“Azərişıq” QSC-dən baki-xeber.com-a verilən məlumata görə, ölkənin ərazi bütövlüyü uğrunda aparılan müharibəyə dəstək məqsədilə “Azərişıq” ASC-nin rəhbər heyəti biraylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb. İradə SARIYEVA