23/10/2020 01:42
728 x 90

Oktyabr-noyabr aylarında pandemiyanın ikinci dalğasını TIR sürücüləri və iş adamları yayacaq – qəribə proqnoz…

Vaqif Qarayev: “Qonşu ölkələrdəki yoluxmanın tempi Azərbaycana da təsir göstərmək gücündədir”

img

Koronaviruslu günlər davam etməkdədir. Bəlkə də nə vaxtsa bütün bunları xatirə kimi yada salarıq. Hətta, ola bilsin, kitablardan oxuyanda yanımızdakı övladlarımıza, nəvələrimizə “mən bu günlərin şahidi, iştirakçısı olmuşam” deyəcəyik.

Amma hələlik reallıq başqadır. COVID-19 israrla bizi hədələyir, necə deyərlər, yaxamızdan əl çəkmir. Avropa ölkələrindəki ikinci dalğa proqnozu isə həyatda qalmaq üçün daha bir müddət mübarizə aparmağımızı şərtləndirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da oktyabr-noyabr aylarında epidemiyanın ikinci dalğasının olacağını proqnoz edir. Hətta qeyd edilən aylarda yoluxma sayının daha da artacağını bəyan edirlər. Onu da bildirək ki, artıq bir sıra ölkələrdə koronavirusun ikinci dalğası başlayıb. Ölkəmizdə ikinci dalğanın yaşanmaması üçün lazımi işlər görülür.

Alimlər onu da bildirirlər ki, müxtəlif məqsədlə başqa ölkəyə yollanan şəxslər doğma vətəninə qayıdan zaman özləri ilə virus gətirəcəklər. Bu da yoluxma sayının artmasına təsir edəcək.

  • “…gediş-gəliş var, ticari əlaqələri quran şəxslər də…”

Pediatr Vaqif Qarayev hesab edir ki, qonşu ölkələrdəki yoluxmanın tempi Azərbaycana da təsir göstərmək gücündədir: "Bizdə onsuz da sərhədlər bağlıdır. Amma bir məsələ var ki, Gürcüstanda yoluxma sayı kəskin azalanda da deyirdilər ki, virusu TIR sürücüləri gətirirlər. Çünki ticari əlaqələr qalırdı. Azərbaycanda da bunu müşahidə edə bilərik. Məsələn, Gürcüstandan ən çox maşın idxalı Azərbaycanadır, deməli, gediş-gəliş var. Həmin ticari əlaqələri quran şəxslər də virusu gətirə bilərlər. Ona görə də sərhəddən keçən istənilən şəxs çox ciddi qaydada yoxlanılmalıdır. Məsələn, Gürcüstan tərəfi yoxlayıb, sonra buraxır. Amma bizdə də gələn şəxslər yoxlanılmalıdır. Yadınızdadırsa, Gürcüstanda olan ilk yoluxma azərbaycanlıda tapılmışdı. Bu, xoşagələn hadisə deyildi. Demək istəyirəm ki, yoluxma qonşu ölkədə artırsa, ehtiyatlı olmalıyıq, bizə də təsirləri ola bilər".

Günel CƏLİLOVA

Son xəbərlər