın qeyd-şərtsiz azad olunması barədə BMT-nin TŞ-nin 4 qətnaməsini qəbul edən 5 daimi üzv dövlətlərdən hər birinin Azərbaycanda diplomatik korpusları var. Ölkəmizdə yaşayan əcnəbi millətlərdən ibarət Azərbaycan vətəndaşlarını  qətnamələrə səs verən dövlətlərin bizdə olan səfirlikləri qarşısında  niyə dinc aksiya keçirməyə yönləndirə bilmirik? Məs: Rus millətindən olan Azərbaycan vətəndaşlarının 30-40 nəfərdən ibarət qrupunu müvafiq bəyanatla dinc aksiyaya sövq etmək mümkündür. (Biz, rus milləti olaraq Azərbaycan vətəndaşlarıyıq. Ölkədə ərazi bütövlüyünün bərpası məqsədilə aparılan müharibə bizdən də yan keçmir. TŞ-nin daimi üzvlərindən biri kimi məsələnin həllinə çalışmağınızı tələb edirik və s….) Eyni dinc aksiyanı Fransa və ABŞ səfirliklərinin də qarşısında  təşkil etmək mümkündür. Az qala bunu da Prezident etməlidir (?)

Qənaətimə görə bunun bizə faydası olar. Ermənilər bu müharibədə daha çox RF-ya və Fransaya bel bağlayırlar. Bizdə yaşayan rus millətindən ibarət vətəndaşlarımız Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə etirazlarını çatdıra bilərlər. Erməni millətinə mənsub vətəndaşlarımız da Ermənistanın təcavüzünə qarşı dünyaya, beynəlxalq aləmə və beynəlxalq təşkilatlara səslənə bilər. Eyni addımı digərləri də ata bilərlər.

Yuxarıda qeyd etdiyimi təkrar səsləndirməyə ehtiyac var. Bu işdə hamı bacarığı daxilində çalışmalıdır. Hərbi vəziyyətdə yaşamağımızın mahiyyətini və məsuliyyətini anlasaq çox şey aydın görünəcək.

Sonda, İsrail dövlətinin 5-ci Baş naziri Meir Qoldanın bir müdrik kəlamını səsləndirmək istəyirəm: ”Əgər, ölkəni oğul və qızlarınız və əgər ölkəni yalnız məzuniyyət dövründə tərk etmək istəyənlər,o ölkədə təhlükəsiz yaşayanlar üçün qurmaq istəyirsinizsə iki mühüm addım atın:

- Korrupsiyanı vətənə xəyanətə,korrupsionerləri isə vətənini satanlara bərabər tutun.

- Hərbiçilərə,müəllimlərə və həkimlərə tutduqları vəzifələrinə görə yüksək əmək haqqı ödəyin,onları hörmət və izzətə layiq görün.

Ən başlıcası isə işləyin, işləyin və işləyin! Sizdən başqa heç kim sizi müdafiə etməyəcək, dolandırmayacaq. Unutmayın ki, ölkəniz başqasına yox, yalnız sizə lazımdır. Bunlar sizin həyat tərzinizə çevriləndən sonra, deməli siz istəyinizə nail olmusunuz!”

Silahlı Qüvvələrin Ali Baş Komandanına, Komandanlığa, ön cəbhədə döyüşənlərə və arxada çalışanlara, böyük türk xalqına Allah dayaq olsun! - arzusu və duaları ilə

Şəmsəddin ƏLİYEV
Hüquqşünas-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ