Cümə günü, 13 noyabr 2026
     

“Tik-tok” şəbəkəsində erməni təxribatı - hədəf Bakıdakı məşhur Heydər Məscididir...

Image


Azərbaycanı istəməyən qara qüvvələrin ölkəmizə qarşı təxribatı ən müxtəlif formalarda özünü göstərir. Düşmənlərimiz indi də məscidlərimizi hədəfə alıb və həqiqətə uyğun olmayan şayiələr, dezinformasiyalar yaymaqla məşğul olurlar.

Bu günlərdə “Tik-tok” sosial şəbəkəsində bir qrup gəncin Heydər Məscidində guya futbol oynamasını əks etdirən videogörüntü yayılıb. Guya ki, bir qrup gənc sözügedən məsciddə futbol oynayıb (?).

  • Hacı Rüfət Qarayev: “...Azərbaycandakı heç bir məscidə aid deyil”

Heydər Məscidinin imamı Hacı Rüfət Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, həmin görüntülərin Heydər Məscidi ilə heç bir əlaqəsi yoxdur: “Videoda gördüyünüz görüntü Heydər Məscidi adı ilə paylaşılsa da, bura nəinki Heydər Məscidi, hətta Azərbaycandakı heç bir məscidə aid deyil.

Məscidin kollektivi adından bu kimi addımları pisləyir, Azərbaycan dindarlarının və eyni zamanda dindar olmayan insanlarının da hər zaman məscidlərimizin ehtiramını saxladığını bilirik”.

Ekspertlər qeyd edirlər ki, məscidin adının bu şəkildə hallandırılması, onun qaralanması, birmənalı olaraq, Azərbaycanı istəməyən qüvvələrin işidir. Məsələ burasındadır ki, ekspertlər bunun işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının işi olduğunu deyirlər. Bundan başqa, məlumdur ki, ermənilər sosial şəbəkələrdə və internet platformalarında “azərbaycanlı” adı ilə hesablar açır, domenlər alırlar, bunun üzərindən isə ölkəmizə qarşı təxribatlarla məşğul olurlar. Bu işdə ermənilərin əli olduğunu istisna etməyən ekspertlər hesab edirlər ki, cəbhədəki vəziyyətlə əlaqədar olaraq ermənilər və bizi istəməyən digər qüvvələr Azərbaycan cəmiyyətində qarışıqlıq yaratmaq istəyirlər.

  • Hacı Fuad Nurullayev: “Bu təxribatdır”

Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini hacı Fuad Nurullayev “Bakı-Xəbər”ə bildirdi ki, bu, düşmən təxribatıdır, bunun başqa adı yoxdur. Bunun montaj olduğunu deyən F.Nurullayev hesab edir ki, bu videonu hazırlayıb yayanların məqsədi cəmiyyətimizdə təxribatlar törətmək, qarşıdurma yaratmaqdır. “Mən videoya diqqətlə baxdım. Bu montajdır. Məscidin imamı da düzgün açıqlama verib. Cəbhədəki vəziyyət, düşmənin atdığı addımlar məlumdur. Eyni zamanda da pandemiya dövrüdür. Bəzi qüvvələr belə saxta videolar hazırlayıb yaymaqla cəmiyyətdə qarışıqlıq yaratmaq, insanları başqa-başqa məqsədlərə yönəltmək istəyirlər. Onlar xalq arasında çaxnaşma, qarşıdurma yaratmaq istəyən qüvvələrdir. Bu, birbaşa təxribatdır, montaj vasitəsilə hazırlanan görüntüdür. Sadəcə, insanlar ayıq olmalıdırlar, belə təxribatlara getməsinlər, inanmasınlar. Bu, mümkün olmayan haldır ki, Azərbaycanda hansısa bir məscidin içində bu cür hal baş versin. Belə bir şey ölkəmizdə mümkün olmayan bir məsələdir. Təxribatdır.

Bir məsələni də qeyd edim ki, Heydər Məscidində mehrabın iki tərəfində mənbər yoxdur, bir tərəfində mənbər var. Heydər Məscidində böyük ala qapı var, o da bu təxribatçı videoda yoxdur. Hesab edirəm ki, hansısa məscidlə uşaqların futbol oynamasını montaj ediblər. Yenə də deyirəm, bu təxribatdır” - deyə F.Nurullayev qeyd etdi.

  • Hacı Təyyar Hüseynli: “...Azərbaycanda olan dini mühitə qarşı xüsusi düşünülmüş bir addımdır”

İlahiyyatçı hacı Təyyar Hüseynli də bizimlə söhbətində Heydər Məscidinin adının bu şəkildə hallandırılmasının qəbuledilməz olduğunu qeyd etdi. T.Hüseynlinin sözlərinə görə, bu, Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır və xalqımız bu təxribata uymamalıdır. “Bu videonu mən də gördüm və çox qeyzləndim. İndiki həssas dönəmdə kimlərinsə Heydər Məscidinə ləkə yaxmaq cəhdlərini qəbul etmək olmaz. Bütün Qafqazda, dünyada tanınan, Azərbaycan üçün böyük əhəmiyyəti, dəyəri, çəkisi olan bir məscidin qaralanmasını narahatlıqla qarşıladım. Bu təxribatdır. Hesab edirəm ki, Heydər Məscidinin qara qüvvələr tərəfindən hədəfə alınması bütün İslam dünyasına, Azərbaycanda olan dini mühitə qarşı xüsusi düşünülmüş bir addımdır, təxribatdır. Əlbəttə, bu da cəmiyyətdə, ölkədə qarışıqlıq yaratmağa hesablanıb. Özü də bu məscidi məqsədli şəkildə seçiblər və onunla bağlı həqiqəti əks etdirməyən bir görüntü yayıblar. Biz ayıq-sayıq olmalıyıq, düşmən təxribatına uymamalıyıq. Bu həssas dönəmdə bizdən bu tələb olunur”. T.Hüseynli bildirdi ki, o, Heydər Məscidinin rəhbərliyini, axundlarını və imamlarını şəxsən tanıyır, onların hamısı dininə, dövlətinə, xalqına sədaqətlə xidmət edən insanlardır. “Onlar məsciddə çox nümunəvi mənəvi-dini mühit yaradıblar. Bu məsciddə əvvəlcədən məzhəbçilik məsələləri olmayıb, yoxdur. Həqiqətən də məzhəblərarası münasibətlərdə tolerantlıq modelini seçiblər. Kiminsə Heydər Məscidinə qarşı belə əsassız ittiham irəli sürməsi məni çox narahat etdi. Ona görə də münasibət bildirməyi özümə borc bildim” - deyə müsahibimiz vurğuladı. 

Yazını çapa hazırlayarkən redaksiyamıza bir video daxil oldu. Türkiyə telekanallarından birində yayımlanan həmin videoda göstərilir ki, bu ölkədə yerləşən Hacı Yasin Kaplan Məscidində bir qrup uşaq futbol oynayıb və onların bu davranışına sosial media tərəfindən ciddi etirazlar edilib. Həmin süjetdə qeyd edilir ki, Hacı Yasin Kaplan Məscidində baş verən futbol oyunu bir vətəndaş tərəfindən mobil telefon vasitəsilə lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb, sosial şəbəkə istifadəçiləri isə olaya münasibət bildirərək məscidin içində futbol oynanılmasını üzüntü ilə qarşıladıqlarını bildiriblər. Görüntüdə bir tərəfdə iki komandaya bölünən uşaqlar futbol oynayır, digər tərəfdə isə insanlar namaz qılırlar.

Biz həmin videonun əslini də, Heydər Məscidi ilə bağlı hazırlanan təxribatçı videonu da sizə təqdim edirik.

İradə SARIYEVA

  • Saxa

  • Videonun əsli



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ