Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır”#KarabakhIsAzerbaijan” adlı platforma yaradılıb.Platformanın yaradılmasında məqsəd işğalçı ölkə Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.
BMU tələbələri işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, Qarabağ həqiqətlərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. Platformanın idarəetmə qrupu 12, üzvləri minlərlə tələbədən ibarətdir. BMU tələbələri ilə bərabər ADA, Bakı Dövlət Universiteti, Xəzər Universitetinin tələbələri də aktivlik nümayiş etdirirlər.
Tələbələrin bu mühüm işi həyata keçirmələri üçün BMU-da hər cür şərait yaradılıb və bu ölkəmizdə düşmənin informasiya müharibəsinə qarşı könüllü şəkildə fəaliyyət göstərənən böyük şəbəkələrdən biridir.
Qeyd edək ki, “Əl-Cəzirə”televiziya kanalınınDağlıq Qarabağ münaqişəsi ilə bağlıhazırladığı reportajda BMU tələbələrinin bu fəaliyyətiişıqlandırılıb.
https://www.youtube.com/watch?v=xmTkZ8PTIGs&feature=youtu.be