Cümə axşamı günü, 12 noyabr 2026
     

Koronavirus təhdidi yenidən artmağa başladı, həm də daha fərqli xüsusiyyəti ilə... Əksər ölkələr yenidən sərt karantinə qayıdır…

Image


Dünya dövlətlərinin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, koronavirus pandemiyası sürətlə yayılmaqda davam edir. Elə bu səbəbdən bütün dünya ölkələrinin yenidən sərt karantin rejiminə qayıtması qaçlmaz sayılır. Bunun əsas səbəblərindən biri də virusun yaratdığı təhdidin miqyasının böyüməsidir.

Bu fonda İngiltərənin Frensis Krik İnstitutundan olan elmi qrup koronavirusun yeni növünün maraqlı xüsusiyyətini kəşf edib. Belə ki, insan bədəninə daxil olan virusun zülallı çıxıntılarının möhkəmliyi artırmaq üçün on fərqli formaya çevrilə biləcəyi ortaya çıxıb. Laboratoriyada aparılan təcrübə forma dəyişikliyinin çox sürətlə, cəmi  bir dəqiqə ərzində baş verdiyini göstərir.

Tədqiqatçılar nə qripdə, nə də HİV-də belə bir mürəkkəb nüfuz mexanizminin olmadığını bəyan edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan isə belə vəziyyətdə bildirib ki, dünya əhalisi arasında orta hesabla hər on nəfərdən biri koronavirusa yoluxmuş ola bilər. Rayanın sözlərinə görə, bu, rəsmi olaraq 35 milyon yoluxmanın fonunda “kölgə“ rəqəminin təxminən 700 milyon nəfərə bərabər olması deməkdir. ÜST-nin psixi sağlamlıq üzrə direktoru Devora Kestel pandemiyanın insanlara psixi təsirləri barədə də xəbərdarlıq edib. Qeyd edilib ki, 130 ölkə üzrə aparılan rəy sorğusunda bu ölkələrin 83 faizi pandemiyaya reaksiya planlarına psixi sağlamlıq tədbirlərinin daxil edildiyini təsdiqləsə də, ölkələrin yalnız 17 faizi bu istiqamətdə büdcə vəsaitləri ayırıb. Psixikanın COVID-19-un unudulmuş aspekti olduğunu bildirən ekspert yaxınlarının vəfatı, tənhalıq, gəlirlərin itirilməsi və yoluxma qorxusunun insanlarda psixi xəstəliklərə tutulma ehtimalını artırdığını və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. İnsanların bir çoxunun bu kimi gərgin vəziyyətlərdə alkoqol və narkotik vasitələrə üstünlük verməsi, yuxusuzluq və qorxu keçirməsi onların problemini daha da dərinləşdirir. Koronavirisdan əvvəl aparılan qiymətləndirmələrə görə, yalnız depressiya və narahatlıq sindromu nəticəsində dünya iqtisadiyyatı hər il trilyon dollar itirir. Belə halların müalicəsinə sərf olunan hər dollar beş dollar gəlir gətirir. ÜST bildirir ki, pandemiya davam etdikcə psixi pozuntulardan əziyyət çəkənlərin sayı da artacaq, buna görə psixi sağlamlıq sahəsinə təcili maliyyə dəstəyi göstərilməsi həmişə olduğundan daha vacibdir.

 Bu halda daha bir mühüm məsələ karantinlə bağlıdır. Əksər ölkələr yenidən sərt karantinə qayıdır. Məsələn, Gürcüstanda COVID-19 virusunun sürətlə yayılmasının qarşısını almaq üçün qadağalar yenidən sərtləşdirilir. Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin  sözlərinə görə, yeni qaydaların tətbiqi ilə əlaqədar yeni protokol hazırlanıb. Sənədə əsasən, ölkədə koronavirusa yoluxan şəxslə sıx təmasda olanlar tibbi yoxlama aparılmadan dərhal təcrid olunacaq. Həmin şəxslər 14 günlük karantinə alınacaq. Qeyd edək ki, sentyabrın 15-dən etibarən Gürcüstanda karantin müddətinə dəyişiklik edilmişdi. Qonşu ölkəyə daxil olanlar 8, virusa yoluxan şəxslə birbaşa təmasda olanlar isə 12 günlük karantin nəzarətinə götürülürdü. Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze də yaranmış gərgin vəziyyətlə əlaqədar əhaliyə müraciət edib. Nazir Gürcüstan əhalisini evdə qalmağa dəvət edib. Nazirin sözlərinə görə, hökumət ölkə ərazisində məhdudiyyətlər tətbiq etmək niyyətində deyil: “Bununla belə, mən əhalini evdən çıxmamağa və bir-birinin qayğısına qalmağa çağırıram ki, heç bir məhdudiyyət tətbiq olunmasın”. Tikaradze bir daha hamını tibbi maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.

İspaniya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə də  COVID-19-a yoluxma halı sürətlə artır.  Bununla əlaqədar olaraq, İspaniya Səhiyyə Nazirliyinin fərmanına əsasən, paytaxtın özü də daxil olmaqla Madridin 10 şəhərində pandemiyaya nəzarət etmək üçün insanların hərəkətliliyini məhdudlaşdırmaq üçün yeni tədbirlər tətbiq edilir. Yeni tədbirlər Madrid sakinlərinin təxminən 70 faizini əhatə edir. Bu tədbirlər məcburidir və digərləri ilə yanaşı, misal üçün, həkimə, işə, təhsil mərkəzlərinə, yaşlılara, yetkinlik yaşına çatmayanlara kömək göstərmək üçün, banklara, məhkəmələrə və ya digər dövlət orqanlarına əsaslandırılmış gediş istisna olmaqla, insanların Madriddən giriş və çıxışlarına məhdudiyyəti ehtiva edir. Bundan əlavə, həm küçədə, həm də qapalı yerdə altı nəfərdən çox qrup şəklində toplaşmaq qadağandır. Bu tədbir birgə yaşayanlara şamil edilmir. Mağazalar və xidmət müəssisələri buraxılış qabiliyyətlərini 50 faiz azaltmalı və yerli vaxtla saat 22: 00-dan gec olmayaraq bağlanmalıdır. Kafe ziyarətçilərinin sayını 50 faiz azaltmalı olacaq. ABŞ, Avropanın bir çox ölkələri də məhdudiyyətlərə gedir. Azərbaycanda virisla bağlı stabilləşmə müşahidə edilsə də hesab olunur ki, indi əhalinin xüsusilə ehtiyatlı olması vacibdir. Əks təqdirdə virus təhlükəsi ölkəmizdə yenidən sərt karantinə rəvac verə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ