26/10/2020 02:47
728 x 90

Hətta ağır müharibə şəraitində də Azərbaycanda koronavirusla mübarizə tədbirləri tam məzmunda davam etdirilir – Bir neçə rayon…

Adil Qeybulla: “Şəhərlərdə giriş-çıxışın məhdudlaşdırılması, xüsusi karantin rejiminin tətbiqi virusa yoluxma səviyyəsinə təsir edir”

img

Son günlər koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Eyni zamanda, bu mənfi dinamika infeksiyadan sağalanların sayına da təsir edib. Virusun ölkəmizdə geniş yayılmaması üçün hökumət tərəfindən qabaqlayıcı tədbirlər görülür. 

Belə tədbirlərdən biri də xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışın dayandırılmasıdır.

Maraqlıdır, virusun sürətlə yayıldığı bölgələrə giriş-çıxışın dayandırılması nə kimi effekt verəcək?

  • Döyüş yerlərində, əsgərlərin istirahət etdiyi məkanlarda, hərbi hissələrdə belə, karantin davranışlarına ciddi əməl edilməlidir

Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, insanların qaydalara əməl etməməsi yoluxmanı artırır: “İnsanlar başa düşməlidirlər ki, məsuliyyətsizlik digər insanların həyatını təhlükəyə atır. Televiziyalarda maarifləndirmə aparılmalıdır. Psixoloqlar, mütəxəssislər də efirlərə çıxsın, insanlara izah etsinlər. Artıq insanların çoxu koronavirusu arxa plana atıb. Avtobuslarda, qapalı məkanlarda, məktəblərdə vəziyyəti görürsünüz? Sanki koronavirus bitib, qurtarıb. Halbuki, dünya ölkələrində karantinə hələ də ciddi əməl olunur. Məsələn, Berlin qapalı şəhər elan olunub. Sərt karantin rejimi həyata keçirililir. Bu gün yoluxmaların artmasının bir səbəbi də əhalinin vətəndaş məsuliyyəti nümayiş etdirməməsidir. İndiyə kimi inanmayanlar yoluxmaların artmasında xüsusi rol oynayıblar".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib: “Bu gün Azərbaycan həyati əhəmiyyətli işlə məşğuldur, torpaqlarımız işğaldan azad edilir. Ancaq bununla yanaşı, arxa cəbhədə olan vətəndaşlarımız da görülməsi vacib olan tədbiri diqqətdə saxlamalıdırlar. Bunun üçün əhali ilə maarifləndirici tədbirlər mütəmadi aparılmalıdır. Hətta döyüş yerlərində, əsgərlərin istirahət etdiyi məkanlarda, hərbi hissələrdə belə, karantin davranışlarına ciddi əməl edilməlidir. İnsanlar müəyyən səbəblərə görə hərbçilərlə təmasda ola bilərlər. Buna görə də hərbi hissələrdə son dərəcə diqqətli olmaq lazımdır”.

Professorun sözlərinə görə, şəhərlərdə giriş-çıxışın məhdudlaşdırılması, xüsusi karantin rejiminin tətbiqi virusa yoluxma səviyyəsinə təsir edir.

Günel CƏLİLOVA

Son xəbərlər